Ceylan

Ceylan

Üye
24.05.2011
Üsteğmen
24.931
Hakkında

  • Konu: Aşk
    sevgi şiirleri - aşk şiirleri - Nurcan şiirleri - Aşk şiirin oku

    noimage



    Dediler "nasılsın"
    Dedim "aşığım efendim"

    Ben cehennemim
    Ben tandır
    Avucumda külüm canlıdır
    Oğullar veririm yoksunluğa alev alev
    Fakir fukara bir tende servetiniz unutulursa ziyandır
    Hangi rüzgar savurur bizi hiçliğe
    Gelişiniz bahçeli baharlıdır efendim…


    Bu gece aydan sonra geldiniz
    Gümüşten gölgeniz
    Ve tülden sesiniz

    Karanlığı sere serpe dağıtmıştı rüzgar
    Yıldızlar yolların kıyısında
    Takları muhabbetin
    Mahyalar üzerimizde, adınız göğe asılmıştı efendim


    Önce bir huzur yüzüme derin gamzeler oydunuz
    Ve baki tebessümler koydunuz
    Gözlerime dokundunuz ilk defa
    Tulumbalar kurdunuz
    Ve dediniz ki "çok ağlama"


    Yüzünüze bakarken korktum
    "Bir gün ölüm gelir onu alır" dedim
    Titrediğimi görmediniz
    Tüy gibi savruldum feleğin elinde
    Gidişiniz büyüdü gözlerimde
    Giderken ne de sessiz, naiftiniz efendim


    Yürüdünüz yürüdünüz ve durdunuz
    Dönüp baktınız geriye
    Gözleriniz düştü gözlerime
    Yorulduğunuzu gördüm
    Düşüşünüzü düşleyemedim
    Nasıl kıyardım incinirdiniz
    Çok incindim efendim


    Kanı kahrı ve ayrılığı aynı teknede buldum
    Kızıl kıyamet resimlerde sizi ak pak soyutladım
    Ve beyaz bir bulut gibi kanıksadım
    Göğüme asarken rahmeti sizden
    Gölgeyi sizden umdum efendim…


    Ve gidişinizi gördüğümde
    Yırtılmayan bir sinema perdesinin dibindeydim
    Bütün sesler birbirine karıştı
    Gök yetim, ben öksüz bir çocuktum
    Annesiz kalanların ızdırabını önce kirpiklerime
    Sonra yüreğime işledim
    "ağlama" diyen kuş sesleri kulaklarımda
    Kanatlarını kıramadım
    Sessizce ağladım efendim…


    Son müsamere önemlidir
    Davetliler siyah ve sessiz yürür
    Gölgeler incitilmez ve gülümsenmez
    Baş ucunuzda çok ağlayanlar gördüm
    Yüzünüze son kez bakanlar
    Ben ıraktan öykünüyordum kederi ve gurbeti
    Göz yaşlarım değmiyordu soğuk teninize
    Tabutunuz, tabutunuz ne de güzeldi efendim


    Ve saçlarımı yolan rüzgar ellerime dolanırken
    Kimse bilmiyordu içimdeki katliamı
    Kalbimi sizinle defnettim
    Üzerinize bir kürek toprak atamadım
    Sonra herkes gitti bir bir
    Sizi burada yapayalnız nasıl bırakırdım efendim
    Yığıldım yıkıldım taşlaşdım başucunuzda
    Adınızla anıldım efendim


    Ve güneş hala aynı yerden doğuyordu bizim için
    Geceyi ve hilali birlikte karşılıyorduk
    Hep sessizce dinlediniz
    Bu baki nöbette huzur buldum
    Sizsizlik diye bir şeyin olmadığını bir kez daha gördüm
    Çok zamanlar geçti
    Gelenler gidenler,
    Sordular efendim "nasılsınız"
    Dedim "aşığız"
    Aşığız efendim…



    NURCAN
#01.07.2013 09:59 0 0 0
  • Konu: Beklemek
    Sevgi şiirleri - beklemekle ilgili şiirler - Nurcan şiirleri - beklemek şiirin oku


    Gönlüm gönlünün yıkık minaresi, sedasız bırakma…

    noimage


    Nereye iliklersem ilikleyeyim yüzümü
    Sana çözülüyorum …
    Yeşil bak, baharım olsun…

    Dudağımda gül açmış
    Gözlerimde bahar
    Sen mi geldin Gülbahar

    Bir lisan inşa etsen
    Öyle saf öyle temiz
    Yalnız sana seslensem
    Ne kalabalık olsam ne kimsesiz
    Bir söz söylesen
    Tılsımı hükümlerce kılınsa hükümsüz
    Kalmasam sahipsiz çaresiz
    Bana bir baksan
    Mahyalansa göğümde kirpiğin sıra sıra
    Ne güneş uğrasa ne ay ondan sonra
    Bulutun hatrı gözlerinde baki
    Rahmetinle doluversen ruhum küpüne
    Kırılsam dağılsam
    Ne altınım sorulsa ne akçem
    Adınla anılsam

    Gelsen
    Gitmeden kalsan
    Gözlerine uzansam
    Yumsan iki kirpik arası ömürlük düş olsam
    Düşmesem gözünden
    Baki bir saadet bir tatlı gülüş olsam

    Yine uyumuş bütün şehirler
    Sükutun kılıcı çığlıktan keskin
    İçinde ılgıt ılgıt susuşun var
    Behçet hesabındayım sensizliğin
    Guslünü almış harf hece seherin bağrında sıralanmış
    Birde yüzün vuruyor aydan sonra
    Yok saydığım dünden ve geceden sonra
    Varlığının bilincindeyim….

    Beklemeyi edep
    Sükutu huy saydım

    Gelmişsin
    Ellerimde dağılıyor saçların
    Ve dudaklarıma dolaşan dudakların
    Elmacık kemiklerinde yüzdürdüğüm kayıklar
    Kirpiğinde müjdeci güvercinler
    Ne olur kanadını kırma…

    Bir masal anlat sevgilim
    Başım göğsüne düşsün
    Dudakların alnıma
    Saçlarımda parmak ucun
    Kağıdın kalemin üzerine yemin
    İki dudak payı
    Aldığım nefesler adedince yemin
    Sensiz nefes almamak var sevgilim

    Bakışı divit
    Sükutu hokka
    Gözlerini banıp derin yokluğa
    Gurbetin bahtını yazan sevgili
    Saat ikiye çarpınca yüzünü

    Şehirler uyur
    Şairler uyur
    Bir ben kalırım geriye
    Geceyi yudumlayan gözlerim son kadehini devirir gün ağırırken
    Yokluğunun şerefine
    Ve yüreğimde bir küçük hisse
    Aşk beklemekten ibaretmiş sadece
    Bekledim
    Beklerim sevgilim...
    Beklerim...


    NurcaN
#01.07.2013 09:49 0 0 0
  • Konu: İsyan
    @ıssızada adlı üyeden alıntı:
    noimage

    Yeni bir yıldız bu akşam gökyüzünde
    Ayışığı vuruyor karanlık gecelerime
    Bir boşluk var sanki içimde
    Sensiz gecelerimde

    Gözlerim daldı boşluktaki karanlığa
    Yalnız kaldı benliğim, gömüldü anılara

    Haykırsam çığlığım varacak sana
    Sensiz geçen akşamlarımda

    Çevirdim başımı evde oturanlara
    Kimi uyuyor kimi dalmış anılara
    Benim tek tesellim yaktığım sigara
    Senin yokluğunda

    Hep beddua ediyordum sana
    Beni bırakıp gidersen başkasına
    İsyan ediyorum sana, sana olan aşkıma
    Ve yine sensiz geçen akşamlarıma.

    -alıntı-
    Orijinali Göster...

