Qarabağ Futbul Klubu

Son güncelleme: 25.06.2009 13:31
  • Qarabağ Futbol Klubu - Qarabağ Tarix - Qarabağ İdarə Heyəti
    Qarabağ» futbol klubunun yaranma tarixi

    1950-ci illərin əvvəllərinə təsadüf edir. 1951-ci ildə Ağdam şəhər stadionunun tikintisi başa çatdıqdan sonra klubun da peşəkar bir idman təşkilatı kimi formalaşdırılmasında ciddi işlər görüldü. Yarandığı gündən sonra bir müddət «Məhsul» adı çıxış edən «Qarabağ» ilk dəfə 1966-cı ildə Azərbaycan çempionatında iştirak edib. Həmin il klub çempionatı 4-cü yerdə başa vurub. «Qarabağ» 4 il ardıcıl olaraq ölkə birinciliyində mübarizə apardı. Bu illər ərzində ən yaxşı nəticəni 1968-ci ildə 2-ci yeri tutmaqla qazandı. Lakin 1968-ci ildən sonra baxımsızlıq üzündən komanda uzun müddət ölkə çempionatlarında təmsil olunmadı. 1977-ci ildə «Qarabağ» yenidən «Şəfəq» adı ilə bərpa edildi. Elə həmin il «Şəfəq» Azərbaycan çempionatının 2-ci dəstəsində yarışdı. «Şəfəq» 1982-ci ilə qədər Ağdam futbolunun yeganə təmsilçisi oldu. 1982-ci ildən 1987-ci ilə qədər isə klub «Kooperator» adı ilə yarışlara qatıldı. «Qarabağ» ilk dəfə Azərbaycan çempionu adına 1988-ci ildə layiq görülüb. Qeyd edək ki, bu çempionluq hələ Azərbaycan keçmiş SSRİ-nin tərkibində olarkən qazanılmışdı. Həmin çempionluqdan sonra «Qarabağ» SSRİ çempionatının 2-ci dəstəsinə vəsiqə qazandı. 1989-cu ildə «Qarabağ» SSRİ çempionatının 9-cu zonasında yarışdı. 1990-cı ildə SSRİ çempionatının 2-ci dəstəsinin zona yarışlarında dəyişiklik edildiyindən «Qarabağ» Azərbaycan çempionatının zona yarışlarında iştirak etmək məcburiyyətində qaldı. 1991-ci ildə SSRİ dağılandan sonra Azərbaycanın müstəqil futbol çempionatı təşkil olundu. «Qarabağ» Azərbaycanın yeganə klublarından biridir ki, indiyə qədər keçirilən 12 mövsümün hamısında iştirak edib. Təbii ki, müstəqillik illərində «Qarabağ»ın ağır günləri də az olmayıb. 1993-cü ildə Ağdam şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra komanda «qaçqın klub» kimi fəaliyyət göstərir. Təbii ki, bundan əlavə klub maddi sıxıntılardan da ciddi əziyyət çəkirdi. Məhz bu səbəbdən 1998-2001-ci illərdə ölkə çempionatının güclülər dəstəsində zəif nəticə göstərdi. Üstəlik maddi vəziyyət klubun aparıcı futbolçularının da «Qarabağ»ı tərk etməsinə gətirib çıxartdı. Bütün bu problemlər 2001-ci ildə Azərbaycanda fəaliyyət göstərən ən böyük xoldinqlərdən biri «Azərsun» şirkətinin komandanı sponsorluğa götürməsindən sonra həll olundu. Xeyirxah əməlləri ilə nəinki Azərbaycanda hətta bütün şərqdə, türk dünyasında ad qazanan «Azərsun» Xoldinq şirkəti «Qarabağ»ı unutdurmamaq üçün əməli işə girişdi. Tez bir zamanda şirkətin prezidenti Abdulbari Qoozalın bilavasitə şəxsi köməkliyi ilə komandanın maddi problemləri həll olundu. İmkansızlıq ucbatından digər klublara keçmiş eks «Qarabağ»lılar heyətə qaytarıldı. Həmin dövrdən klub «Qarabağ-Azərsun» adlandırıldı. Təbii ki, yeni sponsorun qayğısı komandanın nəticəsinə də təsir göstərəcəkdi. 2001-ci ildə «Qarabağ-Azərsun» ölkə çempionatında 9-cu yeri tutsa da qarşıdakı mövsümə hazırlıq işləri ciddi gedirdi və klubun qarşısına ən yüksək yerləri tutmaq vəzifəsi qoyulmuşdu. Lakin Azərbaycan futbolunda baş verən məlum hadisələrdən sonra ölkəmizdə 2002-2003-cü ildə çempionat yarımçıq dayandırıldığından qarşıya qoyulan məqsədə çatmaq mümkün olmadı. 2003-cü ildə «Qarabağ-Azərsun»un rəhbər strukturunda bir sıra dəyişikliklər aparıldı və Tahir Qoozal komandanın vitse-prezidenti təyin edildi. Tahir Qoozalın kluba gəlişindən sonra «Qarabağ»ın tarixində sanki yeni səhifə açıldı. Komandanın ölkə çempionatında uğur qazanması üçün bütün imkanlar səfərbər edildi. Və məhz bu səylərin nəticəsi idi ki, 2002-2003-cü il mövsümündə «Qarabağ» uzun fasilədən sonra yenidən Azərbaycan çempionatının mükafatçıları sırasında yer aldı və birinciliyin bürünc medallarını qazandı. 2004-2005-ci il mövsümünə isə «Qarabağ» daha iddialı başlamaq fikrindəydi. Bu məqsədlə rəhbərlik İsveçdə yaşayan həmyerlimiz təcrübəli məşqçi İqor Ponomaryovu baş məşqçi postuna təyin etdi. Qısa zamanda ölkənin ən aparıcı futbolçuları heyətə cəlb olundu. Onların arasında yığma komandamızda top qovan futbolçular çoxluq təşkil edir. Daha bir məqamı da qeyd edək ki, məhz Tahir Qoozalın təşəbbüsü ilə 2004-cü ildə «Qarabağ»ın tarixi adı özünə qaytarıldı və komanda yenidən bu adla adlandırılmağa başlandı. Bundan başqa Tahir bəy kluba yeni loqotip də hazırlatdırdı. İngiltərədə xüsusi dizaynerlər tərəfindən hazırlanan bu loqotipdə «Qarabağ»ın simvolu olan atlar təsvir olunub. Onları isə futbolun müxtəlif atributları bəzəyir. Həmişə olduğu kimi, «Qarabağ» bu il çempionluq üçün mübarizə aparacaq.

