Türingiya piroqu resept

Son güncelleme: 29.04.2016 20:04
  • Türingiya piroqu resept - Türingiya piroqu tərifi və tərkibi - Türingiya piroqu necə hazırlanır

    noimage

    Tərkibi:
    Xəmir üçün:
    125 ml süd
    75 q kərə yağı
    50 q şəkər tozu
    1/4 ç.q. duz
    10 q quru və ya 25 q yaş maya
    1 yumurta
    325 q un
    1 ç.q. sürtgəcdən keçirilmiş limon sedrası

    Kəsmikli lay üçün:
    500 q kəsmik (18% yağlılıqlı)
    125 ml süd
    1 yumurta
    75 q şəkər tozu
    75 q un
    2 x.q. limon şirəsi
    1 x.q. tünd rom

    Meyvə qatı üçün:
    600 q gavalı (başqa meyvə də olar)

    Sous üçün:
    500 q yağlı xama (22%-dən artıq)
    2 yumurta
    25 q un
    50 q şəkər tozu

    Hazırlanması:

    Xəmir: Öncə südü tayqulpa tökün, yağ, şəkər tozu əlavə edib ocağın üstə qoyun. Yağ əriyəndə ocaqdan götürüb otaq temperaturunadək soyudun. Maya əlavə edib qarışdırın (tam ərisin).

    Sedra, duz və yumurta əlavə edib çalın. Tədricən ələnmiş un əlavə edib xəmir yoğurun.

    Xəmir yumşaq olmalıdır. Un reseptdə göstəriləndən az və ya çox tələb oluna bilər. Xəmiri ləyənə qoyub ağzına qida plyonkası çəkin, isti yerə qoyun. 1-1,5 saata xəmir 2 dəfə gəlməlidir.

    Kəsmikli lay: bunun üçün lazım olan ərzaqları eynicinsli kütlə halına gələnədək qarışdırın.

    Gavalıları 4 bölüb çərdəklərini çıxarın.

    Sous: Xamanı şəkər tozu, yumurta və unla çalın.

    Gəlmiş xəmiri ətləyin, yayın, içinə perqament qoyduğunuz siniyə döşəyin, kənarlarını qaldırın.

    Üzərinə kəsmikli qarışığı tökün, hamarlayın.

    Meyvələri düzün.

    Xamalı-yumurtalı sousu üzərinə tökün.

    180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqə, hazır olanadək bişirin. Üzərindəki sous bərkiməli, axmamalıdır.

    Piroqu isti və ya tam soyudulmuş halda süfrəyə verə bilərsiniz.

    Nuş olsun!

    alıntı..
#29.04.2016 20:04 0 0 0