Meksika salatı terifi ve terkibi - Meksika salatının hazırlanma qaydası
Tərkibi:
2 pomidor
0,5 banka qırmızı lobya konservi
1/3 banka qarğıdalı konservi
2 bolqar bibəri (fərqli rənglərdə)
1 baş soğan
0,5 ç.q. limon şirəsi
2 x.q. zeytun yağı
1 diş sarımsaq
cəfəri
şüyüd
reyhan
duz
Pomidor və bolqar bibərini kubik doğrayın. Soğanı xırda doğrayın. Sarımsağı əzin. Əgər onun iyinin və dadının güclü olmasını istəmirsinizsə, o zaman nazik, lay-lay doğrayın. Göyərtini doğrayın. Konservləşdirilmiş tərəvəzin suyunu süzün.
Bütün ərzağı bir qabda qarışdırıb duzlayın. Limon şirəsi və bitki yağını qarışdırın. Salatı boqablara çəkin, üzərinə limonlu-yağlı sous gəzdirin.
Boranı-plov terifi ve terkibi - Boranı-plovun hazırlanma qaydası
Qarnir
Tərkibi:
1 toyuq
750 q boranı
4 baş soğan
200 q badam
60 q ərinmiş yağ
duz
sarıkök
Badamın üstünə qaynar su töküb 5 dəqiqə saxlayın. Aşsüzənə yığıb qabığını təmizləyin.
Toyuğu doğrayın, soğanı yarımhalqa doğrayın. Boranını orta ölçülü kublara doğrayın.
Bunların hamısını ayrılıqda ərinmiş yağda qovurun. Soğanı əvvəlcə ağzıbağlı tavada qovurun, sonra isə qapağını açaraq qızardın.
Toyuğu ağzıbağlı tavada bişirin. Duz vurun, qıpqırmızı qızaranda ocaqdan götürün.
Boranını ağzıbağlı tavada bişirin. Duz vurun, sonra ağzıaçıq tavada bir qədər qızardın. Soğan və badamı əlavə edin.
Toyuğu əlavə edin, bıçağın ucunda sarıkök vurun, 20 ml qaynanmış su tökün, tavanın qapağını bağlayıb zəif odda 30 dəqiqə bişirin. 30 dəqiqə ərzində bütün suyu quruyub, ancaq yağı qalacaq.
Plov
Tərkibi:
500 q basmati düyüsü
750 q boranı
3 x.q. duz
sarıkök
2 x.q. xama
20 q kərə yağı
80 q ərinmiş yağ
1 yumurta
3 l su qaynadın. 3 x.q. duz əlavə edin. Su qaynayanda düyünü tökün, arada qarışdıra-qarışdıra, yarımbişmiş hala gələndə kubik doğranmış boranını əlavə edin, qarışdırın, 3 dəqiqə bişirin.
Süzün.
Boranı diri qalmalıdır. Azca sarıkök əlavə edin, ehtiyatla qarışdırın.
Qazmaq:
Dərin kasaya 1 yumurta qırın, 2 x.q. xama və 4 x.q. süzülmüş düyü əlavə edin (çalışın, içinə boranı qarışmasın, yoxsa yanar), qarışdırın.
İri qazanın dibinə 80 q ərinmiş yağ qoyun.
Qaynara düşəndə ocağı azaldın, yumurtalı qarışığı (qazmağı) tökün, hamarlayın, qazanın qapağını örtün, 3-5 dəqiqə bişirin.
Süzülmüş düyünü əlavə edin, əzmədən hamarlayın. Düyünün üstünə parça-parça kərə yağı qoyun.
Qazanın qapağına təmiz, nəm dəsmal çəkin, qazanın ağzını örtün. Ya da qapağa xüsusi "papaq" geydirin. Zəif odda plovu 45 dəqiqə dəmləyin.
Qazmaq asan çıxsın deyə qazanı ocaqdan götürəndə yaş dəsmalın üstünə qoyun.
Boşqaba düyü çəkin, qazmağı bölüb üstünə düzün.
Qarniri yanında, yaxud buluddakı plov təpəciyinin üstündə verin.
“Nazpəri toy məclislərinin birində gəldi, güclə yanımda əyləşdi, öpüb, qucaqlayıb dedi: “İki balam ölsün, bizim aramıza girən var, mən sizin haqqınızda heç bir pis fikir söyləməmişəm".
