Kartof və pendirli xıçinlər resepti

Son güncelleme: 20.10.2016 18:06
  • Tərkibi:
    Xəmir üçün:
    ● Duz - 1 ç.q.
    ● Un (buğda) - 2.5-3 st.
    ● Su - 0.5 st.
    ● Soda - 0.5 ç.q.
    ● Kefir - 0.5 st.

    İçlik üçün:
    ● Duz - zövqə görə
    ● Pendir (brınza) - 300 qr.
    ● Şüyüd doğranmış - zövqə görə
    ● Kartof orta - 4 ədəd
    ● Cəfəri doğranmış - zövqə görə

    Hazırlanması:
    1) Kefir, su, duz, soda (söndürülməmiş) və unu qarışdırın. Yumşaq xəmir yoğurun. Xəmir yumşaq və elastik olmalıdır, ələ yapışmamalıdır. Üstünü örtün, içlik hazırlanana qədər kənara qoyun;

    2) Kartofu suda bişirin, püre vəziyyətinə kimi əzin, pendiri sürtgəcdən keçirin və püreyə əlavə edin. Kartofu ət maşınından pendirlə birgə keçirmək də olar (əsas odur ki, kartofun iri dənələri qalmasın). Xırda doğranmış göyərti (şüyüd, cəfəri) əlavə edin, pendir çox duzlu deyilsə zövqə görə düz səpmək olar. Qarışdırın. İçlik ilə xəmir eyni miqdarda olmalıdır;

    3) Xəmiri 4-5 sm.-lik kündələrə bölün (təqribən 12 ədəd alınır). O qədər də hissəyə içliyi bölün, (12 yumru şar alınmalıdır);

    4) Xəmir kündəsini bir az yayın, ortasına içliyi qoyun. Xəmirin kənarlarını içliyin üstündə birləşdirin, əl ilə yastıladın. Ehtiyyatla oxlovla 3-5 mm. qalınlığında yayın (un səpilmiş stolda);

    5) Qızdırılmış quru tavada orta odda bir tərəfini bişirin, 1-2 dəq. sonra digər tərəfini qızardın. Xəmir şişsə iti bir şeylə deşin;

    6) Hazır xıçınləri bol kərə yağı ilə yağlayın. Qazana yığın və üstünü dəsmal ilə örtün;

    7) Süfrəyə verərkən xıçınləri 4 hissəyə bölün. Xama və kefirlə çox ləzzətli olur, ənənəvi olaraq isə ayran ilə süfrəyə verilir.

    Nuş olsun!

#20.10.2016 18:06 0 0 0