Seyid Mirhemze Efendi Nigari

Son güncelleme: 28.03.2011 01:17
  • Seyid Mirhemze Efendi Nigari

    XIX əsr Azərbaycan ədəbiyyatında "Seyid Nigari" təxəllüsü ilə tanınan Hacı
    Mirhəmzə əfəndi təriqət şerinin görkəmli nümayəndələrindən biridir. O, 1795-ci
    ildə Qarabağın Cicimli kəndində doğulmuşdur. Gənc yaşlarında Şirvana gəlmiş,
    dövrünün görkəmli alimlərindən bilik almışdır. Nigari Rusiya imperiyasının
    müstəmləkəçilik siyasətinə qarşı yönəlmiş müridizm azadlıq hərəkatının
    öncüllərindən olmuş və buna görə hökumət onu sürgün etmək istəmişdir. Şair
    təqiblərdən qurtarmaq üçün Anadoluya getmiş, ömrünün axırına qədər orada
    yaşamışdır. Nigari 1886-cı ildə Xarputda vəfat etmiş və özünün vəsiyyətinə
    əsasən Amasiya şəhərində dəfn olunmuşdur. Məzarı indi də orada - Şirvan
    camesindədir.
    Bədii yaradıcılığa gənclik illərində başlayan Seyid Nigarinin şeirlər divanı
    XX əsrin əvvəllərində çap olunsa da sovet dönəmində onun adı, demək olar,
    tamam unutdurulmuş, əsərləri geniş oxucu kütləsinə naməlum qalmışdır. Yalnız
    son vaxtlar şairin əsərlərindən ibarət "Xaki-payin taci-sərim" kitabı
    "Azərbaycan" nəşriyyatında (2004) çap olunmuşdur. Nigarinin şeirlərindən
    nümunələr həmin kitabdan götürülmüşdür.

    QƏZƏLLƏR

    Cahan bağında, ey bülbül, Nigari kimi yar olmaz,
    Mənim tək sinəsi gül-gül bulunmaz, dağidar olmaz.
    Yaqılmış atəşə varım, alışmış sinədə narım,
    Yanar canım bu odların, desəm duzəxdə var olmaz.
    Dəgil bihudə kim, bülbül, yanar əlbət, qılar qül-qül,
    Vəlakin mən kimi, ey dil, bulunmaz dağidar olmaz.
    Yaqılmış odlara varım, dağılmış çöllərə narım.
    Görənlər beylə odlarım, deyər bir belə nar olmaz.
    Alıbdır canımı qəmzə, düşübdür könlümə lərzə,
    Hər bir aşiq Seyid Həmzə, hər bir dilbər Nigar olmaz.

    ***
    Bəxtim bana üz verdi, şərabdarə yetişdim,
    Öpdüm ayağın, kaseyi-sərşarə yetişdim.
    Hər şamü səhər kaseyi-sərşar ilə ömrüm
    Sərməst keçib, badeyi-əsrarə yetişdim.
    Nəqqaşi-əzəl çəkdi bənim nəqşimi aşiq,
    Bu rütbeyi-həq dad ilə didarə yetişdim.
    Oldum həme dəm nəqşi-Nigarim ilə məşğul
    Əl dəgmədi bir karə, qələmkarə yetişdim.
    Bəxş eylədi ol sərxəti-məşqim bana bir hal,
    Pərkarə nə hacət, elə bir karə yetişdim.
    Hər şamü səhər seyri-süluk eylədim axir,
    Xaki-qədəmi-Əhmədi-Muxtarə yetişdim.
    Əlminnəti-Lillahi ki, ey Miri Nigari,
    Kamim bana yüz açdı, kərəmkarə yetişdim.
    ***
    Nə qəmim var cahan içrə bənim, yar bənim,
    Nəyim əksikdi bənim, yar bənim, var bənim.
    Sayeyi ali-əba, badeyi-əshabi-səfa,
    Xərməni-feyzi-bəha, cəzbeyi-əhrar bənim.
    Sazü sazəndə qəzəl, çuşü xüruşi-sevda,
    Xubi-şirin hərgəhi, təbi-şəkərxar bənim.