    Haykırsam çığlığım varacak sana
    Sensiz geçen akşamlarımda


    bu kelimelerdir işte donduran kanımı....
    bu hallerdir işte alan canımı
    sıcak yaz günlerinde buz tutan yüregim
    Dolunayın nurlandıramadığı karanlık gecelerim...
    ... okuyunca çığlık atasım geldi...
    eline, emeyine saglık
#01.07.2013 09:27 0 0 0
  • Sevgi şeirleri - mehebbet şeirleri - sevgiliye yazılanlar - Mən sənə vuruldum dəlicəsinə şeirin oxu


    Gah kükrədim,gah duruldum,gah axdım,
    Günəştək saçıldım,şimşəktək çaxdım,
    Gah yanıb-yaxıldım,yandırdım yaxdım,
    Mən sənə vuruldum dəlicəsinə.

    Yağış olub saçlarına yağmışam,
    Sevgi olub ürəyini yaxmışam,
    Deməki mən sənə qədər yoxmuşam,
    Mən sənə vuruldum dəlicəsinə.

    Gecələr Ay oldum,gündüzlər Günəş,
    İstidə bulağın,soyuqda atəş,
    Beynimdə bir heç ol,qəlbimdə birləş,
    Mən sənə vuruldum dəlicəsinə.

    Yazda çiçəyimsən,qışda qarımsan,
    Sevincim,kədərim,ahu-zarımsan,
    Arzum,məhəbbətim,xəyallarımsan,
    Mən sənə vuruldum dəlicəsinə.

    Ürəkdən-ürəyə yol var,bilirəm,
    "Sevirəm" deməyə dil var,bilirəm,
    Həftə var,zaman var,il var,bilirəm,
    Mən sənə vuruldum dəlicəsinə.

    Arzular,diləklər bir olsun gərək,
    Yoxsa ki,sevgiylə döyünməz ürək,
    Bütün varlığımla səni sevərək,
    Mən sənə vuruldum dəlicəsinə.


    alıntı
#01.07.2013 09:17 0 0 0
  • Sevgi şeirleri - Hesret şeirleri - Ali Aziz şeirleri - Öz bəxtimdən küsüm gərək şeirin oxu


    Zaman durdu səndən sonra,
    Nə yaşadım ? - Bilmədim mən.
    Ruhum getdi, getdin hara,
    Cismim qaldı, gəlmədim mən.

    Sənə görə ayrı düşdü,
    Ruh bədəndən kənar gəzdi.
    Ay da keçdi, il ötüşdü,
    Mende ise gun kecmezdi.

    Darıxardım sənin üçün,
    Hər bir zəngi sən sanardım.
    Sən həsrətdən kənar düşdün,
    Mən həsrətdən odlanardım.

    Həsrətinlə qocaldım mən,
    Gözləməkdən bel büküldü.
    Saçıma da düşmədi dən.
    Gənc yaşımdan saç töküldü.

    Hər gün biraz gözəlləşdin,
    Çirkinləşdim mən gün-gündən.
    Ər evinə gəlin köçdün,
    Qəlb evimdə tək qaldım mən.

    Gülüm, mənim hər şeyimdin
    Ayrılığa dözmür ürək...
    Yox, bu mənim taleyimdi,
    Öz bəxtimdən küsüm gərək.


    Ali Aziz
#01.07.2013 09:15 0 0 0
  • Üsyan şeirleri - heyati şeirler - Neriman Nerimanlı şeirleri - Mənə qaldı şeirin oxu


    Salxım söyüd altda, ay işığında
    Neçə yol görüşdük, say mənə qaldı.
    Sən, gülüm, lap aya, ilə dönmüsən
    O salxım söyüdlə Ay mənə qaldı.

    Yaman utanardıq nişanlılar tək,
    Sinəmiz körükdü, əllərsə titrək.
    Qoymadılar birgə ağlayaq, gülək,
    Göz yaşı çağladı, çay mənə qaldı.

    Damarda qanımdın, içib aldılar,
    Haqqdan, ədalətdən keçib aldılar.
    Açılan çiçəkdin, seçib aldılar
    Seçilən rəqibə, zay mənə qaldı.

    İllərdir sinəmdə qəhərə döndün,
    Gecəsi olmayan səhərə döndün.
    Özgənin ömründə bahara döndün
    Yandırıb qarsıdan yay mənə qaldı.

    Nəriman təskinlik aldı qələmdən,
    Düşər əllərimdən bir gün qələm də.
    Qismətim beləymiş, dərddən, ələmdən
    Ömürlük çəkilən pay mənə qadı.

    Nəriman Nərimanlı
#01.07.2013 09:13 0 0 0
  • sevgi şeirleri - mehebbet şeirleri - De niyə yanmadın sevən halıma şeirin oxu


    De niyə yanmadın sevən halıma,
    Qəst etdin sevərək mənim canıma.
    Desəm ki qayıt gəl yenə yanıma,
    Desəmdə faydası olmaz bilirəm.

    Bu necə sevgi idi anlamadım heç,
    Günahım olubsa günahımdan keç.
    Mənim olmadığım bir dünyanı seç,
    Artıq qəlbim səndə durmaz bilirəm,

    Həyat məni ayrı salıbdı səndən,
    De niyə ayrıldın sən axı məndən.
    Söylə ayrılarmı sevən sevəndən,
    Ürək artıq sənsiz vurmaz bilirəm.

    Səni gördüyüm gün kaş kor olaydım,
    Səni sevən kimi kaş unudaydım.
    Əzəl gündən eşqi kaş soyudaydım,
    Bu sevgimiz birdə sinməz bilirəm.

    Söylə ki sevgilim sən nə edirsən,
    Qəlbimə iz salıb hara gedirsən.
    Bilirəm hələ də məni sevirsən,
    Daha bu qəlb səni sevməz bilirəm.

    Çox asan sevmişdim, unutdum çətin,
    Üzümə gülmədi yenə qismətim.
    Ürəyimdə qaldı arzu həsrətim,
    Ağlar gözlər daha susmaz bilirəm.


    Nə qədər alışım nə qədər yanım,
    Nə qədər özümü mən bədbəxt sanım.
    Artıq acıya tab gətirmir canım,
    Dərdimi heç kəs qanmaz bilirəm.


    alıntı
#01.07.2013 09:11 0 0 0
  • İlk yaradılışımız haqqında - İslamda yaradılış nece eks olunur

    İnsanın ilk yaradılışı və Qiyamət günü yaradılışı arasındakı oxşarlıqlar.
    "Ölsün insan! O nə nankordur! Allah onu hansı şeydən yaratdı? Bir damcı sudan yaratdı, ona biçim verdi. Sonra onun üçün yolu asanlaşdırdı. (Əbəsə 80/17-20)
    "Allah onu hansı şeydən yaratdı? Bir damcı sudan yaratdı, ona şəkil verdi. Sonra onun üçün yolu asanlaşdırdı." (Əbəsə, 80/18- 20)
    "Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: "Mən palçıqdan bir insan yaradacağam. Mən onu tamamlayıb, Öz ruhumdan üfürən kimi ona səcdə edin!" (Sad 38/71- 72)
    "İndi soruş, onları yaratmaq çətindir, yoxa bizim yaratdıqlarımızı? Axı biz onları yapışqan kimi bir palçıqdan yaratdıq." (Saffat 37/11)
    Biz həqiqətən insanı süzülmüş palçıqdan yaratdıq. (Muminun 23/12)
    Uca Allah ilk insanın, torpaqdan yaradıldığına diqqət çəkməkdədir.