Xalq artisti İlhamə Quliyevanın həmkarı xalq artisti Nazpəri Dostəliyevaya açıq məktub ünvanlayıb. İlhamə Quliyevanın Lent.az-a göndərdiyi məktubda deyilir: “Mən, İlhamə Quliyeva, ictimaiyyətə çatdırmaq istəyirəm ki, Nazpəri Dostəliyevanın cəfəngiyat məktubunda cənab Prezidentin və xanımı Mehriban Əliyevanın adı çəkilməsəydi, heç bir zaman ona reaksiya verib, şərəfləndirməzdim. Bir halda ki, Nazpərinin olmayan statusu bu addıma icazə vermir, dövlət başçısına, xanımına və xalqıma hörmətimdən, sayğımdan, sadiqliyimdən münasibətimi bildirmək istəyirəm.
Öncə onu bildirim ki, Nazpəri Dostəliyeva öz acınacaqlı vəziyyətini sığortalamaq üçün bu cəfəngiyata, yalan, həqiqətəuyğun olmayan fikirlərə əl atıb. 2012-ci ilin dekabr ayında bu ifaçı ATV kanalının "Onlar" verilişində məni təhqir edərək, şərəf və ləyaqətimi ləkələməyə cəhd göstərib. Hədsiz dərəcədə tərbiyəsizlik nümayiş etdirərək məni təhqir və parodiya edib. Daha sonra "Space" kanalında yaradıcılığımın benefisi keçirilən verilişdə mənim ifadələrimi, jestimi, ümumiyyətlə, həmin verilişdə nə danışmışamsa, onları ifrat dərəcəsində ələ salaraq, sanki efirdən üstümə qışqıraraq, "sən kimsən? sən nəçisən? sənin nə səsin var, nə də sənətin, mənim sənə yazığım gəlir və s." bu kimi ifadələr işlədib. İndi sual verirəm; yazıq kimdir və kimə yazığı gəlir?” deyib.
Nazpəri bir müddət əvvəl "Lider" kanalının "Solo" verilişində yenə də iç dünyasını nümayiş etdirib. Ünvanıma o ki var təhqiramiz fikirlər səsləndirib. Həmin verilişdə canlı ifa zamanı “xoruz” buraxaraq özünü biabır edib və oxumasını yarımçıq dayandırıb. Sizcə, səsi və sənəti olmayan kimdir? Dəfələrlə Nazpəri mənə qarşı hörmətsizlik edib. Hər dəfə məni görəndə yaxınlaşaraq, boynumun ardından, saçımdan öpüb və "siz məni sevsəz də, sevməsəz də, öpəcəyəm, sizi istəyəcəyəm"-deyib. Bu olaylar bir neçə insanın gözü qarşısında olub. Ümumiyyətlə, Nazpəri hər zaman dilinin bəlasına düşüb, başından böyük hərəkətlər edərək çaşıb, səhvlərə yol verib. Açıqlamağa biabırçı məsələlər və faktlar çoxdur. Hələ ki, şəxsiyyətimə, sənətimə, statusuma yaraşdırmayıb, susuram. Ona görə də daxili işlər naziri, general-polkovnik Ramil Usubova ərizə ilə müraciət elədim. Həmin ərizə ilə bərabər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə Nazpəri Dostəliyevanın kanallarda məni təhqir elədiyi çəkiliş disklərini də təqdim etmişəm. Cənab nazir adıçəkilən idarənin rəhbərliyinə göstəriş verib ki, ərizəni araşdırsınlar və nəticəsini nazirə məruzə eləsinlər”.
