Çiyələk cemi

Son güncelleme: 23.07.2017 00:58
  • noimage

    Vəsaitlər:

    - 1 kilo çiyələk
    - 1 kilo toz şəkər
    - 1/2 limonun suyu

    Hazırlanması:

    Çiyələkləri əzmədən yaxşıca yuyun. Dərin bir qazana çiyələkləri qoyub üzərlərini şəkər ilə örtün. Qazanın qapağını bağlayıb təxminən 2 gün gözlədin. Bu əməliyyatdan sonra orta atəşdə yarım saat 45 dəqiqə qaynadın. Cem konsistensiyasına gəldikdən sonra limon suyunu əlavə edin və 5 dəqiqə daha qaynadıqdan sonra atəşdən götürün. Öz qabında soyudub saxlayacağınız qabları doldurun.

    Nuş Olsun!

    alıntı...
#23.07.2017 00:58 0 0 0