Manqalda Dolma

Son güncelleme: 17.03.2018 22:18
  • noimage

    Ərzaqlar
    1-1,5 kq qiymə
    500 q quyruq
    soğan
    duz
    istiot
    nanə
    reyhan
    keşniş toxumu
    qara istiot
    üyüdülmüş zirə
    iç piyi – bükmək üçün

    Hazırlanması

    Əti bıçaqla xırdalayın – qiymə halına düşənədək. Quyruğu və soğanı da xırdalayın.
    Ədviyyatı zövqünüzə görə seçin, məsələn, nanə, reyhan, keşniş toxumu, qara istiot və zirə ilə dadlı olur.
    Qiyməni qarışdırın, amma lülə-kababdakı kimi çox yox.
    İç piyini (pərdə) masanın üstünə sərin.
    Üstünə tənək yarpaqları düzün. Bir tərəfindən qiyməni qoyub rulet kimi bükün.
    Ruletləri qida plyonkasına bükün.
    Çalışın, hamar alınsın, plyonkanın uclarını düyün.
    Hazır ruletləri təxminən 0 dərəcə Selsiyədək soyudun.
    Bıçaqla kəsilməli olanda 2-3 sm enində doğrayın, şişə taxın.
    Yaxşı donubsa, içinin qiyməsi tökülməməlidir.
    Manqalda bişirin. Süfrəyə sarımsaqlı qatıq və təzə göyərti ilə verin.

    Haqqında: manqal dolması sevilən dolmalardan birindir.

#17.03.2018 22:18 0 0 0