İsti havalarda bu paltarları geyinməyin

Son güncelleme: 28.07.2017 05:49
  • noimage

    Yayda özünüzü daha rahat hiss etmək üçün geyindiyiniz paltarlara diqqət etməlisiniz. Elə paltarlar var ki, onları yayda geyinmək düzgün deyil. Ailem.az isti havalarda geyilməsi məsləhət olmayan paltarları sadalayır

    İpək və atlas paltarlar
    İpək və atlas yerinə pambıq, ya da kətan parçalar seçin. Çünki ipək parçalar, xüsusilə də tünd rəngli olanlar isə tərinizi göstərir və bədənin daha çox tərləməsinə səbəb olur.

    noimage

    Skinny şalvarlar
    Bədəninizə yapışan qalın cins parça sizi nəinki tərlədəcək, hərəkətlərinizi də məhdudlaşdıracaq. Ondansa gen paltarlar geyinin.

    noimage

    Tünd rəngli paltarlar
    Tünd rəngli paltarlar günəş işığını əmir. Ona görə yay günlərində qara, boz və göy kimi tünd rənglərə çox da üstünlük verməyin. Ağ, açıq və pastel tonlu geyimlər isti havanın təsirini azaldır.

    noimage

    Dəri çantalar
    Dəri çantalar da daha çox tərləməyə səbəb olur. İsti havalarda dərimizlə təmas edən dəri çantalardan uzaq durun.

    noimage

    alıntı...
#28.07.2017 05:49 0 0 0