Lazım olan ərzaqlar:
2ədəd yuxa,
1 yumurta ağı
İç xərci üçün lazım olan ərzaqlar:
1 su stəkanı doğranmış qoz,
1 su stəkanı doğranmış fındıq,
yarım stəkan üzüm,
4 yemək qaşığı üzüm bəkməzi,
Şərbəti üçün lazım olan ərzaqlar:
3 stəkan su,
3 stəkan toz şəkər,
2 – 3 damcı limon suyu,
Qızartmaq üçün lazım olan ərzaqlar:
Maye yağ,

Süsləmək üçün:
Toz fıstıq,

Hazırlanma qaydası:

Qoz və fındıqları incə -incə doğrayın.
Üzümləri suda saxlayın.
Ardından qoz, fındıq, üzüm və bəkməzi qarışdırın.
Şərbəti üçün olan ərzaqları bir sos qazanında qaynamağa buraxın. Şərbət yetəri qədər qaynadıqdan sonra 2 – 3 damcı limon suyu sıxıb soyumaya buraxın.
Yuxanı ortadan ikiyə kəsin.
Boyuna olacaq şəkildə 4 barmaq genişliyində uzun lent halında kəsin.
Hazırladığınız iç xərcindən 1-2 şirniyyat qaşığı kəsdiyiniz yuxa lentinin içərisinə qoyun və sərin.
Qatlayarkən yuxanın ucunu yumurta ağına bulayaraq qapadın.
Bir tavada yağı yaxşıca qızdırın və hazırladığınız börəklərinizi qızardın.
Tamamən qızartdıqdan sonra üzərinə soyukq şərbət tökün. Servis edərkən üzərini toz fıstıq ilə süsləyin.

alinti...

Beğeniler: 18
Favoriler: 6
İzlenmeler: 330
favori
like
share