Qarabağ”ın səfər matçı canlı yayımlanmayacaq

Son güncelleme: 31.07.2017 20:07
  • noimage

    UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah keçiriləcək “Şerif” – “Qarabağ” matçının canlı yayımlanmaq ehtimalı çox azdı. Apasport.az saytının məlumatına görə, buna səbəb Moldova klubunun yayıma müsbət yanaşmamağıdı.

    Ağdam təmsilçisi hələ ilk matçdan əvvəl qarşı tərəfə oyunların yayımlarının dəyişdirilməsini təklif etsə də, “Şerif” rəhbərliyi buna razılıq verməmişdi. Buna baxmayaraq, “Qarabağ” Tiraspoldakı cavab görüşünün ölkəmizdə yayımlanmasına çalışır. Ancaq moldovalılar bunun üçün 50 min avro tələb ediblər. Üstəlik, Moldovada HD yayım da yoxdu.

    Bu məbləğlə razılaşmayan Azərbaycan çempionu qarşı tərəflə ortaq məxrəcə gəlməyə çalışır. Lakin indiki məqamda heç bir razılıq əldə olunmayıb. Bir sözlə, demək olar ki, “Qarabağ” azarkeşləri matçı televiziya vasitəsilə izləyə bilməyəcəklər.

    Qeyd edək ki, sabah keçiriləcək “Şerif” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək

    alıntı..
#31.07.2017 20:07 0 0 0