Dondurma Reseptləri - Dondurma Nece Hazırlanır



Tərkibi:

1 l süd
5 ç.q. yaşıl çay
7 x.q. şəkər tozu
0,5 banka qatılaşdırılmış süd

Hazırlanması :

Südü qızdırın, yaşıl çay və şəkər tozu əlavə edin, qaynara düşəndə götürün (qaynamasın). Qapağını örtüb dəmlənməsini gözləyin.

Süzün, qatılaşdırılmış süd əlavə edib qarışdırın, qaba töküb dondurun.

Hissələrə bölüb güclü mikserə yığın, eynicinsli kreməbənzər kütlə alınanadək çalın.

Yenidən qaba töküb dondurucuda daha 2 saat saxlayın.

Beğeniler: 1
Favoriler: 0
İzlenmeler: 445
favori
like
share