Konsertin Bir Günü Təxirə Düşdü

Son güncelleme: 07.10.2012 13:04
  • Mehşurlar

    noimage

    Rusiyanın tanınmış müğənnisi Filip Kirkorovun Bakıda verəcəyi konsertin proqramında dəyişiklik olub. Konsertin biletlərinin satışı ilə məşğul olan "UR Stile Baku"dan Lent.az-a verilən xəbərə görə, noyabrın 8-i və 9-da keçirilməsi nəzərdə tutulan konsertin bir günü təxirə düşüb. Rusiyalı qonaq yalnız noyabrın 9-da konsert verəcək.

    Noyabrın 8-də bilet alan tamaşaçılar isə Nizami küçəsində fəaliyyət göstərən köşkdə biletlərini geri qaytara bilərlər.

    Şirkətdən konsertin bir gününün hansı səbəbdən təxirə düşməsi ilə bağlı heç bir əsas gətirilməyib. Lakin onu da əlavə ediblər ki, noyabrın 9-da 3D formatında olacaq konsert üçün qiyməti 45-700 manat ola biletlərin hamısı satılıb.
#07.10.2012 13:04 0 0 0