Xalq artisti bildirib ki, Nazpəri Dostəliyeva ona şər atır: “Nazpəri mənə şər atır ki, guya bir neçə xalq artisti ilə mənim münasibətim pisdir. Bu, ağ yalandır. Əslində o, bu addımı atmaqla kampaniya yaratmaq fikrinə düşüb. Adları çəkilən sənətçilərdən birini çıxmaq şərti ilə - bu, Məleykə Əsədovadır, onu da məsuliyyətə cəlb etdirəcəyəm – hamısı ilə dostam və mənim ətrafımdadırlar. Nazpəri bir zamanlar xalq artisti Brilyant Dadaşova ilə də çəkişirdi, guya Brilyant onun qoşa-nağara çalanı olub. Ancaq nəticə Nazpərinin ondan üzr istəməsi ilə bitdi. Mədəniyyət aləmində hamı bilir ki, mən onlarla gəncin sənətə gəlməsinə yardımçı olmuşam. Vaxtilə nəhəng Fikrət Əmirov səsim üçün silsilə əsərlər bəstələmişdi. Mən Rəşid Behbudov, Tükəzban İsmayılova, Həbib Bayramov akademiyası görmüşəm. Soruşuram, Nazpəri, sən kimi görmüsən? Hansı bəstəkar sənin üçün bir mahnı yazıb? Bacın Zeynəb Dostəliyeva səndən yaxşı oxuyur deyə, onunla da bir zamanlar dalaşırdın. Sənətdən danışmağa haqqın yoxdur. Dəfələrlə Azərbaycan bayrağını başqa ölkələrdə göylərə qaldırmışam. Nazpəri qurban olsun Səyavuş Kərimiyə ki, onu Biləcəridən o yana aparıb. Nazpəri deyir ki, guya “Space” kanalında ona qadağa qoydurmuşam. Halbuki bu yaxınlarda İlham Mirzəyevin “Etiraf” verilişində "hopstop" oynayırdı. Nazpəriyə tələbat yoxdur və buna görə də onu efirə dəvət etmirlər. Guya DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Mirqafar Seyidov mənim dostumdur. Nazpəri bu yazısıyla yüksək rütbəli dövlət məmuruna - polis, general-mayora böhtan atır və buna görə də məsuliyyət daşıya bilər. Əslində isə Mirqafar Seyidov bütün Azərbaycan xalqının asayişini qoruyan, hamının dostudur. Üstəlik mən ərizəmi Ramil Usubova təqdim etmişəm. Mənə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən zəng edib təklif etdilər ki, bizi görüşdürsünlər və barışıq olsun. Lakin buna qəti surətdə razılıq vermədim. Çünki belə çaşqınlığı dəfələrlə bağışlamışam. İndi bu fikirdən vaz keçirəm.
Nazpəri böyük oğlunun toyunda mənə zəng elədi və toy mərasiminə dəvət edib dedi ki, istəyirəm süfrəmizin başında böyük sənətkarımız əyləşsin. Lakin o toy məclisinə getmədim. Nazpəri toy məclislərinin birində gəldi, güclə yanımda əyləşdi, öpüb, qucaqlayıb dedi: "İki balam ölsün, bizim aramıza girən var, mən sizin haqqınızda heç bir pis fikir söyləməmişəm". Həmin məclisdə mənimlə şəkil çəkdirib elə həmin anda "lent.az" saytına yerləşdirmişdi. Bağışlamaq Allahdan qalıb. Dəfələrlə bağışladım və yenə də eyni səhvi etdi. Bilmək istəyirəm, Nazpəri Dostəliyeva məndən - iki dövlətin xalq artisti, ulu öndərimizin təltif etdiyi Şöhrət ordenli, Dünya sülh səfiri, Cenevrədə BMT-in İdarə Heyətinin fəxri üzvü, Vətən mükafatı laureatı, Dünya Azərbaycanlıları Konqresi Birliyinin Mədəniyyət Akademiyasının prezidentindən nə istəyir? Əgər bir şey ürəyindən keçir, alım göndərim. Bunun haqqı varmı mənim kimi toxunulmaz statuslu sənətkarın ünvanına belə biabırçı addımlar atsın? Kimə arxalanır? Mən yarım əsrdir bu dövlətə, bir dövlət başçısına, Vətənimə, xalqıma xidmət edirəm. Mənim statusumda olan hər bir Azərbaycan vətəndaşı toxunulmazdır. Nazpəri, sənin öz yerin var, mənim öz yerim - otur yerində... Azərbaycan iri addımlarla addımlayan, çiçəklənən bir ölkədir. Və hamı Bakıda bir-birini çox gözəl tanıyır. Yaşdan çox danışırsan, Allah saxlasın, iki oğul övladın var. Böyük oğlun 40 yaşını keçib, artıq nənə də olmusan. Bu qədər yaşdan danışırsan, ayıb deyilmi? Yenə deyirəm, sənin yaşın hər kəsə bəllidir. Əgər sussan, bu, sənin xeyrinə olar. Mən bu təhqirlərdən vaz keçən deyiləm, sona qədər bu məsələ öz hüquqi yerini tapmalıdır. Ağıllı ol, sənin ünvanıma təhqiramiz fikirlərinin çəkilişi mənim əlimdə və mühafizə orqanlarındadır. Mən bu işi boş buraxan deyiləm. Bundan sonra kim belə çaşqınlığa, azğınlığa yol versə, onları da sənin aqibətin gözləyir”.
Bu gün “Qrup № 1” in növbəti efir günüdür. Lent. az- ın məlumatına görə, bu həftənin duelçiləri “ Bico” və “Abşeron” qruplarıdır. Hər iki qrup bu axşam tamaşaçılara maraqlı şoular və musiqi nömrələri nümayiş etdirəcəklər. Münsif qonaq Aygün Bəylərdir. Tamaşaçılar münsiflərin maraqlı , fərqli və qalmaqal yaradacaq çıxışlarının da şahidi olacaqlar.