    Torpaq mərhələsi:
    Şübhəsiz Allah qatında İsanın vəziyyəti, Adəmin vəziyyəti kimidir. Onu torpaqdan yaratdı, sonra ona "Ol!" deməsi ilə o da dərhal oldu." (Ali-İmran 3/59)

    Palçıq mərhələsi
    "Ki O, yaratdığı hər şeyi ən gözəl edən və insanı yaratmağa bir palçıqdan başlayandır" (Səcdə 32/7)

    Yapışqan palçıq mərhələsi
    "Rəbbin mələklərə demişdi: "Mən quru bir palçıqdan, şəkillənmiş bir palçıqdan bir bəşər yaradacağam" (Hicr 15/28)

    Köklü qara palçıq mərhələsi
    "And olsun, insanı quru bir palçıqdan, şəkillənmiş bir palçıqdan yaratdıq" (Hicr 15/26)

    Bişmiş palçıq mərhələsi
    "İnsanı, atəşdə bişmiş kimi quru bir palçıqdan yaratdı" (Rəhman 55/14)

    Uca Allahın öz ruhundan üfürməsilə canlanma mərhələsi:
    "Onu bir biçimə salıb, ona ruhumuzdan üfürdüyümüz zaman siz onun üçün dərhal səcdəyə qapanın" (Sad 38/72)
    Uca Allah torpaqdan yaradıldığımızı nə üçün gündəmə gətirməkdədir? Bu sualın cavabını Rum 20 ilə qarşılaşdıraq: "Sizi torpaqdan yaratması, Onun dəlillərindəndir"
    Deməli torpaqdan yaradılmanın gündəmə gətirilməsi, öldükdən sonra dirilməyə dəlil olmasının məqsədləndirilməsindəndir. Eyni zamanda burada yaratmağın Allahın qüdrətinə dəlil olması da vardır. Təbii ki, torpağın öz başına su olmadan bir şeyə yaramayacağı da bir gerçəkdir. Torpaq deyilən xam maddəyə Uca Allah "su" qatmışdır.
    "O inkar edənlər görmürlərmi ki, (başlanğıcda) Göylərlə Yer bir- birilə bitişik ikən, Biz onları ayırdıq və hər canlı şeyi sudan yaratdıq" Yenə də onlar inanmayacaqlarmı?" (Ənbiya 21/30)
    Edilən araşdırmalar, insan bədənini meydana gətirən elementlər ilə torpaqdakı elementlərin bənzərliyini ortaya qoymuşdur. Aliminium, dəmir, kalsium, silikon, sodium, potasium, maqnezium, hidrogen, xlor, yod, manqan, fosfor, mis, gümüş, karbon, sink, kükürd və azod insanın bioloji quruluşunu meydana gətirən maddələrdir.
    Edilən araşdırmalara görə, insan vücudunun %65-ioksigen, %18-ikarbon, %10-u hidrogen, %3-ü azot, %1,5- i kalsium, %1- i fosfor, geri qalanı da digər elementlərdir.
    İnsan vücudunda İlahi taleh gərəyi, müəyyən nisbətlərdə yer alan, elementlərdə əksiklik olduğu zaman, xəstəlik meydana gəlməkdədir. Onun üçündür ki, Allahın həm kainat, həm də onun içində yaradılan ən dəyərli varlıq olan insanın yaradılışında əsla dəyişiklik edilə bilməz.
    "Elə isə sən üzünü Allahı birləyən (bir hənif) olaraq dinə, Allahın o fitrətinə çevir ki, insanları bunun üzərinə yaratmışdır. Allahın yaradılışı üçün heç bir dəyişdirmə yoxdur. Bax, dimdik ayaqda duran din budur. Ancaq insanların çoxu bilməzlər." (Rum30/30)
    Bu elementlərin biri çıxardıla bilməz, əksildilə bilməz, yerinə başqa element qoyula bilməz. nisbətlər dəyişdirilə bilməz.

    İndi də məhşərdəki diriliş ilə əlaqədar olan ayələri incələyək.
    "İnsan öncədən heç bir şey deyilkən, həqiqətən bizim onu yaratmış olduğumuzu (heç) düşünmürmü?" (Məryəm 19/67)
    "Allah sizi (yerdən) bir bitki kimi bitirdi." (Nuh 71/17)
    Sonra sizi yenə oraya geri çevirəcək və sizi (dirildici) bir çıxarışla dirildib, çıxaracaqdır. (Nuh71/18)
    Yuxarıdakı ayədə inkarçılara axirətdə dirildiləcəkləri xatırladılmaqda, sonrakı ayədə isə bu günün inkarçılar üçün çətin bir gün olacağı ifadə edilməkdədir. Milyardlarca insanın topluluqla dirilişi nə qədər də müdhiş bir səhnədir. Çaşqınlıq! Qarışıqlıq! Peşmanlıq! Qorxu!
    Hər kəs yalnız. Bir tək Allahın yardımının faydalı ola biləcəyi bir gün. Dünyada çox etibar edilən mövqelərin, ailələrin, pulların, mülklərin fayda etmədiyi bir gün... Geriyə qayıdışın olmadığı bir gün...

    İnsanların torpaqdan çıxışları çəyirtkələrə bənzədilməkdədir.
    Gözləri zillət və dəhşətdən düşmüş olaraq, sanki yayılan çəyirtkələr kimi qəbirlərdən çıxarlar. (Qəmər 54/7)
    Bax o gün insanların məzarlarından çıxışı çəyirtkələrə bənzədilir. Bəs, niyə çəyirtkələrə? Allah niyə bu nümunəni seçmişdir?
    Son dövrlərdə həşəratlar üzərində mikro kameralar və sistemli müşahidə ilə edilən araşdırmalar bizəniyə çəyirtkələrin nümunə olaraq göstərildiyi açıqlamaqdadır. Hər şeydən əvvəl çəyirtkə sürüləri çox sıxdır. Milyarlarca çəyirtkə bir yerə gələrək kilometrlərlə uzunluq və genişlikdəki qapqara bir yağış buludunu xatırladarlar. Bu sürülərin bızilərinin 3- 5 km genişliyində və metrlərlə dərinlikdə olduğu təsbit edilmişdir.
    Ayrıca çəyirtkələr yumurtaalrın torpağın içinə toxum kimi yerləşdirərlər və çəyirtkə sürfələri uzun bir müddət torpağın altında qaldıqdn sonra Yer üzünə çıxarlar. Haradan çıxarlar? Torpağın altından...

    İndi nümunə olaraq Amerikanın New- England bölgəsində yaşayan çəyirtkələri incələyək. Bu çəyirtkələr 17 yaşına girdikləri ilin May ayında, uzun illərdən bəri yaşadıqları yer altındakı qaranlıq yarıqlardan torpaq üzərinə çıxarlar. Əgər insanlar: "Sizi qaranlıq bir yerə qapadacağıq və saatınız olmadan, xarıcı dünya ilə bağlantınız olmadan 17 gün sonra hamımız birgə çölə çıxacaqsınız. " desəz, əmin olun bir çox insan 17 günlük müddəti belə doğru təhmin edə bilməz.
    Dünyada ikən maddi bədəni məzara qoyulmuş insanların, axirətdə topluluqla yaradılmalarına bundan gözəl nümunə nədir?
    Qısaca çəyrtkələr və insanlar oxşar şəkildə torpağın altında uzun bir müddət qaldıqdan sonra topluluqla çıx sıx olaraq Yer üzünə çıxarlar.
    Quranda öyüd almağımız üçün nümunələr verilmişdir.