    Azu çox, hər nə ki var bəzmi-hərifan içrə,
    Malikanəm, həme dəm kaseyi-dəvvar bənim.
    Hər yanə badə fəşan kaseyi-irsal etdim,
    Bəzmlərdə çəkilən sağəri-sərşar bənim.
    Bilmədim kim, neçə karim, neçə kirdarim üçün
    Qırdı başimdə bütün bizeyi-dildar bənim.

    Şükür, ey Miri Nigari ki, xərabat içrə
    Cəngü ahəngü qədəh, şeri-şəkərbar bənim.
    ***
    Didəbanam rəhgüzari-şahı gözlər gözlərim,
    Baqmazam qeyri yola, şəhrahi gözlər gözlərim.
    Seyr qılam kubəku, avaz verəm babi-bab,
    Barigəhi bəklərəm, dərgahi gözlər gözlərim.
    Vaqifi-yarəm, vəlakin bixəbər əğyardən,
    Qafilə göz verməzəm, agahi gözlər gözlərim.
    Zərrə mənzurim dəgil, dünya və mafiha, vəli
    Aləmi-dareyndə bir mahi gözlər gözlərim.
    Söyləmə sərbəstə, ey Seyid Nigari, aşikar
    Söyləsə kim, bir kərə, Allahı gözlər gözlərim.
    ***
    Ey könül, uyma gel, ol türreyi-tərrarlərə
    Bəndəlik etmə Məsihi kimi zünnarlərə.
    Yıqar, əlbəttə yıqar, axiri bərbad eylər,
    Versən, ər mənzifi-şəhin şahi əğyarlərə.
    Çəkəlim badeyi-səba, tutalım cam ətəyin,
    Can fəda eyləyəlim məsti-qədəhxarlərə.
    Söylə, ey peyki-səba, hali-pərişanımızı,
    Nə deyir sultanımız, binəva naçarlərə.
    Əcəba, varmı əsrarə xəbərdar, deyin,
    Beylə kim, çarə olurmu bu giriftarlərə?
    Neyçün iftadələrin halını sormaz, neyçün,
    İltifat eyləməz ol xəsteyi-didarlərə?!

    Necə ah eyləyəyim, Miri-Nigari, könlüm
    Mübtəladır ləbi mül, arizi gülnarlərə.
    TƏRCİBƏND
    Nə əcəb dövlət imiş seyri-şikari-Qarabağ,
    Nə gözəl nemət imiş söhbəti-yari-Qarabağ.
    Rəşki-mişk ənbər imiş buyi-qubari-Qarabağ,
    Abi-heyvan imiş ənhari-bukari-Qarabağ.
    Gövsəri-tubi imiş çayi-çinari-Qarabağ,
    Aləmi-cənnət imiş dar - diyari-Qarabağ.
    İmdi bildim nə imiş vəsfi həzari-Qarabağ,
    Yeridir ki, çəkərəm ah və zari, Qarabağ.
    Dağlayıbdır məni bir laləüzari-Qarabağ,
    Yandırıbdır məni bir nari-Nigari-Qarabağ.
    Ah, aşüftəligim zülfı-səmənsayə deyin,
    Vah sərgəştəligim kakili-leylayə deyin.
    Bu günü qarəliyim mehrsiz ol ayə deyin,
    Kari-tərsaliqim ol zülfi-çəlipayə deyin.
    Dərdi biçarəligim ləli-Məsihayə deyin,
    Sirri-pünhanımı ol ağzi müəmmayə deyin.
    Dərdimi dilbəri-şirinü dilarəyə deyin,
    Ərz edin mehnətimi, cümlə şəhinşayə deyin.
    Suzişi-könlümi ol qönçeyi-hümrayə deyin,
    Necə ah eyləməyim bülbüli-şeydayə deyin.
    Dağlayıbdır məni bir laləüzari-Qarabağ,
    Yandırıbdır məni bir nari-Nigari-Qarabağ.
    Gəlin, ey əhli-könül, artıb azarım, eşidin,
    Yox rəvaci, kəsilib bei-bazanm, eşidin.
    Yüzülüb rövnəqi-gülzari-baharım, eşidin,
    Qalmayıbdır, dükənib leylü-nəharim, eşidin.
