Su həyatdır

Son güncelleme: 07.04.2010 15:43

  • Suyun yaxşılaşdırma(sağaltma) gücü var

    Suyun müalicə məqsədli istifadəsi bütün dünyada gedərək yayılır.

    Hidroterapiya, bilinən ən köhnə müalicə üsullarından biridir və suyun müalicə məqsədli istifadəsi bütün dünyada gedərək yayılır.

    Antistres hormonlarının istehsalını artıran, immunitet sistemini gücləndirən, qan dövranını sürətləndirən su, migren, hemoroitə dərman olur. Üstəlik suyla müalicə formaları bir deyil, iki deyil. Yuma, təzyiqli su, su səsi (Osmanlılar da su səsindən faydalanaraq, psixoloji narahatlıqları müalicə edirdilər), buxar duşu Üz yumaq belə müalicədir.

    Su ilə müalicə altı başlıq altında toplana bilər:

    1 - Hidroterapiya: Hər birimiz əslində bilmədən hidroterapiya tətbiq edirik. Məsələn, qorxduğumuzda su içmək, yanıq üzərinə buz qoymaq, üzmək, üz yumaq, duş qəbul etmək, hamısı bir klasshik hidroterapiya metodudur.

    2 - Oturma duşları: Hemoroit müalicəsində istifadə edilir. Qarın sıxılmalarından qaynaqlanan sancıları yüngülləşdirir.

    3 - Təzyiqli suyla edilən bir növ masaj xüsusilə revmatizmə yaxşıdır.

    4 - İsti kompreslər və soyuq sarğılar: İsti kompresler ağrıları azaldır. Soyuq sarğılar isə bədən temperaturunu salmağa yaradıqları kimi, burxulmaya da tətbiq olunur.

    5 - Buxarla müalicə: Üst tənəffüs yolu infeksiyalarında da, bəzən əzələlərdə ağrı olması vəziyyətində sauna və hamama girilməsi təklif edilir.

    6 - Ehtiva etdikləri minerallar və elementlərlə müalicə edici xüsusiyyətə sahib olan sanatoriyaları unutmamaq lazımdır.
#07.04.2010 15:43 0 0 0