Bu gün Türkiyənin Niğde şəhərinin Altunhisar rayonunda bələdiyyə sədri güllələnib. Lent.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) bələdiyyə sədri seçilmiş Erdal Sarı naməlum şəxs tərəfindən güllələnib. O, qolundan xəsarət alıb. Güllələrdən biri hadisə vaxtı meydandan keçən 12 yaşlı Cəlil Acara dəyib və o, başından ağır yaralanıb.

Şəxsiyyəti hələlik məlum olmayan silahlı bələdiyyə sədri qəsəbə meydanında olarkən cinayəti törədib və 4 atəş açıb. İlkin məlumata görə, cinayətkarın adı Bayramdır.



alıntı...



Beğeniler: 171
Favoriler: 18
İzlenmeler: 2539
favori
like
share