Layihə saat 22:00 -da ATV –də olacaq.
Yarışmanın informasiya dəstəyi LENT. az-a məxsusdur.
“Heyvanlara konsert verən adamdan nə gözləyirsən ?”. Bunu Azəri Günel əməkdar artist Elza Seyidcahan barədə söyləyib. Lent. az-a danışan Günel Elza Seyidcahanın söylədiyi fikirlərə önəm vermədiyini diqqətə çatdırıb: “Məni qısqananları anlayıram. Demək, bir iş görmüşəm ki, barəmdə söz söyləyirlər. Deyilən ittihamlara heç əhəmiyyət də vermirəm. Bilməyənlər də bilsinlər ki, on iki yaşımdan Türkiyədə fəaliyyət göstərirəm. On altı il Türkiyədə baş çıxartmaq hər adamın işi deyil. Eşitmişəm ki, Elza Seyidcahan barəmdə danışıb, nə deyir, desin...Onu bilirsiniz nə zamandan tanıyıram? Doqquz yaşım var idi. Konsertlərin birində qardaşımla bir yerdə mahnı ifa eləyirdim. Orda o, mənə dedi ki, sənə mahnı verəcəyəm...”
Qeyd edək ki, Elza Seyidcahan, Azəri Günelə “Onu Türkiyədə tanımırlar. Mən istəyərdim ki, necə ki Sibel Can, Ebru Gündeş qardaş ölkədə məşhurdurlar, bizim Azəri qızımız da məşhurlaşsın. Çünki Günel heç də onlardan pis oxumur. Güneli İbrahim Tatlıses apardı, kasetlərini çıxardı, yaxşı biznes qurdular”, - demişdi.
Xalq artisti Aygün Kazımovanın amerikalı duet ortağı Snup Doqun (Snoop Doog) evində klip
çəkdirəcəyi barədə xəbər vermişdik. Lent. az-ın məlumatına görə, fevralın 25-də Hollywooda yola düşən xalq artisti çəkilişlərin ilk mərhələsini geridə qoyub. O, klipin digər səhnələrini reallaşdırmaq üçün martın 15-də Avropaya gedəcək.
Qeyd edək ki, bu, Türkiyənin “Dokuzsekiz müzik yapım” şirkəti ilə Aygün Kazımovanın birgə həyata keçirdiyi 4-cü layihədir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə gözlənilən hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 5-də hava şəraitinin tutqun, fasilələrlə yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-4, gündüz 4-7, axşam 1 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, gecə bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Güclü qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 6-11 isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olması ehtimalı var.
Martın 5-dən 7-dək Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi gözlənilir. Rütubətli və güclü küləkli hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib, hər birinizə cansağlığı, səadət və müvəffəqiyyətlər arzulayıb.
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, dövlət başçısı təbrikində qeyd edib ki, Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub saxlayıb, tarix boyu o, özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə keçmişimizə parlaq səhifələr yazıb.
Təbrikdə vurğulanır ki, milli-əxlaqi dəyərlərimiz, mədəni-tarixi irsimiz və xalq adət-ənənələri xəzinəmiz məhz dilimizin saflığı keşiyində şərəflə dayanan nənələrin, anaların sayəsində mürəkkəb dövrlərin təqib və sınaqlarına qalib gələrək, bu günədək yaşamaqdadır. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib seçilmək hüququ əldə etməsi də, mədəniyyətin, incəsənətin və elmin müxtəlif sahələrində ilk addımları atması da Azərbaycan qadınının mədəni səviyyəsinin və intellektual potensialının aydın təzahürüdür. Fərəhləndirici haldır ki, gənc xanım və qızlarımız bu nailiyyətlərin layiqli davamçıları kimi nəsillərin varisliyini təmin edirlər: “Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda qadınların misilsiz xidmətləri vardır. Respublikamızda bir an belə ara verməyən hazırkı quruculuq işlərində ölkə xanımları tariximizin hər bir mərhələsində olduğu kimi bu gün də çox yaxından iştirak edir, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərin fəal iştirakçısı olaraq vətənimizin yüksəlişinin təmin edilməsinə töhfələrini əsirgəmirlər. Bu bayramın xalqımızın həyatında mühüm hadisəyə çevrilməsi Azərbaycan qadınının cəmiyyətimizin müasir simasının müəyyənləşməsində əhəmiyyətli yerinin və ictimai mövqeyinin nəticəsidir. İnanıram ki, sürətli dəyişikliklərin baş verdiyi indiki qlobal dünyada siz daim mədəni-mənəvi zənginliklərimizin yaşadılması üçün çalışacaq, ölkəmizin gələcək inkişafı naminə gənc nəslin qədim ənənələrimizə, milli məfkurə və dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsinə bundan sonra da xüsusi diqqət yetirəcəksiniz.
