Xalq artisti Aygün Kazımova yeni mahnısını təqdim edib. Lent.az xəbər verir ki, müğənni "Səni belə sevmədilər" hitini bu dəfə türk versiyasında dinləyicilərin ixtiyarına verib. Mahnı türk dilində "Seni böyle sevmediler" adlanır.

Yeni mahnısından danışan xalq artisti yaradıcılığının 30 illik yubileyinə görə əksər layihələrini müvəqqəti dayandırdığını bildirdi:

"Arama beni" və "Seni böyle sevmediler" mahnılarım Türkiyədə işıq üzü görməli idi. Eyni zamanda bu mahnılara orada klip də çəkilməli idi. Amma "Crystal Hall"da verəcəyim konsertimə görə həmin layihələri müvəqqəti dayandırmışam. Bütün vaxtımı sağlığıma və konsertimin məşqlərinə həsr edirəm. Bunun üçün mütəmadi olaraq xaricə gedib gəlməli oluram. "Crystal Hall"dakı konsertim dünya standartlarına cavab verəcək bir iş olacaq".

Qeyd edək ki, mahnının sözləri Leyli İsrafilovaya, musiqisi isə Hakan Erola aiddir. Bəstənin türk versiyasının sözlərini də Leyli tərcümə edib.



Yalçın UĞUR
alıntı...

Beğeniler: 157
Favoriler: 26
İzlenmeler: 2411
favori
like
share