    * Bax bu nümunələr; "Biz bunları insanlara verməkdəyik. Ancaq alimlərdən başqası bunlara ağıl çatdıra bilməz" (Ənkəbut 29/43)
    Qullara ruzi olmaq üzərə. Və onunla (o su ilə) ölü bir şəhərə diriltdik

    * Qəbirlərindən qaçarcasına çıxarılacaqları gün, sanki onlar tikili bir şeyə istiqamətləndirilmiş kimidirlər. ( əl- Məaric 70/43)

    * Onlar sənin Rəbbinə sıra ilə təqdim olunmuşdur. And olsun sizi ilk dəfə yaratdığımız kimi bizə gəlmiş oldunuz. Xeyr, Bizim sizə bir qovuşma zamanı təsbit etmədiyimizi sanmışdınız, deyilmi? (Kəhf 18/48)


    * Qurana əsasən Yer üzü Qiyamət günü yeni bir şəkilə bürünəcəkdir.
    * Yer düzlənəcəkdir" (İnşiqaq 84/3)

    * Bax, o yalnızca bir qışqırıqdan ibarətdir, artıq özləri dirildilmiş olaraq, baxıb, dururlar. (Saffat 37/19)

    *Sura üfürülmüşdür: beləcə onlar qəbirlərindən (dirildilib) Rəblərinə doğru dalğalar halında süzülüb, gedərlər (Yasin 36/51)

    *Demişlərdir ki, Elə olsun, yuxuya buraxıldığımız yerdən bizi kimdirildib qaldırdı? Bu Rəhman olan Allahın vəd etdiyidir. (Deməli) göndərilən elçilər, doğru denişlərdir. (Yasin 36/52)

    *Lakin qulaqları partladırcasına olan o gurultu gəldiyi zaman, (Əbəsə 80/33)

    *O, yalnızca bir tək qışqırıqdan başqası deyildir, artıq onların hamısı toplanmış, olaraq hüzurumuza gətirilmişlərdir. (Yasin 36/53)

    *Ayələrdən anlaşılacağı üzərə bir dəfədə, bütün insanlar qulaqları kar edərcəsinə yüksın bir tezlikdəki bir səslə qəfildən torpaqların insan bədənindən ayrışaraq, insanların ayağa qalxması şəklində cərəyan edəcək. (Kəff 50/44)
    * Bu qalxış insanlara sanki milyonlarla il keçmiş kimi olmayacaq. Yeni yuxuya keçmiş və qüvvətli bir səslə oyandırılmış kimi olacaq.


    alıntı
#01.07.2013 09:06 0 0 0
  • Qocalmaq haqqında bilmediklerimiz - Qocalmaq nece hiss olunur


    İngiltərədə 50 yaşdan yuxarı insanlara sığorta xidməti təklif edən bir şirkətin iki min nəfər arasında keçirdiyi sorğuda maraqlı nəticələr ortaya çıxıb.

    Sorğuda iştirak edən hər on nəfərdən səkkizi "Hamı hiss etdiyi yaşdadır” desə də, psixoloqlar verilən cavablar əsasında qocalmağa başlayanların 50 ortaq əlamətini müəyyən edə bilib.

    Həmin 50 əlamətlə tanış olmağa necə baxırsınız? Bəlkə siz də qocalmaq üzrəsiniz?

    - Bədəninizin hansısa yerinin tez-tez tutulması

    - Əyiləndə ağrımaq

    - "Mən cavan olanda belə deyildi” demək

    - Saçların tökülməyi

    - "Bizim vaxtımızda…” ilə başlayan cümlələr qurmaq

    - Tez-tez küsmək

    - Radioların Top-10 siyahısındakı heç bir mahnını bilməmək

    - Səs-küyə əsəbiləşmək

    - Oynaqların ağrımağından şikayətlənmək

    - Qulaqların, burnun tüklənməyə başlaması

    - İnsanların adını yaddan çıxarmaq

    - Polisə, həkimlərə, müəllimlərə "dünənin uşağı” kimi baxmaq

    - Televizorun qabağında yuxulamaq

    - Günorta yuxusuna ehtiyac hiss etmək

    - Gənclərin nədən danışdığını başa düşməmək

    - Texnoloji alətlərin istifadəsində çətinlik çəkmək

    - Tablet kompüterlər, sensor ekranlı, smart telefonları işlədə bilməmək

    - Daha çox şikayət etmək

    - Eynəyi boyundan asmaq

    - Yeni müğənniləri tanımamaq

    - Televiziya verilişlərinin keyfiyyətindən şikayət etmək

    - Belinə ağırlıq düşəcək deyə ağır əşyalar qaldırmamaq

    - Tez-tez əşyalarını itirmək

    - Televiziyada gənclər üçün nəzərdə tutulan verilişlərə baxmamaq

    - Avtomobili yavaş sürmək

    - Əşyaları hara qoyduğunu unutmaq

    - Gecə əyləncələrindən çox evdə oturub nərd, domino oymağa üstünlük vermək

    - Bir əşyadan ehtiyat üçün bir neçə dənə almaq

    - Tarixi televiziya verilişlərinə maraq göstərmək

    - Qonaq gedəndə başmaq, yaxud isti paltar götürmək

    - Köhnə mahnılar verilən radiostansiyalara qulaq asmaq

    - İçkidən tez sərxoş olmaq, daha doğrusu, bir stəkan içkidən sonra yatmaq

    - Çölə çıxanda qalın geyinmək

    - Tez kökəlib-tez arıqlaya bilməmək

    - Bir cüt corab hədiyyəsinə də sevinmək

    - Bəzən bir stəkan çayı hər cür içkidən üstün tutmaq

    - Yola çıxanda termosda çay götürmək

    - Tanımadığı həmyaşıdlarla rahat dil tapmaq

    - Bağ, həyət işləri ilə maraqlanmaq

    - Üzdəki qırışları azaltmaq üçün kremlər almaq

    - Məqsədsiz, lazımlı və ya lazımsız olmağına baxmayaraq əşyaları yığmaq, bəzən gizlətmək

    - Hava proqnozuna uyğun geyinməyə çalışmaq

    - Evdəki əşyaların yerlərini tez-tez səhv salmaq

    - Quş, yaxud hər hansı ev heyvanı saxlamaq

    - Gənclikdə oxuduğu kitabları yenidən oxumaq

    - Qulaqların böyüməyi

    - Tarixi əsərlərin, abidələrin qorunmağının vacibliyi vurğulamaq

    - Bəzən etik qaydaları yaddan çıxarıb, ürəyindən keçənləri qarşısındakının üzünə demək

    - Daha çox məsləhət vermək

    - Tez-tez gəncliyindəki məzəli, gülməli əhvalatları danışıb gülmək
#01.07.2013 09:03 0 0 0
  • Üreyinizi qıranlar - Daha çox qırılmamaq üçün neler etmeli


    Ürəyinizi qırmayacaq kişi yoxdurmu?

    Samballı,ağılı başında və ürəyinizi qırmayacaq bir kişi yoldaşınızın olmasını çox istəyirsiniz,deyilmi?Sizə qeyri-mümkün kimimi gəlir?Əslində deyil,amma nə axtardığınız,tapdığınızla doğru mütənasib kimi dayanır.Necə?

    Nə axtardığınızı bildiyinizdə,tapdığınızda anlayırsınız.

    Əgər saxta adamlardan xoşlanırsınızsa, ürəyinizin qırılması qaçınılmazdır. İzah edəcəyim bütün şərtlər yerinə gəlmiş olsa belə,əlaqənizin getməsi əlbəttə ikinizin əlaqə davranışına bağlı olacaq.Ancaq mənim söyləyəcəklərim,ən başdan hadisənin yaxşı addımlarla başlaması üçün ümumi keçən qaydalardır.Hər şeydə olduğu kimi,bunda da istisnalar vardır və bütün ümumiləşdirmələr səhvdir!

    Ürəyinizi parçalaması ola biləcək olan bir adamı ətrafınızdakılar 3 kilometr uzaqdan fərq edib, sizin heç cür görmədiyiniz bir çox hadisə yaşamış və ya şahidi olmusunuz.

