Qənirə Paşayeva - Qənirə Paşayeva Yazıları


“Dünyada en ağır şeyi heyatının menası sandığın insanı itirmekdir…
Men onu qefil itirdim, bu itkiye heç,amma heç hazır deyildim…
Ellerimle yola saldığım atamın cenazesini qarşıladım bir gün sonra…
Dünyada en sevdiyin adamı qara torpağa vermekden dehşetli meqam yoxdur insan üçün…
Dayanmadan onun bumbuz olan cenazesine baxarsan, baxasan (ve elinden heç bir şey gelmeye... – Elinden gelenler de gelmeye artıq)...
Artıq seni terk etdiyini anlamaq istemezsen. Yoxluğunu qebul ede bilmezsen… En dehşetlisi onu torpağa vermek istemezsen…
Bir gün onu torpağa vere bilmemişdim…
Onun soyuq bedeni ile yanaşı uzanmış, derdleşmişdim onunla – gah üsyankarcasına, barışmazlıqla, gah sessiz, sözsüz –göz yaşları ile, için-için ağlayaraq “danışırdım” onunla…
Bir gün onunla vida söhbetini bitire bilmemişdim… O qeder gözel anılar qoymuşdu ki, xatırlayıb bitire bilmirdik…
Bir gün boyunca onu torpağa terk etmeyim üçün bir sebeb axtarmışdım, ailesine, övladlarına qarşı bir yanlışını tapmağa çalışmışdım, amma tapa bilmemişdim…
O bir gün uzunu onun soyuq üzünü sığallamışdım... Soyuq payız gününde ellerimi isidib onu oxşamışdım... Dayana bilmez bu acıma, belke döner, deye…
Ona sevdiyi şeirleri söylemişdim, mahnıları zümzüme etmişdim, belke meni qoyub getmez deye…
Dayanmadan ağlamışdım... Menim bir damla gözyaşıma dayana bilmezdi – özge vaxtı... Belke meni gözüyaşlı qoymaz deye ümid edirdim…
İnanmamışdım öldüyüne… Derin bir yuxuya gedib, tibbde bezen nadir de olsa bele olur – öldü deyilen insanlar bir neçe saat sonra yeniden heyata qayıdıblar… Her öten saat ümidime qenim olmuşdu… - saatlar başa çatır, nefes yoxdur ki, yoxdur...

Beğeniler: 1
Favoriler: 1
İzlenmeler: 257
favori
like
share