Hər an Allaha sığın

Son güncelleme: 23.07.2013 07:05
  • Allaha sığınmaq - Her işde Allahı çağırmaq


    Faydasını bilə-bilə nə vaxta qədər düşündüyümüz vəziyyətdən gileylənəcəyik? Bunun əvəzinə səhvlərimizi düzəltsək yaxşı olmazmı? Axı „səndən hərəkət, Allahdan bərəkət“ deyiblər.

    1. Nə vaxta qədər elə hey keçmişi xatırlayıb gələcəyi xəyal edəcəyik?! Həyat-yaşadığımız anlardı. O,indi bizimlədir. O, Allahın bizə verdiyi əmanətdir. Unutmayaq ki, Allah əmanətə xəyanət edənləri sevmir.

    2. Əgər qaranlıq keçmişi işıqlı gələcəklə bir yerə qoyarıqsa, ortalığa yaşadığımız sadə anlar çıxar .Unutmayaq ki, Allah yer və göylərin nurudur və bütün zülmətlər onu zikr etməklə nura qərq olar.

    3. Həyat qaralama kağızı deyil ki, pozub yenidən yazasan. Qaralasan belə məyus olma, tövbə et. Unutma ki, Allah ixlasla tövbə edenlərin tövbəsini qəbul edir.

    4. İxtiyarında olanlara diqqət yetir. Gör sən onlara sahibsən, yoxsa onlar sənə? Sənə sahib olan varlıq varsa, o da Allahdır.

    5. Nə vaxta qədər milçəkdən fil düzəldəcəyik?! Nədənsə narahat olduqda özünüzdən soruşun: bunu bir ildən sonra xatırlayırsan?cavab mənfi olduqda narahat olmağa dəyməz. Allahdan hər şeyin xeyirlisini diləyin. Çünki o, xeyir sahibidir.

    6. Nə vaxta qədər lazım olmayan əşyaları alıb onların köləsinə çevriləcəyik?! Axı Allah israf edənləri sevmir. Yəqin ki, Allahın sevmədiklərindən olmaq istəmərik.

    7. Nə vaxta qədər başqalarından nəyisə gözləyəcəyik?! Əgər bu gün başlamasaq, sabah sona çatdıra bilmərik. Allahı özümüzə arxa bilək. O,arxa olanların ən xeyirlisidir.

    8. Müsəlmanam deyən bəzi şəxslər ömrünün bir saatını məsciddə ibadətə sərf etməyi özünə çox görür, lakin saatlarla davam edən və onu günaha sövq edən əyləncələrdən ləzzət alırlar. Allahı yad edin ki, Allahda sizi yad etsin.

    9.Özünü müsəlman adlandıran bəzi şəxslər eşitdikləri dedi-qoduya dərhal inanır, lakin doğru bildiyi bir şeyi qəbul etməkdə inad edirlər.

    10. Müsəlmanam deyən bəzi şəxslər Cənnətə düşmək istəyir, lakin bunun üçün heç bir iş görmürlər. Cənnət ucuz deyil! Ele deyil?

    11. Özünü müsəlman adlandıran bəzi şəxslər bir Quran suresini oxumaqda çətinlik çəkir, lakin böyük romanı asanlıqla oxuyurlar.
    Hər an Allaha sığın

    12.Bəziləri „Nə qədər ki, görmürəm, inana bilmərəm“ deyir, Sən isə „Nə qədər ki, inanmıram, görə bilmərəm de.“


    alıntı
#23.07.2013 07:05 0 0 0