    Bu adamların həyatı, əlaqəyə baxışı, həyata baxışı müəyyəndir. Məqsədləri, gedəcəkləri yol müəyyəndir amma siz heç cürə görməzsiniz, görmək işinizə gəlməz və ya içinizdə düzəldəcəyinizə dair bir ümid vardır, inadınızdan imtina etməzsiniz. O adamlar bu yazıda mövzu xaricindədir!Əsas mənim izah etmək istədiyim xüsusiyyətlər daha çox,uzunmüddətli və sağlam bir əlaqə üçün bir kişidə olması lazım olan xüsusiyyətlərdir.

    Ailəsinə qarşı rəftarı necədir?

    Anası,atası,qardaşlarıyla əlaqəsi necədir?Onlara qarşı nəzakətli,sevgi dolu və hörmətlidirmi?Telefonda ailə üzvləriylə danışarkən rəftarını,səsini izləyin.Ailəsiylə münasibətləri pisdirsə,bütün mənfiliklərə baxmayaraq,bacardığı qədər düz və hörmətli olmağa çalışırmı?Davamlı şikayət etmək və onları pisləmək yerinə,hər şeyə gözəl tərəfdənmi yanaşır?Belə bir adamın ürəyinə tam güvənə bilərsiniz.


    Ətrafındakı insanlara qarşı rəftarı necədir?

    İnsanlar onun haqqında nə deyir,ona qarşı rəftarları necədir?Bir restorana getdiyinizdə ofisanta və digər tanımadığı şəxslərə qarşı davranışları necədir?Çoxbilmiş,hörmətsiz və eqoist davranırsa,o adamla əlaqədar sual işarələrini ağlınıza qoyun. Aqressiv,davamlı tənqid edən,hörmətsiz bir adamın sizə necə davranacağını düşünürsünüz?İlk zamanlar yaxşı olması,irəliləyən zamanlarda da elə olacağı mənasını verməz.

    Danışarkən "biz" deyənlərdəndirmi,yoxsa "mən" deyənlərdəndirmi?

    O bir ailənin parçası olmağa niyyətlidirsə, cümlələri "biz" deyə quracaq.Sevgi və hörmət dolu bir əlaqənin təməli "biz" dir.Davamlı mən deyən,cümlələri tək quran adamlara diqqət edin!

    Prioritetləri nələrdir?

    Həyata dair hədəfləri varmı?Həyatı necə görür?Həyat onun üçün nə məna ifadə edir?Gedəcək bir yol xəritəsi olan insanlar,məqsədləri olan insanlar hər zaman daha etibarlıdır.Avara gəzənin avara şagirdi olar deyiblər,harada axşamı,orada səhəri olan bir adamla yaxınlaşırsınızsa,ürəyinizin qırılma ehtimalını göz qarşısında saxlayın.

    Hisslərinizin səsini eşitməyi öyrənin.

    Biriylə tanış olduğunuzda,bir əlaqəyə addım atdığınızda,əgər bir şey səhv gedirsə,ürəyinizdən bir səs sizə davamlı bu səhvi hayqırar.Ancaq sizin bunu eşitmək istəməniz lazımdır.Təxirə salaraq, "yox,ola bilməz " deyərək,bəhanələr çıxararaq ancaq xəyal qırıqlığına doğru irəliləyərsiniz.Hissləriniz doğrunu görər və bilər,ona güvənməyi öyrənin.


    alıntı
#01.07.2013 08:59 0 0 0
  • Ulduzlar bu güne ne ved edir - Günün qoroskopu 01.07.2013


    Qoç - planlaşdırdığınız işlər istədiyiniz kimi başlamaya bilər. Tənbəllik etməyin, ruhdan düşməyin.

    Problemin həll yollarını arayın. Bir istiqamət seçərək həmin yöndə çalışın və nəticədən razı qalmayınca sakitləşməyin. Mühafizəkar davranış, inad, təfərrüatlara varmaq, detalları nəzərə almaq irəliləyişə səbəb olacaq.

    Nüfuzlu şəxsdən dəstək ala bilərsiniz.
    Şübhə doğuran məsələ sizi aldatmasın, şirnikləşdirməsin. Yalan təkliflərə uymayın. Əgər indiki işlə bağlı təklif varsa və bu, maddi rifahınızın yaxşılaşmasına səbəb ola bilərsə, laqeydlik nümayiş etdirməyin.

    Axşam saatları ünsiyyət və müzakirə üçün əlverişlidir.

    Buğa - əlverişli gündür. Plan üzrə hərəkət edin, özünüzü düşünün. Bu, eqoizm deyil: sadəcə, daim başqalarını düşünsəniz, sonucda günlərin birində çox imkanları əldən verdiyinizi anlayacaqsınız.

    Sizi münaqişəyə çəkməyə çalışacaqlar. Beləsinin cavabını dərhal verin.
    Mühüm işi yerinə yetirərək başa vurmaq asan deyil. Ətrafınızda baş verənlərə həssas olun. Alınan informasiya, söhbətlərdəki mövzular sonradan faydalı ola bilər.

    Axşam saatlarını ailə ilə keçirin. Gəzinti, ya da tam əksinə - evdə qonaqların qəbul edilməsi əhvalınızı yaxşılaşdıra bilər. İmicinizdə dəyişikliklər edə bilərsiniz.

    Aktiv olun, ətalətlə davranmayın.

    Əkizlər - bu gün kimsəyə imkan verməyin ki, sizə təzyiq göstərsin. Fikrinizi işlərə yönəldin, ciddi şəkildə çalışın.

    Mövcud tələblər, reallaşdırılmasını gözləyən maraqlar və tapşırıqları nəzərə alın. Təxirə salınması mümkün nüanslar da var.

    Amma onlara da vaxt ayırın. Xoşunuza gələn işlə məşğul olun. Görüş təşkil edin, vaxtınızı səmərəli keçirin. Niyyət və planlarınızın bir qismini etibar etdiyiniz adamla bölüşmək olar.

    Təlaş, nigaranlıq və əndişələri axşam saatlarında unudun, istirahət edin. Ev işləri, ailə qayğıları ön plana çıxır. Praktik olun, mövqelərizi möhkəmləndirin.

    Xərçəng - məqsədə çatmaq istəyirsinizsə, qətiyyətli və əzmli olun. Səy göstərməsəniz və hadisələrin axarına müdaxilə etməsəniz, bu gün önəmli heç nə baş verməyəcək.

    Ətrafınızda yaşananları diqqətlə izləyin, yaranan imkanları əldən verməyin. Müxtəlif dövlət qurumlarına baş çəkmək, borcu qaytarmaq, hesablaşmalar aparmaq, sövdələşmə və anlaşma üçün əlverişli vaxtdır.

    Yaşam arealınızdakı dağınıqlığı aradan qaldırsanız, özünüzü yaxşı hiss edəcəksiniz. Yeniliklər və dəyişikliklər üçün münbit zəmin hazırlayın.
    Fiziki işdə və aktivlikdə fayda var.

    Şir - yaxın gələcəklə bağlı strategiyanı hazırlayın. Bunun üçünsə ilk əvvəl işdəki önəmli məsələni rəhbərliklə və iş yoldaşlarınızla müzakirə edin.

    Hansısa mövzunu qapatmaq, mərhələni başa vurmaq gərəkdir.
    Ötənləri arxada qoyaraq irəliləyin. Yeni üfüqlər, yeni məqsədlər sizi gözləyir. Alınan informasiyanı yoxlayın, məlumatları saf-çürük edin.

    Xəbərin yaranma səbəblərini və sizə gərəkli olması səviyyəsini nəzərdən keçirin.
    Gərəksiz hisslər, mənasız əlaqələrdən qurtulun.

