Göynəyir sinəm, Xocalı!

Son güncelleme: 26.02.2013 04:36
  • Göynəyir sinəm, Xocalı! - Göynəyir sinəm, Xocalı! şerin dinle

    Üzünə qəm, pərdə çəkən,
    Tutulmuş günəm, Xocalı!
    Qorxuram ki, qürub edib,
    Zülmətə enəm, Xocalı!
    Göynəyir sinəm, Xocalı!

    Qətlə yetsə minlərlə can,
    Dərdə dözmək deyil, asan!
    Qurumaz, azad olmasan,
    Gözlərimdə nəm, Xocalı!
    Göynəyir sinəm, Xocalı!

    Rus daşnaka verdi uğur,
    Uca göydən sitəm yağır.
    Nisgilindən qəhər boğur.
    Çətin ki dinəm, Xocalı!
    Göynəyir sinəm, Xocalı!

    El məhv olub demə, sinib,
    Biz yanmışıq, qəm isinib.
    Qeyrətimiz qoymaz çəkinib.
    Yolumdan dönəm , Xocalı!
    Göynəyir sinəm, Xocalı!

    Qisas yuyar ah, amanı
    Sanma xalqın yox gümanı.
    Qara yel tutsa səmanı,
    İnanma sönəm, Xocalı!
    Göynəyir sinəm, Xocalı!

    Alıntı..
#26.02.2013 04:36 0 0 0