Əlli Yaşıma

Son güncelleme: 08.08.2009 07:42
  • Əlli yaşıma - Azerice Şiirler - Tahir Talıblı

    Hardan yol gəlirsən,hardan bilinmir,

    qəbrin düşəcəyi yer bəllidimi?!

    gəlib əlli yaşa çatdın birtəhər,

    çatdıgın əlli də,bir əllidimi,



    Tanrım,bu necə ömürdü?

    yaşadım kirayə kimi,

    yürüdüm cəsədim üstə

    çatım bir ürəyə kimi,



    ölümsə son ucu ömrün,

    çoxdan keçdim bu son ucu,

    bir yoldu tutub gəlirəm,

    uzun,əzablı,yorucu



    İti sellərnən gurlaşan,

    dəli yellərnən kürləşən,

    qat-qat dərdlərnən dilləşən

    agrılarnan bışən canım



    yuvası uçuq quşlarnan

    göz üstə çatıq qaşlarnan,

    itib qarışıq başlarnan,

    qurdlarnan ulaşan canım,

    öz-özünə yoxuş olub,

    əzablardan bihuş olub,

    gecələri bayquş olub,

    yurdları dolaşan canım

    Tahir Talıblı
#08.08.2009 07:42 0 0 0