    Şəxsi münasibətlərdə anlamsız situasiyalara düşməməyə çalışın.

    Qız - qərarlarınızda və addımlarınızda tərəddüd edirsiniz. Mühüm olay, əhəmiyyətli addımla bağlı laübəli davranmayın. Qətiyyətli olun, şansı dəyərləndirin. Mövqelərinizi qoruyarkən inadkar və hətta sərt olun.

    Əlverişli gündür, bir sıra hadisələr spontan baş verir. Gerçəklik dəyişir, illüzor hisslər yaranır, yeni xəbərlər və təkliflər üçün məkan təmizlənir. Əgər nə isə yoxa çıxırsa və ya təkliflərlə sifarişlərin şərtləri sizi qane etmirsə - düşünün.

    İndiki situasiyada olanları qorumaq, əməkdaşlığa dəyər vermək, ya da hər şeyə yenidən başlamaq - qərar sizindir.

    İşdə vədlərə inanmayın. Əsas məsələ sizin maddi durumunuzun təminatıdır.

    Tərəzi - gün yeknəsək, aramlı ritmə malikdir. Hadisələrin çoxu əvvəlcədən təxminlənə bilər. İşdə və söhbətlərdə maddi maraqlarınızın təminatına çalışın.

    Məqsədlərinizi reallaşdırmaq üçün faydalı bildiyiniz əlaqələrdən yararlanın, təmasları işə salın.
    Görüş, səfər və ya tədbir əsnasıda maraqlı görüşlər, tanışlıqlar ünsiyyət çevrənizə yeni ruh verə bilər.

    Şəxsi təmaslarda uzun söhbətlərdən qurtulun.
    Dəyər verdiyiniz insan sizdən diqqət və həssaslıq gözləyir.

    Axşam saatlarında istirahət edin.

    Əqrəb - yaxın ətrafınızdakı insanların inert davranışı və onların tərəddüdləri, şübhələri sizi sinirləndirir. Həmin insanlar yeni ideyalarınızı qəbul etmək istəmirlər.

    Planlarınızı anladın. Yaranmış şəraitdə dürüst istiqaməti seçin, əvvəllər müxtəlif səbəblərdən icrası təxirə düşən və ya baş tutmayan məsələləri bitirin.

    Təsərrüfat işləri üçün vaxt tapın.
    Ev işləri ilə məşğul olsanız, yaxşı nəticələr əldə edə bilərsiniz.

    Səhhətiniz xüsusi diqqət tələb edir. Axşam saatlarını açıq havada keçirin.

    Oxatan - səhər saatlarından etibarən rutin, gündəlik işlərlə məşğul olun. Çoxdan bəri təxirə saldığınız, başa vura bilmədiyiniz işi bitirin. Bu iş dəqiqlik, səbr, fikrin cəmlənməsini və adətən sizi darıxdıran təkidi tələb edir.

    Sabah işlər daha gərgin, daha intensiv olacaq. Ona görə də bu gün yarımçıq olan işləri tamamlayın. Yaşam arealında qayda və nizam tələb edən sahələrə əl gəzdirin.

    Daxili müvazinətinizi poza biləcək amilləri zərərsizləşdirin.
    Axşam saatlarını ailədə keçirin, ümumi planları müzakirə edin.

    Oğlaq - işdə və ya evdəki problemlərdən biri bütün enerjinizi udaraq istismar edə bilər. Önəmli məsələnin həllini yarımçıq qoymayın. Mənfəət və ya irəliləyiş vəd edən işdə aktiv olun.

    Məqsədi dəqiq müəyyənləşdirin, yaxın günlərdə nə edəcəyinizi dəqiqləşdirin. Gərəkli informasiya əldə etmək üçün bütün imkanlardan yararlanın.

    Planlarınızı iş yoldaşları, tərəfdaş və ya şəriklə müzakirə etmək olar.

    Günün ikinci yarısında səhhətinizə fikir verin, həssas davranın.
    Axşam saatlarında təmiz havada gəzintidə fayda var.

    Dolça - işlərinizdə və hərəkətlərinizdə emosionallığa varmayın, hisslərin əsiri olmayın.

    Praqmat, bir qədər də eqoist davranın. Hadisələri tələsdirməyin, yaşanan olaylara süni təkan verməyin. Xoş xəbər almağınız, yeni perspektiv və imkanla qarşılaşmağınız istisna deyil. Yaxın ətrafınızdakı insanlarla manipulasiya etməyin.

    Bütün fikri işlərinizə yönəldin, səbatlı nəticə əldə etməyə çalışın.
    Axşam saatlarında aramlı məşğuliyyət, yaxşı tanıdığınız insanlarla söhbət və ziyafətə üstünlük verin.

    Yaxın insanla münasibətlər ümumi fəaliyyəti möhkəmləndirməklə yanaşı, hisslərə də təkan verə bilər.

    Balıqlar - praktiki, əsaslı, ciddi işlər və maddi problemlərin həlli üçün uğurlu gündür. İşə və şəxsi məsələlərə ciddi yanaşın.

    Tələskənlik etməyin. Fəaliyyət göstərdiyiniz sahədə irəliləyişə, nəticəyə nail olmaq üçün səylərinizi əsirgəməyin.

    Yaxın ətrafınızdakı insanlardan birini dilə tutmaqdan vaz keçin. Sizin yaşam arealında özünü söz sahibi hesab etməyə başlamış adamın cavabını verin, onu həddini aşmağa qoymayın.

    Boş və mənasız söhbətlər vaxtınızı alacaq, fikrinizi yayındıracaq.
    Önəmli məsələni nəzərdən keçirmək üçün danışıqlar aparmaq olar.

    Axşam saatlarında seçdiyiniz işlə məşğul olun.

#01.07.2013 08:54 0 0 0
  • yaşlansada uşaq qalan insanlar - həyat hekayəsi - bir insanın nağılı


    Mən bir insan tanıyırdım, 50 yaşlı uşaq idi elə bil...

    Çox uşaqlı ailənin sonbeşiyi idi. Ailənin o biri uşaqlarından fərqli olaraq ali təhsil almamışdı, bir peşəyə yiyələnməmişdi. Bütün ömrünü tikintidə fəhləlik etmişdi...

    Ailə qurmuşdu, övladı olmamışdı. Həyatda gördüyü sonuncu uşaq özü idi. Bəlkə insan övladını qucaqlayanda böyüyürmüş, ona görə də yarım əsr yaşadığının fərqində deyildi... Heç böyüməmişdi... İllər öncə itirdiyi valideynlərindən bir körpə sevinci ilə söhbət açardı o 50 yaşlı uşaq...

    Hələ də ona verilən bir konfetə, hətta bir salama belə, körpə kimi fərəhlənirdi. Dayısından, əmisindən ağız dolusu danışırdı... Hələ də böyük qardaşı qəhrəman idi, gəlib bütün dərdlərinə çarə tapacaq, böyük bacısı yaralarını bağlayacaqdı...

    Bayramları, ad günlərini tənha keçirərdi...

    Hamının yadından çıxmışdı... Öz dediyinə görə, lap Allahın da... Nə bacı axtarırdı onu, nə qardaş... Nə əmi, nə də dayı...

    O axtaranda isə “Görən yenə nə istəyir?” deyib uzaq qaçırdılar...

    Hər il ad günündə süfrə açdırar, özü isə pəncərədə oturub gözünü yola dikərdi... Axşam saat 11 olandan sonra xanımı ilə süfrəyə oturub səssizlikdə ad günü qeyd edərdi... Telefon kimi, qapı kimi susardılar. Xanımı nəsə deməyə ürək etməzdi...

