Ördək içalatı şorbası resepti

Son güncelleme: 16.03.2018 15:09
  • Tərkibi:

    1 baş soğan
    1 porey soğanı (pirasa)
    1 bolgar bibər
    1 kabaçok
    4-5 ədəd sparja (qülancar)
    duz
    istiot
    İçalatı duzlu suda bişiririk.

    Hazırlanması:

    Baş soğanı və porey soğanının ağ tərəfini xırda kəsib yağda qızardırıq.
    Bişmiş içalatı bulyondan çıxardıb, bulyonu süzqəcdən süzürük ki, şəffaf olsun.
    Bulyonun içinə qızarmış soğanları əlavə edirik.
    İçalatı əlvə edirik.
    Bolgar bibəri, kabaçoku, sparjanı kəsib şorbaya əlavə edirik.
    5 dəq. sonra altını keçirdirik. Duz, istiot səpirik.
    Porey soğanın yaşıl hissəsini kəsib şorbaya əlavə edirik.
    Daha çox bişirməyin vitaminlər qalsın deyə.
    Bilirəm bu cür yeməklər heç maraq yaratmır çox izləyicilərdə, amma mən hər gün "bozbaş" bişirib paylaşa bilmirəm.

    Nuş olsun!

    alıntı..
#16.03.2018 15:09 0 0 0