Bayramınız mübarək olsun!”.
5 mart: Məkkədə izdiham, Ceyms Monro yenidən prezident kimi
1821 — Ceyms Monro ikinci dəfə ABŞ prezidentliyinə gətirildi.
1831 — Lənkəranda Rusiya işğalına qarşı üsyan başlamışdır.
1950 — Eskişehirdə sel fəlakəti zamanı 25.000 min ev dağıldı, 50.000 min isnan evsiz qaldı və 6 nəfər boğularaq həyatını itirdi.
1966 — Boeing 707 sərnişin təyyarəsi Fuji dağına çırpılması nəticəsində 124 insan həyatını itirdi.
1992 — Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasında Xocalı faciəsi ilə bağlı müzakirələrə başlanılmışdır. Parlamenti mühasirəyə almış xalq kütlələrinin etirazı və müxalifətin təzyiqi altında Ali Sovetin sədri Elmira Qafarova istefa verməyə məcbur olmuşdur.
1994 — ABŞ Türk əsgərlərinin Bosniyaya getməsinə razılıq verdi.
2001 — Məkkədə izdiham zamanı 35 zəvvar dünyasını dəyişdi.
İçikilər və onların faydaları haqqında - İçikilərin sağlamlığımza xeyri nedir
Hər gün içdiyimiz içkilərin ayrıca faydası var.
Qəhvə: Şəkər xəstəliyini aşağı salır. Antidepressan təsirə də malikdir. Lakin tərkibində kafein olduğu üçün həddindən atrıq içmək olmaz.
Meyvə suları: Tərkibində kalori və şəkər yüksək olduğuna görə lazimi miqdarda içmək lazımdı. Vücudu sağlam saxlayır və toxluq hiss edtdirir.
Tərəvəz suları: Meyvə sularına nisbətən tərəvəz sularının tərkibində şəkər az olur. Suyu sıxılmış tərəvəz suyu olduqca faydalıdı. Qan azlığını aradan qaldırır.
Süd: Südün tərkibindəki kalsium sadəcə sümüklərə deyil, davamlı olaraq kilo alma riskində də azalma yaratdığı təsbit edilib.
Çay: Çayın hər növü orqanizm üçün faydalıdır. Diş sağlamlığına və ürəyə yaxşı təsir edir. Yaşıl çayın tərkibində isə antioksidant daha çoxdur. Çoxlu qara çay içmək isə dəmir əskikliyinə səbəb ola bilər.
Su: Suyun faydalarını saymaqla bitmir. Dırnaqdan tutmuş, saça, böyrəyə, bağırsağa qədər əhəmiyyətlidir. Yetərsiz su isə bədəndə bir çox xəstəliklərə və erkən yaşlanmaya səbəb ola bilər.
Allahı xatırlama - Zikr - Zikr etmek - Dini yazılarda
Zikr sözünün ərəb dilindən tərcüməsi "xatırlamaq" deməkdir. Bəndənin Allahı xatırlaması, Onun mövcudluğunu duyması və bu duyğudan zövq alması kimi mənalandırılır. Zikr həm də Qurani-kərimin adlarından biridir. Çünki bu kitabda Allahın mövcudluğu, sifətləri və Ona iman gətirməyin zərurəti insanlara dönə-dönə xatırladılır: “Bu (Quran) nazil etdiyimiz mübarək bir zikrdir. İndi siz onu inkarmı edirsiniz?”
(Ənbiya, 50).
Allahu Təala qullarının Ona ən gözəl şəkildə ibadət etməsini sevir. Əgər Ona yaxınlaşmaq istəyirlərsə, etdikləri əməlləri yalnız kamil və tamam halda qəbul edir. Allahu Təala Qurani Kərimdə bir çox ayələrdə, görülən əməllərin ən gözəl şəkildə olmasını şərtləndirib. Həmçinin Qurani Kərimdə möminlər, ən gözəl əməl görənlər kimi təsvir edilib. Hud surəsinin 7-ci ayəsində Allahu Təala buyurur ki; (Ərşi su üzərində ikən hansınızın daha gözəl əməl (itaət) sahibi olacağını sınayıb bilmək üçün göyləri və yeri altı gündə yaradan Odur.)