    Onun ad gününü hamı unutmuşdu... Əslində ad gününü yox, özünü unutmuşdular. Nə bacıları xatırlayırdı, nə qardaşları... Nə əmiləri, nə də dayıları...

    Nə qədər qəribə olsa da səhəri zəng edib təbrik edirdilər, deyirdilər ki, işdə idik... Kimsə xəstələnmişdi, nəsə iş çıxmışdı... Bəhanələr müxtəlif olurdu, amma səbəb eyni: “Gecə yuxuda gördüm ki...”

    Sən demə 50 yaşlı körpə səhərə kimi bütün ailəsinin yuxularını ziyarət edirmiş...

    Bir səhər isə yuxulardan qayıtmadı, tamamən yuxulara köçdü... “Ürək tutmasından” – belə dedi həkimlər... Amma heç kəs bilmədi onu kimin yuxusunda öldürüblər... Kimin yuxusunda yaralanıb, kimin yuxusunda can verib, kimin yuxusunda vəsiyyət edib... Kimsə bilmədi...

    ...hamı işini yarımçıq qoyub gəldi... Xəstəsi də, sağlamı da, məşğulu da, uzaqda olanı da... Hamı xəbər tutdu, hamı vaxt tapdı...

    Onun da tək istədiyi hamını bir yerdə görmək idi... Əgər bir neçə dəqiqəlik oyansaydı bir də heç vaxt getməyəcəkdi... Bütün ailəsini evində toplaşmış görsəydi bir də heç vaxt yuxular gəzməyəcəkdi ki, yuxuda qəzaya düşsün...

    Amma artıq oyanmaq üçün çox gec idi... İnsansızlıqdan yuxular gəzib, orda ölən insanın dar, kimsəsiz komasına yüzlərlə adam toplaşmışdı... Axı “filankəsin qardaşı”, o biri “filankəsin qardaşı oğlu” idi... Tək qüsuru – həyatı alınmamışdı, “filankəs” ola bilməmişdi...

    ...Ölümündən bir neçə ay sonra bir səhər o koma yenə adamla dolu idi... “Filankəslər” hamısı bir nəfər kimi gəlmişdi... Sən demə bu gün “Rəhmətliyin” ad günü imiş... Necə də əzbər bilirmişlər... Özü də bu dəfə heç kim onu yuxuda görməmişdi. Bəs hardan xəbər tutmuşdular?

    Süfrə açıb, ehsan verdilər, yaxın-uzaq “filankəslər”in yarısı gəldi, yarısı da eşitdi ki, “filankəslər” qardaşlarının ruhunu şad etmək üçün ad gününü qeyd edirlər...

    Yasında olduğu kimi, ad günündə də ömür-gün yoldaşı bir küncə çəkilib, kimsəsizliyini qeyd edirdi... Qohumlar isə özləri bişirib, özləri yeyib, uşaqlıq xatirələrinə bölüşürdülər...

    Kədərdən öldürdükləri insanın ruhunu şad edirdilər...

    Unudaraq öldürdükləri insanın ruhunu yaşadırdılar...


    Vüsalə Məmmədova
#01.07.2013 08:49 0 0 0
  • Övladlığa uşaq götürme haqqında - Kimlər övladlığa uşaq götürə bilməz

    Ailədə yaşamaq və tərbiyə olunmaq uşağın əsas hüquqlarından biridir. Uşaq ailədə fiziki və mənəvi inkişafa nail olur, cəmiyyətin tam hüquqlu üzvü olmağa hazırlaşır. Övladlığa götürmə də uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququnun təmininə xidmət edir.

    Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi Vasif Həsənov Lent.az-a bildirib ki, Azərbaycanda övladlığa uşaq götürülməsi Ailə Məcəlləsi və “Valideyn himayəsindən məhrum olan və övladlığa götürülən uşaqların uçot Qaydalarının, uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçot Qaydasının və Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçot Qaydasının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 20 sentyabr 2000-ci il tarixli Qərarı ilə tənzimlənir. Qaydalara görə, valideyn himayəsindən məhrum olan uşaqların ilkin uçotunu yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları, mərkəzləşdirilmiş uçotunu 3 yaşına qədər uşaqlar üzrə Səhiyyə Nazirliyi, 3 yaşdan yuxarı uşaqlar üzrə isə Təhsil Nazirliyi, ümumi uçotunu isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirir. “İlk öncə qeyd edim ki, uşaqları övladlığa götürməyi arzu edən Azərbaycan vətəndaşlarının uçotu onların yaşadığı yerin qəyyumluq və himayə orqanı tərəfindən aparılır. Azərbaycan vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aparılır. Ailə Məcəlləsinin tələbinə görə, övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz. Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər. Uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların övladlığa götürülməsinə, həmin uşaqları Azərbaycan ərazisində daimi yaşayan Azərbaycan vətəndaşlarının ailələrinə tərbiyəyə vermək mümkün olmadıqda və ya vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq qohumları övladlığa götürmədikdə icazə verilir. Bu halda, övladlığa götürməyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin razılığı əsasında yol verilir. Hər hansı şərtlər altında, hər hansı müddətə və ya nümayəndələr vasitəsilə övladlığa götürmək yolverilməzdir. Övladlığa götürmə məhkəmə tərəfindən həyata keçirilir. Övladlığa götürənlərin və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin övladlığa götürülmə barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır”, hüquqşünas qeyd edib.


    Övladlığa götürmək hüququ olan şəxslər


    V.Həsənovun sözlərinə görə, hər iki cinsdən olan yetkinlik yaşına çatmış şəxslər övladlığa götürən ola bilərlər. Lakin məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən, məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış, qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış, əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş və səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər övladlığa uşaq götürə bilməzlər. Nazirlər Kabinetinin 15 avqust 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş xəstəliklər siyahısında olan xəstəliklərdən birinə tutulmuş şəxslərə də uşaq övladlığa götürməyə icazə verilmir.

    “Bu xəstəliklər aşağıdakılardır:

    Vərəm (aktiv və xroniki), bədxassəli onkoloji, narkomanlıq, toksikomanlıq, xroniki alkoqolizm, infeksion, ruhi xəstəliklər, əmək qabiliyyətini itirməklə I və II qrup əlilliyə gətirib çıxaran bütün travmalar və xəstəliklər, daxili orqanların, sinir sisteminin, dayaq-hərəkət aparatının xəstəlikləri”.

    Həsənovun sözlərinə görə, aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər. Övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır. Məhkəmə tərəfindən üzrlü hesab edilən səbəb olduqda, yaş fərqi qısaldıla bilər. Lakin, ögey ata (ana) uşağı övladlığa götürəndə yaş fərqinin olması tələb edilmir: “Valideynləri olan uşaq yalnız onların razılığı ilə övladlığa götürülə bilər. Yetkinlik yaşına çatmayan valideynlərin uşaqlarının övladlığa götürülməsi zamanı həmin valideynlərin qəyyumlarının (himayəçilərinin) və valideynlərinin notariat qaydasında yazılı razılığı tələb olunur. Valideynlər, qəyyumlar və himayəçilər olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının razılığı tələb olunur. Valideynlər övladlığa götürmə barədə məhkəmə qətnaməsi qəbul edilənədək öz uşaqlarını övladlığa vermək barədə razılığı geri götürə bilərlər. Valideynlər öz uşaqlarını konkret şəxsə və ya konkret şəxsi göstərmədən övladlığa verməyə razılıq verə bilərlər. Valideynlər valideynlik hüquqlarından məhrum edilmişlərsə və bundan 1 il müddət keçmişsə və ya qanunla müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan, yaxud xəbərsiz itkin düşmüş hesab edilmişlərsə, övladlığa götürməyə onların razılığı tələb olunmur. Həmçinin, valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə yaşamırlarsa, onun tərbiyəsində və ya saxlanmasında iştirak etməkdən boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər. Məhkəmə uşağın mənafeyini nəzərə alaraq valideyn, himayəçi, qəyyum, tərbiyə müəssisəsinin rəhbərinin razılığı olmadan da onun övladlığa götürülməsi barədə qətnamə qəbul edə bilər. 10 yaşına çatmış uşaq övladlığa götürüldükdə isə onun razılıq verməsi zəruridir”.

