Araxisli dairələr foto-resept

Son güncelleme: 30.09.2016 22:30
  • noimage

    Ərzaqlar:
    8 sm ölçüdə 15 ədəd alınır
    130 qr şəkər pudrası
    200 qr yağ
    350 qr un
    0,5 ç/q qabartma tozu
    0,5 paçka vanil
    ¼ ç/q duz
    65 qr araxis (üzəri üçün)
    1 ədəd yumurta

    Hazırlanması:
    Undan başqa bütün ərzaqları mikser ilə 1-2 dəqiqə çalın. Unu əlavə edib xəmir yoöurun. Soyuducuda bir az saxlayın. Xəmir üçün ideal dərəcə 20C-dir. Masanın üzərinə yaxşıca un səpib xəmiri yayın. Hardasa 6-7mm qalınlığında. Böyük dairələr kəsin və ortasından 2 sm dəlik açın. Nimçəyə düzüb 20 dəqiqə soyuducunun buzluğuna qoyun.
    Araxis və yumurtanı hazırlayın , dairələri soyuducudan çıxarın. Bir tərəfini əvvəlcə yumurtaya sonra isə araxisə batırın. Soba nimçəsinə düzüb 200C dərəcədə 12 dəqiqə bişirin. Qızarmasını istəyirsinizsə bir az artıq bişirin.

    noimage

    Nuş olsun!

    alıntı..
#30.09.2016 22:30 0 0 0