Tələbələrin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi Həsabatını Açıqladı

Son güncelleme: 07.07.2009 17:46
  • Tələbələrin Beynəlxalq Əməkdaşlığı - İctimai Birliyi - Təhsil Xəbərləri - Elnur Məmmədov
    noimage

    Bu gün (5 iyun) Reportyorların Azadlıq və
    Təhlükəsizlik İnstitunun (RATİ) Mətbuat Mərkəzində
    "Tələbələrin Beynəlxalq Əməkdaşlığı" İctimai Birliyi
    "Təhsil Xəbərləri" layihəsinin aylıq hesabatı ilə bağlı mətbuat konfransı keçirtdi.

    Təşkilatın rəhbəri Elnur Məmmədov bildirdi ki, 15 ali məktəbi əhatə edən layihə
    çərçivəsində aprel ayında olduğu kimi, may ayında da ən çox qanun
    pozuntusuna yol verən ali məktəb Azərbaycan Beynəlxalq Universiteti olub.
    Sonrakı yerləri isə Azərbaycan Dövlət İqtisad Universiteti,
    Azərbaycan Dövlət Pedoqoji Universiteti, Azərbaycan Tibb Universiteti,
    Bakı Dövlət Universiteti, Bakı Avrasiya Universiteti,
    Azərbaycan Dövlət Neft Akademiyası, Odlar Yurdu Universiteti,
    Azərbaycan Texniki Universiteti, Təfəkkür Universiteti tutub.
    Layihədə iştirak edən digər beş ali məktəb - Qfqaz Universiteti,
    Qərb Universiteti, Xəzər Universiteti Azərbaycan Dillər Universiteti
    və Bakı Asiya Universitetində isə may ayında qanun pozuntuları qeydə alınmayıb.

    E. Məmmədov qeyd etdi ki, hesabat təhsil Nazirliyinə də təqdim olunacaq,
    həmçinin bununla bağlı yaxın günlərdə Təhsil Nazirliyində görüş də keçiriləcək:
    "Layihədə iştirak edən ali məktəblərdəki dövlət imtahanlarını izləmək üçün Təhsil
    Nazirliyinin yaratdığı komissiyanın tərkibində təmsil olunmaq üçün də müraciət
    etmişik. Əgər buna razılıq ala bilsək, prosesləri daha yaxından izləmək imkanımız olacaq".

    Tədbirdə iştirak edən tələbələr də Universitetlərdəki
    qanun pozuntuları barədə geniş məlumat verdilər.

    Xatırladaq ki, 15 ali məktəbi əhatə edən "Təhsil Xəbərləri" layihəsi
    ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilir.
#07.07.2009 17:46 0 0 0