Sevmekmi isteyirsen seviilmekmi?

Son güncelleme: 24.07.2009 16:06
  • SEVMƏKMİ İSTƏYƏRSƏN SEVİLMƏKMİ?


    Yoldaşımı gözləyərkən boş masa tapa bilməmiş bir əmi, mənim masama oturdu. Söhbət etməyi çox sevdiyi aydın olurdu. O danışır mən şərh edirdim. Təqaüdçü müəllimmiş. Xatirələrini izah etdi.
    Sonra gözümün içinə baxaraq:


    - Oğulum sevməkmi istəyərsən sevilməkmi? dedi.

    Nə cavab verəcəyimi bilmədim.

    - İkisini istəsəm çox şeymi istəmiş olaram?

    - İkisi təqdim edilmədi. Sənə yalnız birini seçmə haqqı verilir.

    Düşünürəm düşünürəm cavabsızım. Sevilmək, bəli çox gözəl. Sən sevmədikdən sonra o səni sevsə nə olar? Ya sevmək? Əgər qarşındakının səni sevmədiyini anlarsansa, o da acı verər.

    Mən qarşımdakının məni sevmədiyini öyrəndiyimdəki ağrını dadmaq bahasına da olsa sevməyi seçdim.

    - Bəli, cavabım SEVMƏK. Bu problemin cavabını siz də verəcəksinizmi?

    - Təbii ki oğulum. Bundan 35 il əvvəl çox yaraşıqlıydım, baxma indi yaşlandım. həmişə sevildim. Sonunda məni sevən, irəlidə sevəcəyimi düşündüyüm biri ilə evləndim. Ömürümün yarıdan çoxunu bir gün sevərəm ümidiylə keçirdim. yoldaşım məni çox sevdi. Bir gün belə hörmətdə qüsur etmədi. Onu sevmədiyimi hiss etməsin deyə çox məşğul oldum. Keçən gün yoldaşımı torpağa verdik. Ölmədən əvvəlki son danışmamızda mənə "Sənə çox təşəkkür edirəm, məni bu həyatda xoşbəxt etdin, ana olmamı təmin etdin, məni bilərək heç üzmədin. Sənin məni sevməyini təmin edə bilmədim amma səni çox sevdim" dedi.
    Məgər anlamış onu sevmədiyimi, əslində sevə bilmədiyimi.

    - Yaxşı heç aşiq olmadınızmı?

    - Oldum əlbəttə

    - Yaxşı niyə onunla evlənmədiniz?

    - Çünki o başqasını sevirdi. Ona söyləyə bilmədim. Onun üçün qızlarla həmişə könül əyləndirdim.Olmadı, ondan başqasını sevə bilmədim.

    - Nə xoşbəxt sizə ki sizi çox sevən biri ilə evlənmisiniz.

    - Bəli oğulum, haqlısan amma mən SEVİLMƏK şıkkını seçdiyim üçün olmadı. İstəmədən ona da hakketiği xoşbəxtliyi yaşada bilmədim. Sevilməyə doydum amma sevməyə hələ yox.
#24.07.2009 16:06 0 0 0