    Cəm olun bir yerə, azari-həzarim, eşidin,
    İrişib vəqti, qazın dari-məzarım, eşidin,
    Yıqılıb səbr, yanıb nayi-qərarım, eşidin,
    Alışıb suziş ilə mayeyi-varım, eşidin.
    Dağılın kim tutuşub nari-minarim, eşidin,
    Yeridir ərşə çıqarsa ahu zarim, eşidin.

    Dağlayıbdır məni bir laləüzari-Qarabağ,
    Yandırıbdır məni bir nari-Nigari-Qarabağ.
    Düşmədi kuyinə bir kərə güzarım gecələr,
    Sormadı halımı bir mahi-üzarim gecələr.
    Bir bana yanmadı kim, gəlmədi yarını gecələr,
    Ol səbəbdən alışır cani-fikarım gecələr.
    Yıqılır atəşə dil, artır azarım gecələr,
    Çəkilir nöh fələkə zari-həzarım gecələr.
    Dağılır hər tərəfə atəşi-zarim gecələr,
    Yandı pərvanə kimi odlara varim gecələr.
    Şəm tək nar ilə düşdü sərikarim gecələr,
    Bəs necə yanmaya bu könlümə narim, gecələr.
    Dağlayıbdır məni bir laləüzari-Qarabağ,
    Yandırıbdır məni bir nari-Nigari-Qarabağ.
    İltifat eyləmədi mehrsiz ol ay mana,
    Almadı pərdəni şol dilbəri-hərcay mana.
    Atmadı tirini peyvəstə qaşı yay mana,
    Arizin açmadı ol qönçeyi-həmray mana.
    Qılmadı mehr vəfa mahi-dilaray mana,
    Salmadı sayəsin ol mehr humsay mana.
    Heç meyl eylamədi bəççeyi-Ənqay mana,
    Müxtəsər, eylədi çox zülm şəhənşay mana.
    Kim olur nari-məhəbbətdə ki, bir tay mana.
    Dağlayıbdır məni bir laləüzari-Qarabağ,
    Yandırıbdır məni bir nari-Nigari-Qarabağ.
    Yandı canım gecələr, gəlmədi ol məh nə ücün,
    Almadı pərdəni şol, mehri-səhərgah nə ücün?
    Neyləyim, olmadı bir dəm bəna həmrah nə üçün,
    Eylədi çah yerim mahi-fələk çah nə üçün?
    Sormadı hali-pərişanimi ki, gah nə üçün,
    Yandım atəşlərə, ol olmadı agah nə üçün?
    Baqmadı bir bana bin söylədim, Allah nə üçün,

    İltifat etmədi, ey vah, şəhinşah nə üçün?
    Yetmədi dadimə ah, eylədim ey vah, nə üçün,
    Söyləmən siz bana kim, ərşi yaqar ah, nə üçün?
    Dağlayıbdır məni bir laləüzari-Qarabağ,
    Yandırıbdır məni bir nari-Nigari-Qarabağ.
    Dari-mehr üzrə gərək qəsd şirin can edəyim,
    Dili sərdarə çəkib şövqlə qurban edəyim.
    Cigəri parələyib, bağrı qızıl qan edəyim,
    Dəmbədəm əşk döküb xuni-dil əfşan edəyim.
    Canı atəşkədəyi-eşqdə suzan edəyim,
    Yandırıb xaneyi-variyəti viran edəyim.
    Gecələr tabəsəhər, dəmbədəm əfqan edəyim,
    Güli-məqsud açıla dərdimə dərman edəyim.
    Ey Nigari, nə qədər sirrimi pünhan edəyim,
    Yandı canım anı bu nəzmlə şayan edəyim.
    Dağlayıbdır məni bir laləüzari-Qarabağ,
    Yandırıbdır məni bir nari-Nigari-Qarabağ.
    QOŞMALAR
    Ey cünuni-Leyla, aşiqi-şeyda,
    Məhəbbətdir ancaq sirati-minhac.
    Ey talibi-mövla, ey əhli-sövda,
    Oldur təriqəti-sahibi-merac.
