Ürək Başqa Ağıl Başqa

Son güncelleme: 21.07.2009 16:29
  • Ürək Başqa Ağıl Başqa - Azerice Şiirler - BAHTİYAR VAHAPZADE

    Bir-birinə bənzəsə də,
    Yel başqadır, külək başqa.
    Ətri də xoş, rəngi də xoş
    Gül başqadır, çiçək başqa.
    Hər diki yoxuş bilmə, gəl,
    Hər meyi meyxoş bilmə, gəl.
    Hər uçanı quş bilmə, gəl
    Quş başqadır, böcək başqa.

    Hər dərdinə ortaq mənəm,
    Hər ağrını tən bölənəm,
    Sən çəkənsən, mən gələnəm
    Oəmi başqa, yedək başqa.

    Haqqın yolu-öz yolumdur,
    Əyilməyən düz yolumdur,
    Xeyirlə şər sağ - solumdur
    Şeytan başqa, mələk başqa.

    Bir diləyə mən calandım,
    Gah qazandım, gah talandım,
    Ömrüm boyu haçalandım
    Ağıl başqa, ürək başqa.

    Dilək oldu mənim adım,
    Pərvazlandı qol-qanadım,
    Ҫatmadı səbrim, inadım
    Әməl başqa, dilək başqa.

    BAHTİYAR VAHAPZADE
#21.07.2009 15:36 0 0 0
  • paylaşim için teşekkurler
#21.07.2009 16:29 0 0 0