Faiq Ağayev Kim Kardaşyanla gizli eşq yaşayırmış

Son güncelleme: 03.02.2014 14:16
  • noimage

    Azərbaycanın xalq artisti, “Qızıl şlyager” ləqəbli Faiq Ağayev erməni əsilli amerikalı televiziya ulduzu Kim Kardaşyanla gizli eşq yaşayırmış.

    Ailem.az-ın məlumatına görə, ikilinin bu gizli münasibətindən Azərbaycan mətbuatı nəhayət ötən gecə xəbər tuta bilib.

    Belə ki, müxbirimizin verdiyi xəbərə görə, Faiq Ağayev ötən gecə gec saatlarda Bakının dəbdəbəli klublarından birindən gözəl bir xanımla çıxarkən görülüb. Xalq artistinin yanındakı xanım əyləncə məkanından sürətlə çıxıb, müğənninin lüks maşınına oturduğu üçün məkanın qapısı ağzında dayanan əməkdaşımız onun şəklini çəkməyə müvəffəq olmayıb.

    Daha sonra isə xalq artisti Faiq Ağayevlə müxbirimiz arasında belə bir dialoq yaşanıb:

    - Müxbirimiz: Faiq bəy, yanınızdakı gözəl xanım Kim idi?

    - Faiq Ağayev: Kimi deyirsiniz?

    - Bəli, bəli, mən də onu soruşuram. Kim idi sürətlə klubdan çıxıb maşınınıza əyləşən xanım?

    - Mən başa düşmədim, siz Kimi deyirsiniz ki, bəyəm?

    - Faiq bəy, siz mənim ölmüşüm düzünü deyin, Kim idi o xanım?

    - Əşşi, heç, Kim idi. Böyüdüləsi bir şey yoxdur.

    Beləliklə, müxbirimiz Azərbaycan şou-biznesində sensasiya sayılacaq bu xəbərlə partlayış edib və məlum olub ki, xalq artistimizlə birgə gecə klubundan çıxan gözəl Kim Kardaşyan imiş.

    Biz də öz növbəmizdə hörmətli Faiq müəllimə uğurlar arzu edirik.

    ULTRA ZƏRURİ QEYD: Bu layihədə adı çəkilən şəxsin və ya şəxslərin real həyatdakı ekvivalentləri ilə heç bir bağlantısı, əlaqəsi, münasibəti, uyğunluğu, paralelliyi, kəsişməsi və bu və ya digər formada həndəsi, fiziki, mənəvi baxımdan ortaq nöqtəsi yoxdur.
#03.02.2014 14:16 0 0 0