Babasilin təbii yollarla müalicəsi

Son güncelleme: 08.01.2012 19:54
  • Babasil - Babasil haqqında - Babasilin təbii yollarla müalicəsi nece olur?

    Bir çox insanlarda babasil xəstəliyinə rast gəlmək olar. Babasilin əsas səbəbi isə qəbizlikdir. Xalq təbabətində babasilə və qəbizliyə aid bir sıra müalicələr var. Onlardan bir neçəsini təqdim edirəm.

    - Səna yarpağı, boymadərən otu, kövrək murdarça qabığı, keşniş toxumu, şirin biyan kökündən ibarət qarışıq babasil xəstəliyinə çox faydalıdır. Bir xörək qaşığı qarışığın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə qaynayan su hamamında dəmlənir. Sonra otaq temperaturunda soyudulur, süzülür. Qaynadılmış su əlavə edərək alınan dəmləmənin həcmi 200 ml-ə çatdırılır. Gündə 1 dəfə, gecə yatmazdan əvvəl 1/2 stəkan daxilə qəbul edilir.

    - 2 xörək qaşığı xırdalanmış zəncirotu kökünün üzərinə soyuq qaynanmış su tökülür. 8 saat saxladıqdan sonra süzülür. Gündə 4 dəfə, hər dəfə ¼ stəkan içilir.

    - Qurudulmuş dəvətikanın çiçəklərindən dəmlənmiş çay babasil xəstəliyində iltihabı aradan qaldırmaq və qanı kəsmək üçün qəbul edilir.

    - Ağ tutun yarpaqlarından çay dəmləyib qəbizlikdə, soyuqdəymədən baş verən xəstəliklərdə içirlər. Ondan tərlədici və hərarəti aşağısalıcı maddə kimi, həmçinin diabet və epilepsiya xəstəliyinə qarşı da istifadə edirlər.

    - Suda bişmiş çuğunduru qəbizlikdə işlətmə dərmanı kimi yeyirlər.

    - Xalq təbabətində ərikdən həzm prosesini yaxşılaşdıran, susuzluğun qarşısını alan, eləcə də xroniki qəbizlikdə yüngül işlətmə dərmanı kimi istifadə edilir.

    - Babasil xəstəliyi zamanı buzlu su ilə vanna etmək faydalıdır. Onu da unutmayın ki, uzun müddət belə vannada əyləşmək də zərərlidir. Buz vannasının davametmə müddəti bir neçə saniyədən maksimum bir dəqiqəyə qədər davam etməlidir. Buzu tək adi sudan deyil, həm də bitki məhlullarından hazırlamaq olar. Həkimlər buzun babasil ağrılarına yaxşı təsir etdiyini söyləyirlər.

    Alıntı..
#08.01.2012 19:54 0 0 0