Neymara hökm oxundu

Son güncelleme: 28.07.2017 05:38
  • noimage

    Braziliya yığmasının hücumçusu Neymarın 2013-cü ildə “Santos”dan “Barselona”ya transferi zamanı vergidən yayındığı iddiası ilə əlaqədar açılan məhkəmə başa çatıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 25 yaşlı forvardın günahsız olduğu təsdiqlənib.

    Məsələ burasındadı ki, Neymarın menecerliyini edən atasının həmin transfer zamanı “Barselona”nın o vaxtkı prezidenti Sandro Rossel və hazırkı rəhbər Xosep Bartomeu ilə qeyri-qanuni sənədlərə qol çəkildiyi iddia edilirdi. Prokurorluq futbolçunu həmin keçid zamanı qazandığı 44 milyon avronun vergisini ödəməkdən yayınmaqda ittiham etmişdi. Lakin məsələni araşdıran Braziliya məhkəməsi Neymarın vergi borcu ilə əlaqədar olan sənədləri bağlayaraq məhkəmənin sona çatdığını elan edib.

    Qeyd edək ki, 2013-cü ildəki transfer zamanı “Santos” klubu 57 milyon avro gəlir əldə etmişdi. Lakin iddialara görə, “Barselona” bu keçid üçün 101 milyon avro xərc çəkmiş, qalan 44 milyon avronu oyunun atasına vermişdi.

    alıntı..
#28.07.2017 05:38 0 0 0