    Söyləyim bir nüktə əhli-dünyayə,
    Sanmasun ərbabi-dili bimayə,
    Hərdən əyməz dünyayi-mafihayə
    Kimin sərində var eşqdən bir tac.
    Ərbabi-dil baqmaz artıq sevdayə,
    Təsir etməz töhmət əhli-rüsvayə.
    Fikr eylə kim, neylər əhü-dəryayə
    Məhabəti-dərya, kəsrəti-əmvac.
#28.03.2011 01:03 0 0 0
  • Şamü səhər səy et, ey əhli-sövda,
    Gərçe xətərnakdır təriqi-Leyla.
    İmdad eylər sana ülfəti-mövla,
    Çünki həmdəmimdir ol şiri-qəllac.
    Eyləsə təriqi-sövdadə qərar.
    Ta kim üz göstərə xeyməyi-dildar.
    Ey Seyid Nigari, hasil olur kar,
    Eyni-inayət ki baqsa bir qiyqac.
    ***
    Ey dili-pürsövda, talibi-Ənqa,
    Qafi-eşqdə var əsrari-düşvar.
    Məgər kəşf eyləyə ol sirri mövla,
    Yoxsa mümkün dəgil kimsəyə izhar.
    Zərrə nə fəhm etsin dəşti-kamuni?
    Qətrə nə anlasın bəhri-Ceyhuni?
    Çün necə söyləsün sirri-biçuni?
    Bəs söylə, kim etsün izhari-əsrar?
    Sanma kim, asandır ilfəti, əgər
    Rubadən kəmtərdir andə şiri-nər.
    Sındırıbdır çox şahinlər şahpər,
    Həvayi-Ənqayə nəhayətmi var?
    Gərçi xətərnakdir təriqi-dilbər,
    Vəhm etmə kim, həmrahindir xeyli ər.
    Həm rəhnimunindir sədiqi-Kərrar,
    Həm rəhbərindir Heydəri-Kərrar.
    Ey Seyid Nigari, ey dili-sadə,
    Kuyi-həqiqətə eşqdir cadə.
    Çəkmə ələm kim, yetərsən muradə,
    Dutubsan daməni-Əhmədi-Muxtar.

    Ey istəyən yari, sevən dildari,
    Mülki-məhəbbətdə gərəkdir ixlas.
    İxlas ilə eylə kari-kirdari,
    Gir təriqi-xasə, eylə qəlbi xas.
    İxlasinə hərgiz verməgil xələl,
    Ta yetişsin sana feyzi-bibədəl.
    Böylu qurulubdur qanuni-əzəl:
    İxlas ilə olsun kari-xas ixlas.
    Fəryadinə yetsin eşqi dildarin,
    İmdadina yetsin pərvərdigarin.
    Ey dil, şamü səhər olsun izkarin,
    Təriqi-vəhdətdə sureyi-ixlas.
    Sıqın eşqi-yarə, şövqi-dildarə,
    İstəazə eylə pərvərdigarə.
    Dəryayi-əsrarə, dürri-şəhvarə,
    Ey dəli dil, eylə kəndini qəvvas.
    Mütrib kim saz eylər, ələ alıb tar,
    Məşuqi kim söylər şövqilə dildar.
    Seyid Nigaridə qalmaz ixtiyar,
    Vəqt kim rəqs eylər eşqlə rəqqas.
    ***
    Şamü səhər, ey dil, vəchi-dildarə,
    Sərf eylədin nəzər kim oldun mail.
    Zərrə qədər yer qalmadı əğyarə.
    Göstərdi üz dilbər, məhv oldu hail.
    Çakər eyləmiş kim, səni bir şahid,
    Hasil olmuş sana ülfəti-cavid.
    Şükr eylə kim, buldum dövləti-xalid,
    Ey dəli dil, ey bəndeyi-İsmail.
#28.03.2011 01:05 0 0 0
  • Kəmali-eşqə kim eylədin iman,
    Göstərdi üz sana yəqini-canan.
    Sərvəri-xubanə bəxş eylədin can,
    Bəxş eylədi sana ruhu-şəmail.
    Girdin kim, meydanə mərdi-mərdanə,
    Vermədin bac Təhəmtəni-dastanə.