Allahu Təalanın insanlara verdiyi bəlalarda hikməti, onların ən gözəl işlər görənləri ilə pis işlər görənləri ayırmaqdır. Bütün ayələrdə Allahu Təala bildirir ki, hansı insanlar ən gözəl əməl edəcəklər, ən çox əməl deyil. Ən gözəl əməllərdən də biri sayılan Allahı zikr etmək, Allahı anmaq və hər an xatırlamaqdır. Belə olduqda siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!
(Əl-Bəqərə, 152)
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!)
(Əl-İmran, 191)
O vəziyyətdə belə Rəbbini çox yada sal (zikr et) və səhər-axşam şə'ninə tə'riflər deyib şükür et!" buyurdu.
(Əl-İmran, 41)
Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma!
(Əl-Əraf, 205)
Rəbbinin adını zikr et və (hər şeyi buraxıb) Ona tərəf yönəl.
(Əl-Muzəmmil, 8)
Allahı zikr etməyin aşağıdakı faydaları vardır:
1) Şeytanı qovur, onu əzir və sındırır;
2) Rəhman olan Allahı razı salır;
3) Qəlbdə olan sıxıntı və kədəri aparır;
4) Könüldə sevinc və fərəh hissləri oyadır;
5) Ürəyi və bədəni bərkidir;
6) Qəlbi və sifəti nurlandırır;
7) Ruzinin gəlməsinə səbəb olur;
1- Zikr etmək peyğəmbərlərin sifətlərindən idi.
2- İmam Sadiq (ə) buyurmuşdur: “Sübhanəllah demək insanın əməl tərəzisinin yarısını, “Əlhəmdu lillah” onu bütünlüklə, “Allahu-əkbər” isə yerlə göyun arasını doldurar.”
(“Üsuli-kafi”, 2-ci cild, səh. 506)
3- Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: Ölüm mələyi (Əzrail) hər gecə nida edib deyir: “Ey qəbir əhli, bu gün kimə və nə üçün qibtə edirsiniz? Artıq axirət işini aşkar şəkildə gördünüz?!” Ölülər cavabında deyərlər: “Biz möminlərə qibtə edirik. Onlar Ramazan ayında oruc tuturlar, biz tutmuruq, onlar sədəqə verir, biz vermirik. Onlar Allahı çox yad edir, biz isə yad etmirik. əfsuslar olsun dünya evində bizim əldən verdiklərimizə!”
(“İrşadul-qülub”, səh. 536)
4- Zikr etmək Allah-taalanı yad edib, Onun sifətləri haqqında fikirləşməkdir.
5- İmam Sadiq (ə) buyurmuşdur: “Həqiqətən Allaha zikr edən şəxs mütidir.”
6- İmam Baqir (ə) buyurmuşdur: “Allaha zikr etməklə məşğul olan mömin şəxs durduğu, oturduğu və uzandığı halda olsa da belə, daim namaz halındadır.”
7- İmam Baqir (ə) buyurmuşdur: “Kəlmeyi-şəhadətdən sonra “La ilahə illəllah” zikrini deməkdən üstün bir savab yoxdur.”
(“Üsuli-kafi”, 2-ci cild, səh. 516, hədis: 1)
8- Allahdan uzaq düşməkdən qəmli bir ayrılıq yoxdur, belə isə həmişə qəlbinizi Allahı yad etməklə məşğul edin.
9- Allah-taala həmişə zikr halında olan şəxsə hikmət vermişdir. Çünki hikmət kökü qəlbdə, meyvəsi isə dildə olan bir ağaca bənzəyir.
Qoç - Titaniya və Tefeyanın münasibətləri hadisələrin müntəzəm inkişafında sədlər yarada bilər. Yeni nəyəsə başlamağın məntiqi əsasları yoxdur. İşdə və evdə rutin əməllərlə məşğul olun, fəaliyyət və yaşam məkanınızı rahat edin.
Bu gün sizi müxtəlif yönlərə "dartan" təmayülləri təhlil edərək doğru istiqaməti seçin.
Axşam saatlarında istirahət, orqanizm üçün qulluğa vaxt ayırın.
Buğa - Ariel və Tritonun münasibətləri istənilən informasiya və ya məlumatı emosional qəbul etməyinizə səbəb olacaq. Probleminizi inandığınız, yaxın ətrafınızda olan insanla bölüşün. Dərdi ürəyinizdə saxlamayın. Sizi zəif edəcək sirləri faş etməkdən çəkinməyin.
