AŞPA-nın qərarını tanımırıq - Ərdoğan

Son güncelleme: 26.04.2017 14:55
  • noimage

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa ŞurasıParlament Assambleyasının Türkiyənin monitorinq altına qaytarılması barədə qərarını tənqid edib.

    APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, Ərdoğan bununla bağlı yazılı açıqlama yayıb. Açıqlamada qərarın siyasi olduğu bildirilib: “Türkiyəyə qarşı qəbul edilən qərar tamamilə siyasidir. Bu qərarı tanımırıq, istədikləri qədər qərar qəbul etsinlər”.

    Ərdoğan “Reuters”ə müsahibəsində isə ötən bazar Fransada keçirilən prezident seçkilərinin fövqəladə vəziyyət şərtləri altında baş tutduğunu deyib: “Fransa ilə bağlı niyə belə bir qərar verilmir? Türkiyədə dövlət çevrilişinin qarşısının alınması məqsədilə fövqəladə vəziyyət elan olunub. Bu çərçivədə ölkədəki FETÖ-çüləri təmizləyirik”.
    Prezident Suriya və İraqdan Türkiyəyə gələnlərin üzünə qapını bağlamayacaqlarını vurğulayıb: “Bombalardan qaçanları təcrid edə bilmərik”.


    alıntı..
#26.04.2017 14:55 0 0 0