    Eylədin kim, ta xidməti-şahanə,
    Şahənşahdan gəldi sana həmail.
    Oynadarsan ki, top, qılırsan cövlan,
    Çəkərsən ki, çilə, atarsan peykan.
    Ey Seyid Nigari, ey mərdi-meydan,
    Ey fənni-hünərdə ustadi-kamil.
    GƏRAYLILAR
    Aşıq oldum gene tazə
    Bir növ cavanə, cavanə
    Hanı bir əhli-dil yazə,
    Ərzəm cananə-cananə.
    Qəm əlindən getdim dadə,
    Dərdimdir həddən ziyadə.
    Yalvarıram, vermə badə
    Zülfin Səlmanə, Səlmanə.
    Cüda düşdüm ellərindən,
    Kəsmədim göz yollarından.
    Zülfi-Leyla əllərindən
    Gəzdim divanə-divanə.
    Bilməzəm ki, ol kərəmkar,
    Əfv edərmi, günahım var.
    Yalvarıram, mar kimi zar
    Hərdəm yalmanə-yalmanə.
#28.03.2011 01:05 0 0 0
  • Qurdum ülfətin binasın,
    Yıqdım dünyanın esasin.
    Nigari, eşq səhrasın
    Gəzdim mərdanə-mərdanə.
    ***
    Əqlimi ey güli-xəndan,
    Atdın həvayə-həvayə.
    Eylədin bülbül tək əfqan,
    Düşdüm ah-vayə, ah-vayə.
    Qeydi-zülfində, ey mahim,
    Ərşə yetişibdir ahim.
    Mürəxxəs et, padişahim
    Məni bir ayə, bir ayə.
    Ləlindir ömrüm səfası,
    Ağzındır dərdim şəfası
    Ey sənəm, zülfin həvası
    Əldə sərmayə, sərmayə.
    Bəndi-bənd gəldim xuruşə,
    Zövqi yetirdim suruşə.
    Mayıl oldum cuşə-cuşə,
    Ləbi həmrayə, həmrayə.
    Dərsin almış rahibərdən,
    Müshəfi-ruyi-dilbərdən.
    Nigari hərdəm əzbərdən
    Oxur min ayə, min ayə.
#28.03.2011 01:06 0 0 0
  • MƏHƏMMƏD HİDƏCI
    Məhəmməd Mövsuməli oğlu Hidəci 1853-cü ildə Zəncanm tüdəc kəndinda
    anadan olmuş, ilk təhsilini kənd məktəbində almışdır. 1879-1887-ci illərdə o,
    Qəzvində və Tehranda oxumuş, sonra müctəhid adını almaq üçün Nəcəf
    şəhərində təhsilini davam etdirmişdir.
    1892-ci ildə təhsilini bitirib vətənə qayıdan Hidəci Tehrana köçmüş və
    ömrünün axırına kimi mədrəsədə müəllimlik etmişdir. Məhəmmad Hidəci 1928-
    ci ildə Tekranda vəfat etmişdir.
    Hidəci üç dildə - Azərbaycan, fars və ərəb dilində əsərlər yazmışdır. Onun
    "Külliyyatt-divani-Hidəci" kitabı Zəncan şəhərində, sonralar isə şeirlər
    külliyyatı Təbrizdə üç dəfə çap olunmuşdur. Şaırin burada verilən əsərləri vs
    haqqında məlumat "Cənubi Azərbaycan ədəbiyyatı antologiyası" (I cild, 1981)
    kitabından götürülmüşdür.

    QƏZƏLLƏR

    Danışma, zahid, əgər söz eşitmədim, - sənə nə?
    Mən öz xudamə günah etdim, etmədim, - sənə nə?
    Xuda behişti-bərini sənə verib, - mənə nə?
    Sənin gümanıma, mən kamə yetmədim, - sənə nə?
    Neçün səni söyərəm, getmişəm kəlisayə,
    Deyildi Kəbə nəsibimdə, getmədim, - sənə nə?
    Mənə əgər dedilər: Gəl qılaq dalıda namaz,
    Baxıb səlahıma, bu əmrə bitmədim, - sənə nə?
    Dedin: Mən eyləmərəm, iltifat dünyayə,
    Yeritdim öz sözümü, ya yeritmədim, - sənə nə?
