Oqtay Ağayev - Oqtay Ağayev qimdir
[URL=http://img134.imageshack.us/i/oqtay.jpg/]

Oqtay Ağayevin ahıl yaşda da səsi cavan idi, fitrətdən gələn bir sehrin gücü ilə səsi də cavan qalıb. Bəli böyük səslər qocalmır.
O, 1934-cü ildə Bakıda anadan olub. Bəhram Ağayevin ailəsində. Babası Ədalət partiyasının sədri olub. 1937-də partiyanın digər üzvləri kimi o da Komi respublikasına sürgün edilib. Digər «xalq düşmənləri» kimi onlarında ailəsinin başına müsibətlər gəldi. Bütün var-yoxları, evləri əlllərindən çıxandan sonra babalarının İçərişəhərdəki evində qalmalı oldular. Ora köçərkən Oqtay Ağayevin üç yaşı olduğuna görə qonşuluqda yaşayan Mir Mövsüm ağa haqqında o qədər də təfərrüatlı xatirəsi qalmayıb.
Uşaqlıq illəri müharibə dövrinə təsadüf etdiyi üçün çox cətinliklə keçib. Əsasən də 1941-54-cü illər Oqtay müəllim üçün çox ağır keçmişdir. Oqtay Ağayev uşaqlıq dövründən musiqini sevmişdir.1953-cü ildə Asəf Zeynallı adına Musiqi texnikumuna daxil olmuşdur. Muəllimi Sofya İvanovna Xalfen olmuşdur. Təxminən 78 yaşlı bu qoca qadın özü də müğənniydi. Oqtay Ağayevə vokalın sirlərini öyrədirdi, vokalist kimi inkişafında böyük zəhmət çəkdi. Oqtay Ağayevin çox nadir səsi var idi. Odur ki, müəllimi səsinin ahənginə uyğun romanslar, serenadalar tapşırırdı.
Oqtay Ağayev əsgərlikdən qayıdandan sonra Firudin Mehdiyevin sinfində təhsilimi davam etdirməli oldu. Firudin Mehdiyev konservatoriyada ölməz Bülbülün sinfini bitirmişdi və texnikumda dərs deməyə başlamışdı. Oqtay Ağayev, Azərbaycanda iki böyük estrada orkestri olub. Oqtay Ağayev hər iki orkestrin solisti kimi fəaliyyət göstərib. 1970-ci ilə qədər Rauf Hacıyevin, 1984-cü ilədək isə Tofiq Əhmədovun rəhbərliyilə Radio və Televiziya Estrada Orkestrinin solisti olmuşdur.
O.Ağayev dünyanın bir çox xarici ölkələrində Afrika, əlcəzair, Marokko, Polşa, Çexoslovakiya, Bolqarıstan, Rumınya və s. keçmiş SSRİ-nin bütün respublikalarında qastrol səfərlərində olmuşdur. Bir çox xarici ölkələrdə uğurla çıxış etmişdir. 1962 Kreml Sarayında böyük konsert vermişler, Oqtay Ağayev həmin sarayda 11 konsert vermişdir. Oqtay Ağayev kino sənətində də fəaliyyət göstərmişdir. V.Mustafayevin "Yapon və Yapon" filmində milis rəisi rolunda çəkilmişdir. "O qızı tapın", "Dağlarda döyüş" və s. filmlərdə Oqtay Ağayev mahnılar ifa edib. Oxuduğu mahnıların 200-dən çoxu lentə yazılmışdır. Azərbaycan və xarici ölkə bəstəkarlarının xeyli mahnılarını ifa etmişdir.

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 510
favori
like
share