Məşhurlarımız istirahətə nə qədər pul xərcləyir? - 20 min

Son güncelleme: 25.07.2017 22:07
  • noimage

    Şou-biznes nümayəndələri bu dəfə getdikləri istirahətdən və xərclədikləri pullardan danışıb.

    Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, məşhurlarımız “Lider maqazin”in “Harada istirahəti sevirsiniz? Dincəlməyə ən çox nə qədər pul xərcləmisiniz” suallarına belə cavab veriblər:

    Nail Naiboğlu: "Azərbaycandan kənarda dincəlməyi sevirəm. Çinə getmək istəyərdim. Ötən qış ailəmlə istirahətə getmişdim və 10 minə qədər pul xərclədim".

    Emil Bədəlov: "Türkiyədə istirahəti sevirəm. Elə olub ki, istirahətə 12 min manat xərcləmişəm. Onda subay idim. Bir yerdən gəlirim oldu, gedib dincəldim".

    Nazim Məmmədov: "Türkiyədə dincəlirəm. 5 min manat civarında pul xərcləmişəm".

    Niyam Salalmi: "İspaniyada olmaq istəyərdim. Bir istirahətə 5 mindən yuxarı xərcim çıxıb".

    Niyaməddin Musayev: "Azərbaycanda istirahəti sevirəm. Ən çox 500 manat xərcləmişəm".

    Aslan Hüseynov: "Türkiyədə istirahət xoşlayıram. 10, 20 min xərclədiyim olub".

    Nailə Mirməmmədli: "Alanyada dincəlməyi xoşlayıram. 6 minə qədər xərclədiyim olub".

    Ayaz Qasımov: "İstəyirəm avqustda Barselonaya gedim. 10-15 minə qədər istirahətə pul xərcləmişəm".

    alıntı...
#25.07.2017 22:07 0 0 0