Nüsrət Həsən şeirləri - Gələrsən şeirin oxu

Bu gün yenə həmin gündür, "sevgilim".
Nə olduğun bilə bilsən gələrsən.
Gedən gündən ağlayırsan bilirəm
Xoş günümdə gülə bilsən gələrsən.
***
Hamıdan tez zəng edərdin hər zaman.
Bu il nəsə unutqansan sən yaman.
Qalx ayağa özünə gəl toparlan
Göz yaşını silə bilsən gələrsən.
***
Mən bilirəm yalan nədir, doğru nə.
Daha basma şəkillərmi bağrına.
Mən ölmüşəm öz sevgimin uğruna
Mənim kimi ölə bilsən gələrsən.
***
Yaşatmadın sevgimizi cəfasız.
Tərk eləyib getdin xeyir-duasız.
Bu gün mənim ad günümdür, vəfasız
Cürət edib gələ bilsən gələrsən...!
***
Müəllif: Nüsrət Həsən

Beğeniler: 1
Favoriler: 1
İzlenmeler: 196
favori
like
share