Azerice Şiirler

Son güncelleme: 18.05.2009 22:25
  • Azerice Şiirler - Azerice Aşk Şiirleri

    Eşk
    Sen meni sev, men seni sevem..
    Sen menin için yan..
    Men senin için yanim duduşam..
    Glasik eşk neyse onu yaşayah..

    Ya da sevme haberin olmasın..
    Men sana sevdalanıp dolaşam..
    Platonik eşk neyse onu yaşayah..

    Sevdada oturah, yiyah içah..
    Elele olah, gan kusah..
    Tombilik eşk neyse onu yaşayah..

    İstersen sevdadan kendimi kesim..
    Sağımı solumu doğrayım biçim..
    Psikopatik eşk neyse onu yaşayah..

    Eyle sevek ki gara sevda olah..
    Araplara benzeyen gapgara olah..
    Gara eşk neyse onu yaşayah..

    Yalan söylemeyeh hep doğru diyah..
    Beraber oturah beraber yiyah..
    Realist eşk neyse onu yaşayah..

    Birbirimize türkü söyleyah, mizildiyah..
    El ele tarlalarda, bostanlarda gezah..
    Romantik eşk neyse onu yaşayah..

    Kediyi, gudiği sen diye sevim..
    Sen de horozi, guligi men diye sev..
    Sembolik eşk neyse onu yaşayah..

    El ele tutuşip kendimizi elehtriga verah..
    Zangir zangir tityeyah, ölmeyah..
    Elektronik eşk neyse onu yaşayah..

    Ahırlarda, komlarda buluşah..
    Tezek agalahlarinin dibinde oturah..
    Otantik eşk neyse onu yaşayah..
#18.05.2009 22:20 0 0 0
  • Həyat yaşanandan sonra...
    Həyat yaşanandan sonra,
    Qızlar sevilməmişdən öncə,gözəl olur.
    Xoşbəxtlik olmamışdan öncə,
    Bədbəxtlik olandan sonra gözəl olur.
    Yalançılar yalanları qədər,
    Yalanlar üzə çıxana qədər gözəl olur.
    Düşüncələr azad olduqları qədər,
    Insanlar düşünə bildikləri qədər gözəl olur.
    Yaradan yarada bildiyi qədər,
    Yaradılan anlaya bildiyi qədər, gözəl olur.
    Cahillər bir yerdə olanda,
    Dahilər tənha olanda gözəl olur.
    Ağil imkanla birləşəndə,
    Səviyyə mühitlə birləşəndə, gözəl olur.
    Qanunsuzluq heç kimə tətbiq olunmayanda,
    Qanunlar hər kəsə tətbiq olunanda, gözəl olur.
    Mədəniyyət hər şey olanda,
    Nifrət heç nə olmayanda gözəl olur.
    Məhəbbət ilk baxişda,
    ölüm son baxişda gözəl olur.
    Eybəcərliklər adiləndən sonra,
    Gözəlliklər eybəcər olana qədər, gözəl olur
#18.05.2009 22:22 0 0 0
  • YAVAŞ-YAVAŞ DüŞüR

    Yavaş-yavaş hər şey gözümdən düşür:
    Şəhər adamlarla döyüşür,
    Ağaclar kəsilir, yollar sürüşür,
    Onlar da mənim gəncliyim kimi,
    Plana düşür...
    Qiymətlər hər gün şişir,
    Qadınlar xəyanətlərlə görüşür,
    Inanmaq istədiklərim,
    Inamımdan bir pillə də düşür...
    20 faiz torpaqlarımıza qarşılıq,
    20 faiz kreditlə evlər bölüşür;
    Vasitəçi həmsədrlərin təklifləri,
    Biqeyrət hisslərimizə baxıb gülüşür;
    Heç yaddaşıma yazmadığım şeylər
    Yadıma düşür...
    Hər gün bir yol qəzasi xəbəri
    qulağımızı deşir;
    Kriminal izlər, bölməyə çatmamiş
    Yerini dəyişir;
    Polis hər gün bir cinayətin
    Izinə düşür...
    Burada arzusuna tez çatır oğru:
    Bir az vicdan əzabı,
    Bir az mənəvi ağrı,
    Qarşılığında isə böyük sərvətə qovuşur.
    Amma hər il minlərlə tələbə
    Böyük ümidlərlə
    ümidsiz həyata yola düşür...
    Bax beləcə, göz yaşından başqa,
    Yavaş-yavaş hər şey gözümdən düşür...
#18.05.2009 22:23 0 0 0
  • ÜSYAN!!!

    Bu şəhər sizə görə deyil,
    Yüngül qadınların ağır kişiləri...
    Bu qadınlar sizə görə deyil,
    Ağır qadınların yüngül kişiləri...
    Bu gözəllik sizə görə deyil,
    Vəhşilik altında gizlənən qadınlar,
    Bu dünya sizə görə deyil,
    Ilahi eşqə tapınan təmiz adamlar...
    Bu gənclik sizə görə deyil,
    Bacarıqsız yaşlıların üsyankar övladları,
    Bu uşaqlıq sizə görə deyil,
    Zəmanətsiz gələcəyin faizlə doğulan körpələri...
    Bu vicdan sizə görə deyil,
    Allahla-allahla yaşayan allahsız adamlar,
    Bu vəzifə sizə görə deyil,
    Fələlərin ahıyla şirkət idarə edənlər...
    Bu kitablar sizə görə deyil,
    Aldadacaq hamınızı mənim kimi,
    Bu universitetlər sizə görə deyil,
    Rüşvətlə qan qardaşı etməyin elmi...
    Bu dəniz sizə görə deyil,
    Altı dramatikdir, üstü romantik.
    Bu çöllər sizə görə deyil,
    Dünyanı ağladan türklərin müğənni balaları...
    Bu gecələr sizə görə deyil,
    Səhəri bahalaşma ilə qarşılayanlar,
    Bu səhərlər sizə görə deyil,
    Vətəndə özünü qərib sayanlar...
    Bu vətən sizə görə deyil,
    Laqeyd insanların vətənpərvər oğulları-SATIN GETSİN!
    Bu düşüncə sizə görə deyil,
    Satılmış vətənin boynubükük insanları- ATIN GETSİN!
#18.05.2009 22:24 0 0 0
  • O SEVDA DILƏNİR...

    Hələ mənzil uzaq, hələ yol yarı,
    Tərəddüd etmə, seç dövləti, varı
    Qız, yolun onadır, get ona sarı,
    O sevda dilənir, mən dilənmirəm.

    Bax, necə eşqinə bir izah çəkib,
    Sən keçən yollara bağça- bağ çəkib,
    O hər gün yağmura dönür ah çəkib,
    Yoluna çilənir, mən çilənmirəm.

    O bilmir nə keçir sənin içindən,
    Saflıq qoymur seçə mələyi cindən,
    Sənin sevgi adlı o süsgəcindən,
    O keçir, ələnir, mən ələnmirəm.

    Demə taleyimin yox vəfası da,
    Mənsiz günlərində tutma yası da,
    Bir səbəb axtarma, ən əsası da,
    O sənə güvənir, mən güvənmirəm.
#18.05.2009 22:25 0 0 0