Azərbaycanda Milli Geyim Günü təsis edilə bilər

Son güncelleme: 22.03.2017 04:35
  • noimage

    Azərbaycanda Milli Geyim Günü təsis edilə bilər.
    Aile.lent.az-ın məlumatına görə, bu barədə Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə məktub göndərib. Modelyer məktubda qeyd edir ki, Azərbaycan qeyri-maddi mədəni irsinin bir hissəsi olan milli geyimlərin təbliği, bu sahənin populyarlaşdırılması baxımından Azərbaycanda Milli Geyim Gününün təsis edilməsi əhəmiyyətlidir. Mədəniyyət və Turizm Nazirliyi isə məktuba cavab olaraq Milli Geyim Gününün təsis edilməsini məqsədəuyğun hesab etdiyini və məsələyə aidiyyəti qurumlarla birlikdə müvafiq qaydada baxılacağını qeyd edib.

    G. Xəlilova diqqətə çatdırıb ki, dünyanın bir çox ölkəsində Milli Geyim Gününə həsr edilmiş müxtəlif festivallar və karnavallar keçirilir, bu da turistlərin böyük marağına səbəb olur: “Bu ideyanın reallaşdırılması ölkəmizin mədəniyyəti barədə bütün dünyaya bəyan etməyin daha bir fürsəti olacaq. Həmin gün müxtəlif müsabiqələr, festivallar, sərgilər və moda gecələri, ölkənin şəhərlərinin küçələrində milli geyimdə karnaval yürüşü keçirmək mümkündür. Möhtəşəm bayram uzun müddət insanların yaddaşında qalacaq və şübhəsiz ki, irsimizin, mədəniyyətimizin və incəsənətimizin çox gözəl təbliği olacaq”.

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    Ümidə QƏHRƏMAN
#22.03.2017 04:35 0 0 0