    Vəkil deyir ki, qanunvericilik övladlığa götürmə sirrini də qoruyur. Belə ki, övladlığa götürənlərin razılığı olmadan, onlar öldükdə isə qəyyumluq və himayə orqanının razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarından övladlığa götürənlərin övladlığa götürülənin doğma valideynləri olmadığını göstərən çıxarışlar vermək qadağan edilir. Onun sözlərinə görə, övladlığa götürmə sirrini yaymış şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar: “ Övladlığa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir. Övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirmədikdə; valideynlik hüquqlarından sui-istifadə etdikdə övladlığa götürülən uşağa qəddar münasibət bəslədikdə: xroniki alkoqolik və narkoman olduqda övladlığa götürmə ləğv olunur. Uşaq yetkinlik yaşına çatdıqda övladlığa götürmənin ləğvinə yol verilmir. Lakin övladlığa götürən, övladlığa götürülən və övladlığa götürülənin valideynləri (valideynlər sağdırsa, valideynlik hüquqlarından məhrum olunmamışdırsa, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməmişdirsə) arasında qarşılıqlı razılığa əsasən övladlığa götürmənin ləğvinə yol verilir”.

#01.07.2013 08:44 0 0 0
  • Xeberler - Sosial xeberler

    noimage

    2011-15-ci illərdə Bakı Metropoliteninin inkişafına dair Dövlət Proqramına uyğun olaraq, yenidən qurulan «28 May» stansiyasında aparılan tikinti işləri ilə əlaqədar bu gündən stansiyasının əsas çıxışı (Cəfər Cabbarlı meydanına) müvəqqəti olaraq bağlanacaq. Lent.az-ın metropolitenin saytına istinadən məlumatına görə, tikinti müddəti ərzində sərnişinlər stansiyanın Salatın Əsgərova küçəsi istiqamətində yerləşən ikinci giriş-çıxışından, həmçinin «Cəfər Cabbarlı» stansiyasının giriş-çıxışından istifadə edə biləcək.

    Nizam Rza
#01.07.2013 08:42 0 0 0
  • Xeberler - Sosial xeberler

    noimage

    Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, Qazax rayonunun Qızılhacılı kəndində və Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Füzuli rayonunun Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

    Düşmən cavab atəşi ilə susdurulub.
#01.07.2013 08:41 0 0 0
  • Tarixin bu günü - Bu günün tarixi

    noimage


    1873. Çar hökuməti Azərbaycanda araq istehsalına aksiz vergisi tətbiq edib. Bu qərar araqçəkmə müəssisələrinin vəziyyətini ağırlaşdırıb

    1896. Azov-Don səhmdar kommersiya bankı Gəncədə öz şöbəsini açıb

    1917. Menşeviklər 14 nəfərdən ibarət özlərinin müstəqil komitələrini yaradaraq onun birləşmiş RSDFP-nin Bakı Komitəsi adlanması haqqında qərar qəbul ediblər

    1923. Azərbaycan Kommunist Partiyası MK-nın Rəyasət Heyəti Qarabağ haqqında məsələni müzakirə edərək qərara alıb: "Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə (Rəyasət Heyətinin adından) Dağlıq Qarabağın muxtariyyəti barədə dekret verib mərkəzi Xankəndi olmaqla İcraiyyə Komitəsinin başçılıq etdiyi Qarabağ muxtar vilayəti yaradılsın"

    1924. Dağlıq Qarabağ Muxtar Vilayətinin Konstitusiyasını qəti şəkildə redaktə etmək üçün AK(b)P MK-nın Rəyasət Heyəti xüsusi komissiya təşkil edib

    1996. Azərbaycan Respublikası İrlandiya ilə diplomatik əlaqələr qurub

    1998. Azərbaycan Respublikası Tunis ilə diplomatik əlaqələr qurub

    2010. Bakıda Avropa Yayımları Birliyinin Baş Assambleyasının 64-cü sessiyası işə başlayıb...


#01.07.2013 08:28 0 0 0
  • @ıssızada adlı üyeden alıntı:

    noimage

    noimage

    Bir istisnayım artık kuralı bozuyorum
    noimage
    Mışlı geçmiş bir şark çıbanıyım
    Şimdi yaşamın yüzünde sızlıyor izim
    noimage
    Gündemde ilave tedbirler var, infaz bildirileri
    Ecelimi bir hamaylı gibi boynumda taşıyorum
    Potansiyel suçluyum, yasa da ceza da benim
    noimage
    Lanetlidir artık gözlerine mil çekmiş
    Kurşun damlaları akıtmış kulaklarına
    Kösnül kasıklarında yalaz, üstü başı kan
    Şimdi isterik bir ******yu oynuyor zaman
    noimage
    Bütün kapılara ayrılığın suretini astılar
    Derme-çatma aşklar onarmaktan bitkinim
    Dün erkendi, yarın gecikmiş sayılırım
    Bir parça uçurum alıyorum terkime
    Kutsuyorum yolları bir iklim bulmak için
    noimage
    Bozdum tüm oyunları şimdi satırbaşıyım
    Sıcak uzun yazlardan, kış uykulardan
    Sustukça derinleşen büyüyü bozdum
    Karlar içinde yorgun bir selam gibi
    Vakitsiz ve davetsiz giriyorum gecene
    Gözlerinin sıcağına konuk et beni
    noimage
    Sonunda öğrendim konuşmayı, yürümeyi öğrendim
    Geçtiğim tüm köprüleri yaktım, dönüş yok
    Yollarla artık uğraklarla anlatırım kendimi
    İçime akmıyor kanım, yaramı sevdim
    Tazeleyin çoban ateşlerini ey ateş ustaları
    Kavallarınıza yeni delikler açın
    Emzirin sığınaklarımı uyak bulsun koyaklar
    noimage
    Yeni bir sayfa açtım işte ömrümü çiziyorum
    Sensiz hiçbir şeyin hükmü yok benim için
    Ölüm durmadan tazelese de hünerini
    Yeni bir sayfa açtım kanımla yazıyorum artık
    Kod adım aşk'tır
    Ömrüm bu uzun hecenin ömrüne kayıtlıdır
    Çünkü miladı yoktur kod adı aşk olanın
    Ateşten gömlek giymiş bir şiirdir ülkesi
    noimage

    -alıntı-
    Orijinali Göster...


    Yeni bir sayfa açtım işte ömrümü çiziyorum
    Sensiz hiçbir şeyin hükmü yok benim için
    Ölüm durmadan tazelese de hünerini
    Yeni bir sayfa açtım kanımla yazıyorum artık
    Kod adım aşk'tır
    Ömrüm bu uzun hecenin ömrüne kayıtlıdır
    Çünkü miladı yoktur kod adı aşk olanın
    Ateşten gömlek giymiş bir şiirdir ülkesi


    Kelimelerin bittigi, tükendigi an...
    ne yazam ki bu sözlere... ne diym ki içimdeki yanğınları anlatabilsin
    en iyisi susmak... kor olsada yürek.. yine susmak...

    ellerine emeklerine sağlık bu güzel paylaşım için
    Dilerim ki
    "Ölüm durmadan tazelemesin hünerini...."
#01.07.2013 08:12 0 0 0
#01.07.2013 07:59 0 0 0
#01.07.2013 07:58 0 0 0