O qədər vüsalın çatmaz sevgilim

Son güncelleme: 31.03.2015 21:36
  • Unuda bilmədim ürkək baxışı,
    Məni yalniz qoyan qorxaq qaçışı,
    Şərəfinə içdim bu son yağışı,
    Yağış bir də mənə yağmaz sevgilim.

    Mənim ürəyimdə döyünən sənsən,
    Söylə bəs sən kimi ürək bilirsən?
    Nə qədər özünü qaranlıq etsən,
    İşıq gözlərimə saçmaz sevgilim.

    Bu gun darıxmışam deyirsən mənə,
    Sabah unudulmaq görünür mənə.
    Ya susan, ya yalan deyən dilinə,
    Lənətim heç əksik olmaz sevgilim.

    Yuxuda görmürəm sənin üzünü,
    Görərdim dərdindən yumsam gözümü.
    Nə qədər səndən az sevsəm özümü,
    O qədər vüsalın catmaz sevgilim.
#31.03.2015 21:36 0 0 0