Şəklin vaxtı sayan saat kimidi

Son güncelleme: 25.06.2013 08:36
  • hesret şeirleri - xatire şeirleri - Şəklin vaxtı sayan saat kimidi şeirin oxu


    Dedin son xatirəm quru şəkildi,
    Yazdın unudanda baxarsan
    ancaq,
    Mən səni unutsam..
    düşündünmü bir,
    Şəklin səndən əvvəl
    unudulacaq.

    Bilirəm,
    Bir daha dönməyəcəksən,
    Əksin-yanan eşqin bir ovuc külü,
    Özün yad ürəyi dinləyəcəksən,
    Şəklinsə qəlbimin döyüntüsünü.

    Səni saxlamağa çatmadı
    gücüm,
    Açılan nə vaxtsa solmalı imiş,
    Şəklini vərəqə köçürmək üçün,
    Arada neqativ olmalı imiş.

    Bu soyuq kağızda sevinc
    donubdur,
    Kədərin hardasa yol gəlir hələ,
    Üzünə xəfif bir gülüş qonubdur,
    Hicrana baxırsan sən gülə
    gülə...

    Bir anın hökmüylə dəyişir insan,
    Necə əziz idi bayaq bu şəkil,
    Sən özün bir sevgi
    xumarındasan,
    Hemişə oyaqdır, oyaq bu şəkil.

    Bir kağız üstündə donan ümidin
    Qəmli gözlərində əbədi ocaq,
    Şəklin vaxtı sayan saat kimidi,
    Yadıma düşəndə baxıram
    ancaq...

    Ziya Elman oglu
#25.06.2013 08:36 0 0 0