Ürek Damar Sistemi

Son güncelleme: 03.03.2011 03:30
  • Ürek Damar Sistemi

    noimage

    Ürək dərmanları. Nəbzin pozulması heç də ürəyin xəstə olması demək deyildir. Müxtəlif hallardan, əksər hallarda isə əsəblikdən baş verən ürək narahatlıqlarını vaxtında müalicə etmək olar. Ürəkdə narahatlıq hiss olunarsa, hər şeydən qabaq düzgün qidalanmaq, az-az və tez-tez yemək məsləhətdir. Xüsusilə kök adamlar yemək məsələsində diqqətli olmalıdırlar. Xəstəlik zamanı süd işlətməkdən, duzlu yeməkdən çəkinmək, xəstəyə gündə 3 dəfə, hər dəfə 1 qaşıq, mərəcüyüddən hazırlanmış şərbət vermək lazımdır. Bu şərbəti belə hazırlayırlar: mərəcüyüdün uc hissəsini həvəngdə döyüb onun şirəsini çıxarır, durulmaq üçün bir qədər saxlayırlar. Sonra şirəni qaba süzüb, həmin qabı da içərisinə su tökülmüş başqa bir qaba qoyurlar. Şirəyə özündən bir yarım dəfə çox şəkər qatıb od üzərində qatılaşana qədər bişirirlər.
    Damarlarda yaranan hər cür yağlı çöküntüləri təmizləmək əsas müalicə usullarından biridir. Bunun üçün 10 gün ərzində üzüm rejiminə keçmək məsləhətdir. Bə"zən uzunmüddətli üzüm rejiminə də keçirlər. Böyrək narahatlığından yaranan ürək zəifliyi zamanı, üzüm şirəsi ürək əzələlərinin enerjesini artırır, zərərli maddələri bədəndən çıxarır və ürəyi fəaliyyətini asanlaşdırır.
    Ürək zəifləyərsə və döyüntülər nizamsız olarsa, bal işlətmək ən faydalı vasitələrdən biridir. Ürək-damar çatışmazlığı hallarında da bal olduqca tə"sirli hesab edilir. Bu zaman zirinc şərbətindən də (gündə 30 - 150q) istifadə etmək olar. Bu şərbətin hazırlanma üsulu əvvəldə şərh edilmişdir.
    Ürəyi xəstə olanlar çox duz və su işlətməkdən çəkinməlidirlər. Çay əvəzinə pişikotu və sümürgən çiçəyini dəmləyib içmək məsləhət görülür. Meyvə şirəsi, o cümlədən alma, heyva və üzüm şirəsi ürək üçün faydalıdırlar. Ürək xəstəlikləri olanlar müntəzəm olaraq limon yeməli və ya limon şirəsi işlətməlidirlər.
    Zə"fəran ürəyi və mə"dəni qüvvətləndirir, darçın çayı ürək zəifliyi zamanı məsləhət görülür. Lakin onu işlətməkdə ifrata varmaq olmaz. Ürək ağrıları zamanı 10q pişikotu kökünü 0.5 L suda dəmləyib gündə 3 dəfə, hər dəfə 1 qaşıq olmaqla işlətmək lazımdır. Ürək xəstəliyi zamanı çox çay içmək olmaz, bunun əvəzində ayran, süd, meyvə şirəsi (alma, armud, limon) işlətməli, qızılgül və ya sümürgən çiçəyindən dəmlənmiş çay içmək lazımdır. Ürək zəifliyi zamanı kök, çuğundur, başqa tərəvəz və göyərtilər işlətmək məsləhət görülür.
    Ürək döyüntüsü, halsızlıq və ruh düşkünlüyü zamanı işlədilən vasitələr. Qızılgülün suyunu içmək ürəyi möhkəmləndirməklə yanaşı, onun döyüntüsünü azaldır və bütün daxili orqanlar üçün faydalı hesab olunur. Qızılgülü iyləmək də faydalıdır. Həmçinin almanın içini çıxarandan sonra oraya zə"fəran doldurub iylədikdə də ürəyin döyüntüsü azalır.