Bu gün mühüm səfər, gəzinti, toplantı, işgüzar danışıqları planlaşdırmayın.
Axşam əyləncə səciyyəli tədbirə qatılmaq olar.
Diş həkiminə ehtiyac duya bilərsiniz.
Əkizlər - Miranda və Umbrielin münasibətləri ötənləri yada salacaq.
Mühüm toplantı, iş, layihə və ya görüşü sabahkı günədək təxirə salın. İşlərinizdə vurnuxma, qarışıqlıq yarana bilər. Əldən çıxan imkanlara görə təəssüflənməyin. Bir qədər istirahət edin.
Aktivliyinizi ən sadə, amma gərəkli işlərlə məhdudlaşdırın.
Axşam saatlarında gəzinti, səhhətin gücləndirilməsinə yönəlmiş profilaktiki tədbirlərdə fayda var.
Alış-verişdə ucuz, kiçik əşyanın alınması əhvalınızı yaxşılaşdıra bilər.
Xərçəng - Ay və İonun münasibətləri planların reallaşmasında bir qədər yubanma yarada bilər. Situasiyaya uyğun hərəkət edin. Əgər planlaşdırdığınız işlə məşğul olmaq məcburiyyəti yaranırsa, deməli, belə də olmalıdır.
Hadisələrə və nişanələrə fikir verin. Bu gün başlayacaq hansısa hadisə ay ərzində inkişaf edə bilər. Hətta qeyri-məyyənlik şəraitində belə, müdrik davranmağa çalışın.
Xarici görkəminizə fikir verin.
Axşam saatlarında romantikanı unutmayın.
Şir - Tefeya və Oberonun münasibətləri bu gün işə maksimum dərəcədə ciddi yanaşmağı tələb edir. Təhlükəsiz ortama, kənar müdaxilədən qorunmağa ehtiyac duyacaqsınız.
Ailə üzvlərinin problemlərindən hali olun, onların istəklərini yerinə yetirin. Yeni xəbər, dəyişikliklər fəal davranış tələb edir.
Səs-küylü tədbirlərə qatılmayın. Kəskin ehtiyac duyulan məkanda və ya münasibətlərdə təmizlik əməliyyatı aparın.
Köhnə əlaqələr, əşyalar və etibarı doğrultmamış insanlardan uzaq olun.
Qız - Serera və Makemakenin münasibətləri sakit şərait vəd edir. Adi, gündəlik, rutin işlərlə məşğul ola bilər. Fəqət gələn məlumatları sistemləşdirmək, qayda yaratmaq asan olmayacaq. Kollektiv və ya iş vaxtınızın əksər hissəsinin keçdiyi qrupda münasibətlər emosiyalarla zəngin olacaq.
Yaxın ətrafınızdakı insanların fikirlərini və istəklərini qulaqardına vurmayın. Məsləhətləri dinləyin.
Bu gün yeni işlərə başlamaq məsləhət deyil.
İzafi çəki problemi varsa, tamahınıza qul olmayın.
Tərəzi - Uran və Saturn bu gün nebulyar hipotezaya uyğun gün vəd edir. Protoplanetlər hadisələrin sakit məcrada cərəyanına mane olmur.
Hər şey sakitdir. Amma fəaliyyət və yaşam məkanlarınızda ehtiyac duyulan harmoniya yaratmaq şansını əldən verməyin.
Ətrafınızda baş verənlərə diqqət kəsilin. Hiss, emosiyalarınızı nümayiş etdirməyin. Yeni planlarınızı başqaları ilə bölüşməyin. İlk növbədə, nə ilə məşğul olmağın gərəkdiyini şərait özü sizə deyəcək.
İşi ön plana çəkib səhhəti unutmayın. Axşam saatlarında yaxşıca dincəlin.
Əqrəb - Haumea və Eridanın münasibətləri situasiyanı stabilləşdirəcək. İşlərdə retro-faza adlandırılan, əvvəlki dönmlərdəki vəziyyətin təkrarlanacağı vaxtdır. Artıq əldə etdiyinizi düşündüyünüz nəsnənin əlinizdən çıxmasını müşahidə edəcəksiniz.
Reaksiyanız yetərincə sakit olsun.
Diqqəti daha mühüm, önəmli məsələlərə yönəldin.
Harasa tələsməyin, planlaşdırdığınız işləri görün.
İşdə və ya təhsil aldığınız məkanda nisbi sakitlikdirsə, evdə mümkün qədər çox iş görməyə çalışın.
