Allah

Son güncelleme: 08.07.2009 21:57
  • Allah - Allahın 99 İsmi

    Allah (və ya Tanrı, Xuda, Pərvərdigar, Yaradan, Xudavənd, Rəbb) - (ərəb dilində اﷲ — al-Lāh) adətən monoteist dinlərdə və daha çox islamda istifadə olunan ən böyük qüvvəyə, yaradıcıya verilən addır. Sözün mənbəyi Qurandır. Bəzi müsəlmanlar "Allah" sözünün ardınca ərəbcə "onun şanı ucadır" mənasına gələn cəllə cəlaluhu deyirlər.

    Quranda Allahın 99 adı göstərilsə də bu ad ən önəmlisi hesab olunur. Birmənalı şəkildə sözün hansı sözdən əmələ gəldiyini tam bilinmir, çünki ərəb dilində bir sözün kökü başqa sözlə mütləq əlaqəli olur. ALLAH sözünün "əl-İlah" ya da "əl-Laha" sözlərindən gəlmə ehtimalı var.

    Quranda deyilir:"Allah təkdir və heç bir şəriki yoxdur" [1]

    Allahın 99 adı

    Allahın adları, Allahı anmaq üçün istifadə olunan adlara verilən əsas addır.

    Allah İslam dinindəki ilahi üçün istifadə olunan əsas addır və bu adın Allahın bütün sifətlərinin bərabərində qəbul olunur.