    ***
    Xuda bilir ki, mən, ey dust, bivəfa deyiləm,
    Yoxum xilafü xəta, dusti-bisəfa deyiləm.
#28.03.2011 01:10 0 0 0
  • Vəfavü mehr əgər özgələrdə az tapılar,
    Mən özgələr kimi bimehrü bivəfa deyiləm.
    Deməm "cəfa eləmə" mən, cəfayə təbıb var,
    Vəli, bu qədri də müstövcibi-cəfa deyiləm.
    Sənə nə etmişəm, ey dərdimin devası, bü gün,
    Uzanmışam ölürəm, layiqi-şəfa deyiləm?!
    Əlac yox, məni bu dərd öldürər, bilirəm,
    Dur ey təbib ki, mən qabili-dəva, deyiləm.
    Rizayəm ölməyə ta qurtulum, mənə birisi -
    Gər ağlaya mən öləndən sora, riza deyiləm.
    Qocalmışam döşümün, başımın tükü ağarıb,
    Yoxum ürəkdə həvəs, talibi-həva deyiləm.
    Mənə deyillə: Demə xalq içində "mən dəliyəm",
    Yalan niyə danışım, düşməni-xuda deyiləm.
    Mən öymənəm özümü, kibrü naz yox məndə,
    Xudayə şükr ki, bu dərdə mübtəla deyiləm.
    Əqilliyəm dəliyəm, mən pisəm, əgər yaxşı,
    Elə buyam ki, varam, adəmi-riya deyiləm.
    ***
    Ey könül, son gəl bu yari-bivəfadan əl götür,
    Qoy səni bu dərd öldürsün, dəvadən əl götür!
    Yar-yoldaşdan ümid üz, qövm-qardaş istəmə,
    Yumgilən biganədən göz, aşinadən əl götür!
    Oxşadın gül üzləri, öydün bu qarə gözləri,
    Hasili noldu? Həvəs bəsdir, havadan əl götür!
#28.03.2011 01:11 0 0 0
  • Fitnədir eşqi-məcazi, fitnədən qorxmaq gərək
    Eşqi-nəfsani xətadır, bu xətadan əl götür!
    Ey məni gözdən salan mehrü vəfasız sevdiyim,
    Gər yoxun mehrü vəfa, barı cəfadan əl götür!
    Vədə vermişdin necoldu? Əhd qılmışdın hanı?
    Kim dedi, sən əhdini sındır, vəfadan əl götür?
    Zahidi-biçarə, bəsdir bir belə qıldın namaz,
    Səbhəvü səccadənı yığ, bu riyadan əl götür!
    Bir belə, ey xacə, yığdım mali-dünya, doymadın?
    Ta nə vaxta hirs? Bu fani səradən əl götür!
    Taciri-bədnəfəs, xoşzahır, peyəmbərdən utan,
    Bəsdir, ey namərd, tənzilü ribadan əl götür!
    Ey dadaş, keçdi cavanlıq mövsimi-surü sürur,
    Yığ büsati-işrəti, seyrü səfadan əl götür!
    Ta bilirsən, əqlə qulluq eylə, nəfsin burnun ov,
    Düş pərilər ardına, divi-dəğadən əl götür!
    Öz gümanımda budur: Mən aqilü fərzanəyəm,
    Laf vurma, Hidəci, bu iddiadən əl götür!
    TƏMSİL
    İxtisarla
    Eşitdim ki, ləklək gedib bir günü,
    Nahara qonaq istədi tülkünü.
    Onunçün bişirdi əriştə aşı,
    Məsəldir: "Qıyınmaz varından kişi".
#28.03.2011 01:12 0 0 0
  • Lüleynə töküb aşı qoydu öyə,
    Dedi: "Özgə qab yoxdur aş tökməyə.
    Çənağı uşaq sındırıbdır bu gün".
    Qabaqca uzatdı özü dimdiyin -
    Lüleynə, dedi tülküyə: Meyl edüz!
    Bu halı görüb tülkü oldu quduz.
    Vəli, istəməzdi gətirsin üzə,
    Kişi beylə dəmlərdə, xoşdur dözə.