Tənhalıq hissi yarana bilər. Səmimiyyətə ehtiyacınız var.
Oxatan - Mimas və Tefeyanın münasibətləri sizdən günün prioritet məsələlərinə diqqət ayırmağı tələb edir. Başa çatdırılması mümkün olan işləri təxirə salmayın, yubatmayın. Əks halda emosional gərginlikdən qurtula bilməyəcəksiniz.
Mübahisələr mənasızdır. İşinizlə məşğul olun. Qoy başqaları vaxtı mübahisə etməklə keçirsinlər.
İzafi emosiyalar və gərginlikdən qurtulmağın ən yaxşı yolu fiziki təmrinlərdir.
Ev işləri üçün vaxt tapın.
İş yerində, habelə yaşam arealında qayda yaradın.
Oğlaq - Sinope və Veneranın münasibətləri cari işləri ön plana çıxarır. Həmin işləri tələsmədən, soyuqqanlı şəkildə yerinə yetirin. Emosiyalarınıza hakim olun, diqqət və vaxtınızı mənasız söhbətlərə, dartışma və iddialara xərcləməyin.
Gün real niyyətlərin həyata keçirilməsi üçün əlverişlidir. Hadisələrin sürətli inkişafını gözləməyin.
Yeni təcrübə və biliyin, məlumatın əldə edilməsinə mane ola biləcək nə varsa, geridə qoyun.
Ailə üzvləri ilə münasibətlərdə səmimi olun, tapşırığı yerinə yetirin. Şəxsi münasibətlərdə nüansları nəzərdən qaçırmayın, iddia və təkidlərdə sonadək getməyin.
Axşam saatlarını sevdiyiniz insanla birlikdə keçirin.
Dolça - Elera və Amalteyanın münasibətləri bu gün uğur gətirəcək. Özünüzlə bahəm, yaxınlarınız üçün gördüyünüz işlərdə yaxşı nəticələr əldə edəcəksiniz. Xüsusi diqqət və qayğıya ehtiyac duyan insanları unutmayın.
Sayıq çalışın ki, önəmli sahədə və ya müstəvidə yanlışlığa yol verməyəsiniz. Tələsməyin, işlərinizdə qayda, fikirlərinizdə sahman yaradın. Ətrafınızdakı mühitdən müsbət enerji almağa səy göstərsəniz, pis olmaz.
Əlaqə və təmasları elə seçin ki, gərginləşməyəsiniz, danışıqlardan həzz alasınız. Bu gün yaşanan təsadüfi hadisələri düşünün, onları təhlil edin, nələri dəyişə biləcəklərini təxminləyin.
Yarana biləcək problemləri "rüşeym"səviyyəsində həll etmək gərəkdir.
Balıqlar - Deymos və Fobosun münasibətləri bu gün retroqrad hərəkətlərə rəvac verə bilər. Yeni işə başlamağa tələsməyin. Ailə üvləri və yaxın qohumlarınızın qayğılandıran məsələlərlə maraqlanın. Yaxın adamlarınızdan köməyə ehtiyacı olan var. Münaqişə yaranmasına imkan verməyin, səhvləri və yanlışlıqları qarşılıqlı şəkildə bağışlayın.
Səmimi, diqqətli olun.
Maddi və maliyyə məsələlərinin həlli ilə məşğul olun. Fiziki işi də unutmayın. Xüsusi ehtiyac və zərurət duymursunuzsa, təmasların intensivliyini azaldın.
Emosional stabilliyə can ataraq hisslərinizi cilovlayın, qüvvələrinizi bərpa etməyə çalışın.a
Türkiyənin tanınmış müğənnisi Hadisə bacısı Hülya Açıqgözlə şam edib. İki saat sürən yeməkdən sonra onun makiyajsız olduğu foto aparatların obyektivindən yayınmayıb.
Lent.az-ın «Habertürk»-ə istinadən məlumatına görə, o, qəzetçilərin suallarından qaçıb, avtomobilinə minib. Bununla belə bir gündə 70 min lirəlik (təxminən 35 min manat) alış-veriş etməsi ilə bağlı xəbərləri təkzib edib.
Azərbaycan prezidenti İlham Əliyev məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla Bakı şəhərinin Binəqədi rayonunda müvəqqəti məskunlaşmış 700 nəfərdən ibarət 155 məcburi köçkün ailəsinin köçürülməsi üçün Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində yeni çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 14 milyon manat vəsait ayrılıb. Maliyyə Nazirliyi nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə gözlənilən hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 27-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə çiskinli yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5, gündüz 7-11 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.