Üzünüzün qeydinə qalırsız amma dərinizin digər qisimlərinə laqeydlikmi edirsiniz? Dermatologlar, hamar və sağlam bir bədən dərisinin də bərabər ölçüdə baxım istədiyini söyləyir. Dərinin ehtiyac duyduğu baxımı göstərməmək, erkən yaşlanma əlamətləriylə, ya da daha pisi, dəri xərçəngiylə nəticələnə bilər. New Yorkda yaşayan dermatolog Francesca Fusco, Dünya Sağlamlıq Təşkilatının etdiyi bir araşdırmaya diqqət çəkərək gənc qadınlarda melanoma şişinin ən sıx inkişaf etdiyi bölgənin gövdə olduğunu söyləyir. Günəş şüalarından qorunmayan dəri, irəliləyən illərdə də həssaslığından bir şey itirmir.
Aşağıdakı üsullarla boyunuzdan, topuğunuza qədər bütün dərinizi qoruyub qeydinə qala biləcəksiniz!
Boyun və Sinə
Fusco, "Boyun və sinə bölgəsindəki dəri həssasdır, buna görə üzünüzə göstərdiyiniz kimi diqqətli, amma aktiv məzmunları daha az olan bir baxım istər," deyir. Məzmunların dərinizə nüfuz etməsi üçün həftədə bir dəfə kiçik dənəcikli bir peelingi üzünüzə tətbiq edin. Fusco, dəridəki kollagen və elastini gücləndirmək üçün, günaşırı retinol (A vitamini) və hər gün peptid, ya da krem formasında antioksidan C vitamini tətbiqinizi təklif edir. "30 faktorlu günəş kremi isə olmazsa olmaz," deyir Fusco. Çillər dekoltənizin görünüşünü pozursa, kojik turşu kimi, az miqdarda rəng açıcı maddə ehtiva edən bir nəmləndiricini gündə iki dəfə tətbiq edərək ləkələri yumşalda bilərsiniz.
Əl və Qollar
Əl və qollarınızı tez-tez yumadan, sabun və yuyucudan qorumasanız, quruyar, rəngini itirər və sallanar, bu səbəbdən də vaxtından əvvəl yaşlı görünmənizə səbəb olar. Beverly Hillsdə yaşayan dermatolog İlya Reyter, quruluğu aradan qaldırmaq üçün vazelin kimi bir nəmləndiricini bol miqdarda istifadə etmənizi təklif edir. Reyter, "Vazelin, eynilə streç film kimi bədəninizdə hal-hazırda var olan nəmi həbs edib su itkisinin qarşısını alar" deyir. Gecə yumşaq və hamar əllərə sahib olmaq üçün təklif etdiyi ipucu isə budur: Əllərinizi 10 dəqiqə suda gözlədin, sonra da vazelin sürtüb pambıqlı əlcəklər geyinin.
Keratoz deyilən, qolun arxasında ibarət olan yumrular, bir az daha məcburedici bir problem ola bilər. "Bunlar, məsamələrin içərisində kiçik, amma sərt yumrulara çevrilib iltihablanan ölü dəri hüceyrələridir," deyir Fusco. "Kisə edərək bu yumrulardan xilas ola bilməzsiniz amma əczaxanalardan ala biləcəyiniz, 10% nisbətində amonyum laktat ehtiva edən bir nəmləndiricini dəriniz nəmliykən tətbiq etsəniz işə yaraya bilər."
Gövdə
Gövdənizi duş geliylə yuduqdan sonra tətbiq edəcəyiniz yağı ehtiva edən bir nəmləndirici ya da bədən yağıyla bu bölgədəki dərinizin hamarlığını qoruya bilərsiniz. Çiyin və ombalarınızda sızanaq çıxırsa Fusco, duş gelinizə 2% nisbətində salisik turşu qatıb duş alarkən lifinizə damlatdığınız qarışığı bu bölgələrə tətbiqinizi təklif edir. "Yüngül rəng verən benzoil peroksid ilə eyni anda ləkələri həm gizləyib həm də yaxşılaşdıra bilərsiniz. Bu cür bir sızanaq ya da folikülite, stafilokok bakteriyasına yol aça bilər amma bunları istifadə etmədən əvvəl mütləq həkiminizə məsləhətləşməlisiniz," deyir Reyter. "Belə bir vəziyyətdə, həftədə iki dəfə oksigenlı gellərlə yuyunmaq həqiqətən işə yaraya bilər."
Qıç və Ayaqlar
Həftədə iki dəfə peeling ya da kisə tətbiq edərək ayaq və qıçlarınızın hamarlığını qoruya bilərsiniz amma sonrasında nəmləndirməyi əsla unutmayın. Reyter "Dərinin üst layı nəmi tutar və nəmləndirməyə laqeydlik etsəniz nəm itər," deyir. Ehtiva edənlər siyahısında qliserinin üst sıralarda olduğu bir nəmləndiriciylə qıçlarınızı ovmanızı təklif edir Reyter. Bu cür bir nəmləndirici, havadan nəm alma xüsusiyyətinə sahibdir. Qıçların arxa qisimləri, melanoma meydana gəlməsinə uyğun bir bölgə, buna görə bu bölgələrə də günəş qoruyucu tətbiqinə laqeyd yanaşmayın. Yaz əyaqqabıları (vetnamka və s.) geyirsinizsə, nəm asanlıqla buxarlaşacağı üçün ayaqlarınız quruya bilər. Vazelin, simetikon ya da mineral yağ ehtiva edən bir nəmləndiriciylə ayaqlarınızı gözəlləşdirin - bu məzmunların hamısı da nəmin itməsinə maneə törədən bir quruluşa malikdir - və həftədə iki gecə corab geyib yatın.
Diz, Daban və Dirsəklər
Bu quru bölgələrin xüsusi baxım istəmədiyi zaman varmı? Əlavə hamarlıq üçün, 20% gübrə, amonyum ya da asit turşusu ehtiva edən bir məhsulu topuq, diz və dirsəklərinizə tətbiq edib 10 dəqiqə gözləyib yuyun və bunu da həftədə bir dəfə tətbiq edin. Topuqlarınızda döyənək meydana gəlirsə, yağlılığı çox ehtiva edən bir sprey ya da pudra istifadə edin. "Beləliklə kiçik yarıqlarda yuva edən və yaxşılaşması çətin olan göbələkdən xilas ola bilərsiniz."