    Ürək döyüntüsünü azaltmaq üçün ən sadə və faydalı dərman kərə yağı və beçə balı yeməkdir. Banan da ürək döyüntüsü və ruh düşkünlüyünə qarşı xeyirlidir. Nanə qoxulamaq və yemək bəlğəmli astma ilə müşayiət olunan ürək döyüntüsünə qarşı işlənən faydalı dərman sayılır. Ürək döyüntüsü, ürək sıxıntısı və susuzluqla müşayiət olunarsa turş nar şirəsi, gavalı və xurma şirəsi, naringi şirəsi və abqoranı şəkər şərbəti ilə qatıb işlətmək olduqca faydalıdır. Bu baxımdan tə"sirli vasitələrdən biri cüllab adlanan şərbətdir. Həmin şərbəti hazırlamaq üçün 2 rətl ağ nabat və ya şəkərə 6 rətl gülab qatıb, mülayim od üzərində yarıya çatana qədər bişirir və kəfini yığırlar. Sonra 1 dirhəm zə"fəranı gülabda həll edərək həmin şərbətə qatıb ağzı, bağlı şüşə qabda saxlayırlar. Sonralar bu şərbətə bədmüşk (və ya kasnı) arağı və döyülmüş reyhan toxumu qataraq işlədirlər.
    Təngənəfəslik. Cirə yəmək nəfəsalmanı asanlaşdirır. Onu süsən kökü ilə qaynadıb içmək daha faydalıdır. Çobanyastığı da eyni tə"sirə malikdir.
    Badam yağını bal, süsən kökü, mum və gül yağı ilə qatıb istifadə etmək təngnəfəsliyə qarşı yaxşı vasitədir. Buna qarşı işlədilən dərmanlardan biri də təzə süddür. Dəvə südü isə ən faydalı hesab edilir.
    Təngnəfəsliyə qarşı işlənən tə"sirli dərmanlardan heyva şirəsi, quru əncir suyu və ilıq hala gətirilmiş üzüm sirkəsi də xüsusi qeyd edilməlidir. Xörəkdə darçın işlətmək nəfəs yolunu genişləndirir. bu cəhətdən kərəviz yemək də faydalıdır. Zə"fəran ağ ciyərləri möhkəmləndirir və nəfəsalmanı asanlaşdırır.
    Ürəkkeçmə zamanı istifadə olunan vasitələr. Ürəkkeçmədə süsən iyləmək faydalı, zə"fəran isə zərərli hesab edilir. Turş narın suyunu çıxarıb, yarısını qədər şəkərlə qataraq süzgəcdən keçirmək və istifadə etmək ürəkküçmə zamanı çox faydalıdır. Yaxşı dərmanlardan biri də şirin badam yağıdır. Ürəkkeçmədə gavalı yemək və bal şərbəti içmək məqsədəuyğundur.
    Ürəkkeçmənin başlanğıcında ən sadə və sınanmış vasitələrdən biri su və ya şərbət içməkdir. Eyni zamanda, təzə xiyar qoxulamaq da məsləhətdir. Sınanmış dərmanlardan biri də turş heyva suyudur. Heyvanın qabığını soyub, içini təmizləyəndən sonra döyüb suyunu çıxarır və süzüb bir gecə saxlayır, sonra isə ona bal və şəkər qatıb dərman kimi istifadə edirlər.
    Ürəkkeçmə zamanı xəstənin rəngi qaçarsa, bədəni soyuyarsa və onu soyuq tər basarsa, üzünə sərin su və gülab çiləmək, gülab, kafur, müşk və ənbər iylətmək, limon və naringi yedirtmək məsləhətdir. Qızılgülün suyunu da damcı-damcı içirtmək çox faydalı hesab olunur.
#03.03.2011 03:30 0 0 0