Yağış, 30 dərəcə isti - Sabahın havası

Son güncelleme: 27.05.2017 13:35
  • noimage

    Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 14-17°, gündüz 21-26°, Bakıda gecə 15-17°, gündüz 24-26° isti olacağı gözlənilir.



    Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq.
    Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 25-30°, dağlarda gecə 7-12°, gündüz 13-18° isti olacağı gözlənilir.


    alıntı...
#27.05.2017 13:35 0 0 0