    Dedi ləkləkə: "Ey mübarəkliqa,
    Bu gün mən, ğəzaya yoxum iştəha.
    Dəyibdir soyuq, xoş deyil halətim,
    Canım çimçəşir, giz-giz eylər ətim.
    Vəleykən budur, bəndə ərzinı sizə,
    Gəlin sübh çağı nahara bizə.
    Mənim halətim də səhər çaği çaq -
    Olur, bir-biriylən bir az goblaşaq".
    Dedi tülkiyə ləklək: "Ey mehriban,
    Sizə gəlməyə hazıram hər zaman.
    Vəleykən bu oldu mənimçün düyün
    Ürəkdə ki, sən içmədin aş bugün".
    Dedi ləkləkə tülkü: "Olma məlul,
    Bu zəhmət ki, çəkdin mənə var qəbul.
    Mürəxxəs olum mən, gedim mənzilə,
    Səhər tez gəlin, sürtməyin əl-ələ".
    Nahara bişirdi bulamac aşı,
    Süpürdü, təmiz eylədi bir daşı.
#28.03.2011 01:13 0 0 0
  • Caladı onun üstünə aşı o çağ,
    Dedi ləkləkə: "Meyl ediz dağ-dağ!
    Heyfdir bu cür aş olsun sovuq.
    Buyur, ta sovuq olmayıb, ol yavuq".
    Baxıb aşü daşə, işi anladı,
    Peşiman olub öz-özün danladı.
    Ki, "Vurdum mən əvvəldə yoldaşıma -
    Bu rəngi, bu gun gəldi öz başıma.
    Bu, türkəməsəldir: Gəlir başına,
    Hər ol kəs edər hər nə yoldaşına.
    Dedi: "Neççə gün bundan ön, gəldi, zağ,
    Bizim mənzilə, biz çəkmişdik cinağ.
    Kömək etdi tarı, onu udmuşam,
    Bu gün nəzr edib mən, oruc tutmuşam.
    Mən öz nəzrimi sındıra bilməzəm,
    Cəhənnəm oduna başarmam dözəm".
    Dilin saldı tülkü siyirdi aşı,
    Yaladı yerin, pak qıldı daşı.
    Dedi: "Ey qadan özgələr canıma,
    Bu aş olmadı heç güvara mənə,
    Dedi ləklək: "Ey dusti-pakizəhal,
    Bu mətləb deyil olgilən bixiyal.
    Əzizim, gətirdim səninçün məsəl,
    Birin gər qonaq etdin, olma dəğəl.
    Ərənlər deyiblir ki, "Ev sahibi,
    Qonağım qabağına qoysun qabı.
#28.03.2011 01:14 0 0 0
  • Yeməkdə qonağı gərək gözləyə,
    Yeyim gər az oldu, özü az yeyə.
    Uşağı qonaq yanına qoymasın,
    Qonaq gər deyər "qoy gələ" uymasın.
    Əgər üzdə hər qədr oxşar, öyər,
    Ürəkdə uşağın atasın söyər.
    Özü gər uşağın çox istər kişi,
    Gorəkməz gələ özgələr də xoşi".
    Bırı mən, uşaqdan gəlır çox bədım,
    Uşaq sahibi anlamaz, mən nedim?
    Uşağı pis öyrətmə, öydürmə çox,
    Hər ol kim, uşağın öyər, ağlı yox.
    Bu sözdən darılma, gərək ey dədə,
    Uşağa gərək atası ədəb öyrədə,
    Hər ol kəs ki, öz oğlunu öydürür.
    Atasın, öləndən sora, söydürür.
    Atadan, o xoşdur əgər anlaya.
    Uşaq boş duranda döyə, danlaya.
    Uşağa ol ustad verdi əmək,
    Ki: söydü, acıqlandı, vurdu kötək.
    Daş istər gəc olsun, gərəkdir pişə,
    Geci döyməsən, bilmə gəlsin işə...
    Səni gər döyər, dostdur Hidəci,
    Ki, gəlməz işə döyməsinlər gəci.
#28.03.2011 01:14 0 0 0
  • Milli Kitabxanadan...götürlmişdu...
#28.03.2011 01:17 0 0 0