Nazənindən yeni mahnı - 2017-ci ilin hiti olacaq

Son güncelleme: 08.09.2017 21:44
  • noimage

    Tanınmış azərbaycanlı müğənni Nazənin “Səni sevərəm” adlı yeni mahnısını təqdim edib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, sözləri Əli Qafarlıya, musiqisi Ruslan Səfəroğluna, aranjimanı İsmayıl Əlizadəyə məxsus olan bu mahnının hit olacağına əmindir: “Bu günə qədər bir çox bəstəkarların mahnısını oxumuşam. Özündən razılıq kimi çıxmasın, ifa etdiyim bütün mahnılar dillər əzbəri olub. Yəqin ki, bu da Allahın mənə verdiyi bir şansdır. Hər bir müğənniyə bu nəsib olmur. Oxuduğum mahnıları şou-biznesin bir çox tanınmış simaları da öz repertuarına daxil ediblər. Bu da məni bir müğənni kimi sevindirir. Bu gün təqdim etdiyim “Səni sevərəm” adlı mahnım bu gündən yalnız və yalnız şəxsi “youtube” kanalıma yükləndi. Bəstənin seviləcəyinə tam əminəm. Bütün mahnılar hind musiqisi üzərindədir. Bu mahnı da həmçinin. Bu mahnı 2017-ci ilin hiti olacaq”.

    İfaçı onu da əlavə etdi ki, yeni mövsümə yeni sürpriz layihə hazırlayır: “Ümumiyyətlə, daim yaradıcılığım üzərində işləyirəm. Bir mahnı oxuyub, yerində saymaq mənlik deyil. Yeni mövsüm üçün tam 7 mahnı hazırlamışam. Bundan başqa yeni sürpriz layihə üzərində çalışıram. Bu layihə barədə tam məlumat vermək hüququm yoxdur. Yaxın günlərdə hər şeyi biləcəksiniz”.


    https://www.youtube.com/watch?v=FlLhwq-6Q-w

    Yalçın UĞUR

    alıntı..
#08.09.2017 21:44 0 0 0