Mətanət İsgəndərli - Danışmayacam

Son güncelleme: 04.03.2014 13:14
  • noimage

    Əməkdar artist Mətanət İsgəndərli “Danışmayacam” adlı mahnısına klip çəkdirir. Bu barədə Lent.az-a ekran işinin rejissoru Nail Naiboğlu məlumat verib. O, bildirib ki, klipin ilk çəkilişi Mahnı Teatrında olub: “Sənətinə, insanlığına böyük hörmət etdiyim Mətanət xanımla işbirliyinə başladıq. Artıq bir neçə gündür ki, üçün işlər gedir. Düşünürük ki, fərqli bir klip ərsəyə gələcək. İlk çəkiliş gününü geridə qoyduq. Növbəti çəkiliş Mərdəkanda olacaq”.

    Qeyd edək ki, M.İsgəndərlinin “Danışmayacam” adlı mahnısının sözləri Tağı Sadiğa, musiqisi Ruslan Səfəroğluya məxsusdur. Klipin prodüseri Pərviz Oqtayoğlu, operatoru Emin Hüseynovdur
#04.03.2014 13:14 0 0 0