    İdarə heyəti

    noimage

    Taher Gözel
    Vəzifə Vitse-prezident
    Tərcümeyi hal 1972-ci ildə anadan olmuşdur.İlgiltərənin Şeffild Managment, Fransanın Soup De Coup universitetlərini bitirmişdir. Ailəlidir, 2 oğlu var. 2004-cü ildən "Qarabağ" Futbol Klubunun Vitse Prezidentidir.

    noimage

    Emrah Çelikel
    Vəzifə Klub Direktoru
    Tərcümeyi hal 1976-cü ildə Ankarada anadan olub. Ərciyəs Universitetinin Bədən Tərbəyəsi və İdman fakültəsini bitirib. Evlidir. 2 övladı var. 2004-cü ildən "Qarabağ" Futbol Klubunun Direktorudur.

    noimage

    Murat Karaman
    Vəzifə Baş Mühasib
    Tərcümeyi hal 1974-cü ildə Samsunda anadan olub. Qırğızıstan Dövlət Humanitar Universitetini bitirib. Evlidir. 1 övladı var. 2004-cü ildən "Qarabağ" Futbol Klubunda işləyir.

    noimage

    Asif Əsgərov
    Vəzifə İdarə və Maliyyə işlər üzrə menecer
    Tərcümeyi hal 1981-ci ildə anadan olub. Azərbaycan Dovlət Neft Akademiyasının Beynəlxalq İqtisadi Əlaqələr fakultəsini bitirib. Evlidir. 1 övladı var. 2004-cü ildən "Qarabağ" Futbol Klubunda işləyir.

    noimage


    Nurlan İbrahimov
    Vəzifə Mətbuat Katibi
    Tərcümeyi hal 1983-cü ildə anadan olub. Azərbaycan Dillər Universitetini bitirib. Evlidir.1 övladı var. 2006-cı ildən "Qarabağ" Futbol Klubunda işləyir.

    noimage

    Əli Əkbərov
    Vəzifə Baş Mühasib
    Tərcümeyi hal 1975-ci ildə anadan olmuşdur. İqtisadiyatın hüquqi tənzimlənməsi üzrə mütəxəssisdir. Subaydır. 2005-ci ildən "Qarabağ" Futbol Klubunda işləyir.

    Qarabağ indiyəqədərki Azərbaycan çempionatlarında

    1-ci milli çempionat(1992) 4-cü yer

    2-ci milli çempionat(1993) 1-ci yer

    3-cü milli çempionat(1993-94) 2-ci yer

    4-cü milli çempionat(1994-95) 4-cü yer

    5-ci milli çempionat(1995-96) 5-ci yer

    6-cı milli çempionat(1996-97) 1-ci yer

    7-ci milli çempionat(1997-98) 4-cü yer

    8-ci milli çempionat(1998-99) 4-cü yer

    9-cu milli çempionat(1999-2000) 8-ci yer

    10-cu milli çempionat(2000-2001) 9-cu yer

    11-ci milli çempionat yarımçıq dayandırılıb

    12-ci milli çempionat(2003-2004) 3-cü yer

    13-cü milli çempionat(2004-2005) 6-cı yer

    14-cü milli çempionat(2005-2006) 5-ci yer

    15-ci milli çempionat(2006-2007) 8-ci yer

    16-cı milli çempionat(2007-2008) 5-ci yer

    Web Adresi

    http://www.qarabagh.com

    Futbolçular

    33 - Osman Umarov Qapıcı
    1 - Fərhad Vəliyev Qapıcı
    99 - Vadim Naumov Qapıcı
    12 - Sahil Kərimov Qapıcı
    5 - Maksim Medvedev Müdafiəçi
    4 - Azər Məmmədov Müdafiəçi
    26 - Zaur Həşimov Müdafiəçi
    13 - Zekeriyya Ramazani Müdafiəçi
    3 - Avtandil Hacıyev Müdafiəçi
    24 - Admir Teli Müdafiəçi
    2 - Elnur Allahverdiyev Müdafiəçi
    23 - Əfran İsmayılov Yarımmüdafiəçi
    8 - Aslan Kərimov Yarımmüdafiəçi
    15 - Ayxan Abbasov Yarımmüdafiəçi
    10 - Artim Şakiri Yarımmüdafiəçi
    17 - Sedat Şahin Yarımmüdafiəçi
    19 - Emin İmaməliyev Yarımmüdafiəçi
    14 - Namiq Yusifov Yarımmüdafiəçi
    6 - Rəşad Sadiqov Yarımmüdafiəçi
    16 - Tagim Novruzov Yarımmüdafiəçi
    11 - Rauf Əliyev Hücumçu
    20 - Vagif Cavadov Hücumçu
    18 - Zaur Ramazanov Hücumçu
    22 - Nidal Ferhatovic Hücumçu

#25.06.2009 13:31 0 0 0