Toyuq əti içlikli qızartma kartof küftələri

Son güncelleme: 09.02.2018 20:56
  • noimage

    Ərzaqlar:
    400-500 qr toyuq əti
    5-6 ədəd kartof
    150 qr pendir
    Şüyüd
    Duz, istiot
    Toyuq üçün ədviyyatlar
    2 ədəd yumurta
    Un
    Günəbaxan yağı

    Hazırlanması:
    Toyuq ətini xırda xırda doğrayıb duz, istiot və zövqə görə ədviyyatlar vurub qızardırıq. Karofun qabığını soyub duzlu suda bişiririk və soyuyandan sonra sürtgəcdən keçirib pendir (sürtgəcdən keçirilmiş) və xırda doğranmış şüyüd əlavə edirik və qarışdırırıq. Kartofun nişastası az olarsa bir qaşıq nişasta əlavə edirik.
    Bir qaşıq hazır kartofdan götürürk və ovcumuzun içində bir az yayırıq. İçinə qızartdığımız toyuq ətindən qoyuruq və yumrulayırıq. Sonra yumurtanı çalırıq. Hazırladığımız toyuq içlikli kartofları əvvəlcə yumurtaya, sonra isə una batırırıq. Sonra isə iki üçünü də yaxşıca qızardırıq.

    NUŞ OLSUN!

    alıntı..
#09.02.2018 20:56 0 0 0