    1.Allah
    2.Rəhman: Əsirgəyici, bütün məxluqatına rəhmətiyle məlum edən (dünyada).
    3.Rəhim: Bağışlayıcı, sevdiklərinə və möminlərə mərhəmət edən (axirətdə).
    4.Məlik: Mülkün sahibi, mülk və səltənəti davamlı olan.
    5.Kuddüs: Hər cürə əksiklik və ayıblardan münəzzəh olan.
    6.Salam: Hər çeşit afət və kədərlərdən əmin olan.
    7.Mömin: Qullarına əhəmiyyət verən. Özünün ve peyğəmbərlərinin doğruluğunu ortaya qoyan, qullarına elədiyi vədinde sadıq.
    8.Müheymin: Səltənəti haqqında dilədiyi kimi təsəvvür edən, hər şeyi göz edib qoruyan.
    9.Əziz: İzzət sahibi, məğlub edilməsi imkansız olan, hər şeyə qalib olan.
    10.Cabbar: Əzəmət və qüdrət sahibi, istediyini mütləq edən,dilədiyinə müqtədir olan.
    11.Mütəkəbbir: Ululuq sahibi, hər şeydə və hər hadisədə böyüklüyünü göstərən.
    12.Halık: Hər şeyin varlığını və keçirəcəyi halları təkdir edən, yaradan, yoxdan var edən böyüklükde tayı olmayan.
    13.Bari: Hər şeyin aza və cihazını bir-birinə uyğun yaradan.
    14.Musəvvir: Surət verən, hər şeyə bir şəkil və xüsusiyyet verən.
    15.Qaffar: Qullarının günahını örtən, məğfirəti çox, günahları bağışlayan.
    16.Qəhhar: Hər şeyə, hər istədiyini edəcək surətə, qalib və hakim.
    17.Vahhab: Çox ehsan edən, çeşid-çeşid nemətləri daima bağışlayan.
    18.Rəzzaq: Bütün məxluqatın ruzisini verən və ehtiyalarını ödəyən.
    19.Fəttah: Hər cürə müşkülləri açan və asanlaşdıran, darlıqdan qurtaran.
    20.Alim: Hər şeyi ən ince nöqtəsinə qədər bilən, elmi əzəli və əbədi olan.
    21.Qabiz: İstədiyinə darlıq verən, sıxan, daraldan.
    22.Basit: İstədiyinə bolluq verən, açan, genişlədən.
    23.Hafıd: Yuxarıdan aşağıya endirən, alçaldan, dərəcələri salan.
    24.Rafi: Yuxarı qaldıran, yüksəlden, dərəcələri yüksəldən.
    25.Muiz: İzzət verən, əziz qılan.
    26.Müzil: Zillətə düşürən, xar, zəlil edən.
    27.Səmi: Hər şeyi eşidən.
    28.Bəsir: Hər şeyi görən.
    29.Həkim: Hikmət sahibi olan, elədiyi hər işde hikməti göz edən, hökm edən.
    30.Ədl: Son dərəcə ədalətli olan.
    31.Lətif: Ən incə işlərin bütün incəliklərini bilən, lütf və ehsan sahibi olan.
    32.Xabir: Hər şeyi iç üzünden,gizli tərəfındən xəberdar olan.
    33.Həlim: Yumuşaq davranan, helmi çox olan.
    34.Əzim: Ən əzəmətli olan.
    35.Qafur: Çox bağışlayan.
    36.Şəkur: Özünün rızası üçün edilən əməlləri daha ziyadəsi ile qarşılayan.
    37.Əliyy: Çok ulu.
    38.Kəbir: Yetərincə böyük.
    39.Hafiz: Edilən işləri bütün təfsilatıyla hifzedən, hər şeyi bağışlayan ve beladan qoruyan.
    40.Mukit: Bilən, təyin edən. Hər yaradılmışın riskini verən.
    41.Hasib: Ən sürətli hesablayan. Hərkəsin həyatı boyunca elediklərinin bütün təfərrüatıyla hesabını yaxşı bilən. Məxluqatına kafi olan.
    42.Cəlil: Əzəmət sahibi olan, ululuq sahibi olan.
    43.Kərim: Çox ikram edən, kəramət sahibi.
    44.Raqib: Bütün varlıqlar və bütün işlər mürəkkəbəsi altında olan.
    45.Mucib: Özünə yalvaranların istəklərini verən, duaları qəbul edən.
    46.Vasi: Lütfü bol olan.
    47.Hakim: Əmirləri, kəlamı və bütün işləri hikmətli, hikmət sahibi olan.
    48.Vədud: Yaxşı qullarını sevən, rızasına endirən və sevilməyə layıq olan.
    49.Məcid: Şanı, şərəfi çox üstün olan.
    50.Bais: Ölüləri dirildən, qəbirlərdən çıxaran.
    51.Şəhid: Hər zaman və hər yerdə hazır və nazir olan, hər şeyə şahid olan.
    52.Haqq: Vacibul vücud olan, varlığı heç dəyişmədən duran.
    53.Vəkil: Təvəkkül sahiblərinin işini düzəldib onlardan daha yaxşı təmin edən.
    54.Qavi: Yetərincə qüvvətli.
    55.Mətin: Yetərincə güclü.
    56.Vəli: Seçkin qullarının dostu.
    57.Həmid: Ancaq özünə həmd edilən, bütün varlığın diliyle deyilen.
    58.Muhsin: Namütənahı da olsa, bir-bir hər şeyin sayını bilən.
    59.Mübdi: Məxluqatı maddəsiz və örnəksiz olaraq başdan yaradan.
    60.Muid: Yaradılmışları yox etdikdən sonra təkrar yaradan.
    61.Muhyi: Əhya edən, dirildən, can bağışlayan, sağlıq verən.
    62.Mumit: Canlı, bir məxluqatın ölümünü yaradan,öldürən.
    63.Hayy: Diri, tam və mükəmməl mənasıyla həyat sahibi.
    64.Qəyyum: Yaratdıqlarının işini çevirən hər işlənəni bilən, əvvəli olmayan.
    65.Vacid: İstədiyini, istədiyi vaxtda tapan.
    66.Vahid: Tək. Zatında, sifətlərində, adlarında, əfailində ortağı və bənzəri olmayan.
    67.Saməd: Hər şey Ona möhtac, fəqət O heç bir şeyə möhtac deyil.
    68.Qadir: İstədiyini, istədiyi kimi yaratmağa müktədir olan.
    69.Muqtədir: Qüvvət ve qüdrət sahibləri üzərində dilədiyi kimi təsəvvür eden.
    70.Mukaddim: İstədiyini öne gətirən, önə alan.
    71.Muahhir: İstədiyini geri qoyan, arxaya buraxan.
    72.Evvel: Hər şeydən önce var olan.
    73.Ahir: Hər şey həlak olduqdan sonra geri qalan.
    74.Zahir: Varlığı saysız dəlillərlə açıq olan.
    75.Batın: Ağılların idrak edəməyəcəyi üzrə əzabı gizli olan.
    76.Vali: Bu müəzzam kainatı ve bütün hadisələri tek başına idarə edən.
    77.Muteali: Ağlın mümkün gördüyü hər şeydən, hər haldan uca olan.
    78.Bərr: Qullarına yaxşılıqı və ehsanı, nemətləri bol olan.
    79.Təvvab: Tövbələri qəbul edib günahları bağışlayan.
    80.Müntəkim: Günahkarlara, ədalətiylə, müştəhək olduqları cəzanı veren.
    81.Afüv: Bağişlayan, maqfirət edən.
    82.Rauf: Mərhəmət edici, şəfqətli.
    83.Malikül Mülk: Mülkün əbedi əzeli sahibi.
    84.Zülcəlal-i Vəl-İkram: Həm əzəmət sahibi, həm artıq kərəm sahibi.
    85.Muksit: Hökmünde və əfalində ədalətli olan.
    86.Cami: İstədiyini istədiyi zaman istədiyi yerdə toplayan.
    87.Qani: Çox zəngin, heç bir şeyə möhtacı olmayan.
    88.Müğni: Dilədiyinə zənginlik verən müstəqini qılan.
    89.Məcid: Qədri və Şanı böyük, kərəm ve müsəmməhası bol.
    90.Mani: Bəzi şeylərin meydana gəlməsinə icazə verməyən, əngəlləyən.
    91.Nur: Aləmləri nurlandıran, dilədiyini nur edən, nur olan.
    92.Hadi: Hidayətə qovuşduran, kulunu xeyirlə müvafiq qılan.
    93.Bədi: Örnəksiz, misalsız, əcayib ve heyrət verici aləmlər yaradan.
    94.Baki: Varlığının sonu tapılmayan, əbədi olan.
    95.Varis: Varlığı davam edən, sərvətlərin həqiqi sahibi.
    96.Rəşid: Bütün aləmləri doğru bir nizam və hikmətlə aqibətinə çatdıan.
    97.Sabur: Çox səbirli olan, üsyankarlardan təcili intiqam almayan.
    98.Dar: Eyləm və zərər verəcək şeyləri yaradan, hüsrana uğradan.
    99.Nafi: Xeyir və mənfəət verəcək şeyləri yaradan, faydalandıran.
#08.07.2009 21:57 0 0 0