Əbədi ideallar

Son güncelleme: 11.04.2010 09:30


  • Hz.Muhamməd(s.a.v.s): "Allah insanda 3 xüsusiyyəti sevir:az danışmaq,az yatmaq və az yemək"
    "Dua mərhəmətin,dəstəmaz namazın,namaz isə behiştin açarıdır"
    Hz.Ali(ə): "Öz eyiblərindən agah olan kəs başqalarında eyib axtarmır"
    "Yağlıdillikdən uzaq ol!Çünki o imanın sifəti deyil"
    Hz.Zəhra(s.a): "Əgər əmrlərimizə əməl etsən,qadağalarımızdan çəkinsən şiələrimizdən olacaqsan"
    "Biz Əhli-Beyt məxluq arasında Allahın vasitəsi,Onun seçilmişləri,paklar məhəlli,Allahın aşkar dəlili,peyğəmbərlərin varisləriyik"
    İmam Həsən(ə): "Allahın nemətlərinə görə təşəkkür etməmək alçaqlıqdır"

    "Sizə təqva və daimi təfəkkürü vəsiyyət edirəm.Çünki bütün yaxşılıqların əsası düşünməkdir"
    İmam Hüseyn(ə): "Bağışlayan kəs ucadır.Paxıl və dargöz adam isə zəlil olur"
    İmam Zeynal Abidin (ə): "Qeybətdən çəkinin,çünki qeybət xalqın ətini yeyənlərin xuruşudur"
    "Allahın verdiyi ruziyə qənaət edən, xalqın ən ehtiyacsızı olar "
    İmam Baqir (ə): "Allaha təvəkkül edən şəxs heç vaxt məğlub olmaz"
    "Həqiqətən mömilərin ən kamili xoşrəftar olanlardır"
    Imam Sadiq(ə): "Əgər 1 mömin günah etmək qərarına gəlsə,ruzisindən məhrum olacaqdır"
    "Dünya işlərin yaxşıdırsa dinindən nigaran ol"

    İmam Kazim (ə): "Ağılın dəlili təfəkkür,təfəkkürün dəlili sükutdur"
    "Din qardaşının qeybətini edən kəs məlundur"
    İmam Rza (ə): "Zəif insanlara kömək etmək sədaqətdən üstündür"
    "Ağıl insanın dostu,nadanlıq isə düşmənidir "
    İmam Cavad (ə): "Şükrü yerinə yetirilməyən nemət bağışlanmayan günah kimidir"
    "Nəfsinə itaət edən kəs düşməninin arzularını yerinə yetirir"
    İmam Hadi(ə): "İnsanlar dünyada var dövlətləri,axirətdə isə əməlləri ilə yoldaş olacaqlar"
    İmam Həsən Əsgəri: "Axmağın qəlbi ağzında,aqilin ağzı qəlbindədir"
    "Təvazökarlıq elə 1 nemətdir ki heç kim ona həsəd aparmır"
    İmam Zaman(ə): "Peyğəmbər qızı Fatimeyi Zəhra mənim üçün layiqli nümunədir"
#11.04.2010 09:30 0 0 0