Bakini daha yaxsi taniyaq

Son güncelleme: 22.09.2009 12:39
  • Səfəvi hökmdarı 1 Təhmasib 1538-ci ildə Bakının da daxil olduğu Şirvanı Səfəvilər dövlətinə birləşdirdi. Səfəvi - Osmanlı müharibələri zamanı 1578 ildə Osmanlı ordusu Bakını tutdu. 1607 ildə şəhər yenidən Səfəvilərin hakimiyyəti altına keçdi. Mərkəzi hakimiyyətin qüvvətlənməsi, məhsuldar qüvvələrin inkişafını ləngidən feodal çəkişləmələrinə, dağıdıcı müharibələrə son qoyulması XVII əsrin 40-cı illərində şəhərin yüksəlişinə təkan verdi. Səfəvilər dövründə Bakıda mis pullar buraxılırdı. Bakı və Abşeron əhalisinin xeyli hissəsi xalçaçılıqla məşğul olurdu. XVI-XVIII əsrlərdə sənətkarlıq, xüsusilə xalçaçılıq daha da inkişaf etdi. Bakıda toxuculuq da mühüm yer tuturdu. XVII-XVIII əsrlərə aid tarixi abidələr bu dövrdə Bakıda memarlıq, həkkaklıq və s.-nin inkişaf etdiyini göstərir
    _________________________________________________________________________________________________________
    BAKININ RAYONLARI
    _________________
    Qaradağ rayonu
    Yasamal rayonu
    Nizami rayonu
    Nərimanov rayonu
    Nəsimi rayonu
    Sabunçu rayonu
    Suraxanı rayonu
    Səbail rayonu
    Xətai rayonu
    Əzizbəyov rayonu

    Bakinin Muzeyləri
    _________________
    Azərbaycan Tarix Muzeyi
    Məmməd Səid Ordubadinin Xatirə Muzeyi
    Nizami ad. Dövlət Azərbaycan Ədəbiyyatı Muzeyi
    Lətif Kərimov ad. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi
    Səməd Vurğunun ev-muzeyi
    R.Mustafayev ad. Azərbaycan Dövlət İncəsənət Muzeyi
    Nəriman Nərimanovun Xatirə Muzeyi
    Cəlil Məmmədquluzadənin ev-muzeyi
    Hüseyn Cavidin ev-muzeyi
    Cəfər Cabbarlının ev-muzeyi

    Bakinin Teatrlari
    __________________
    Azərbaycan Opera və Balet Teatrı
    Azərbaycan Dram Teatrı
    Rus Dram Teatrı
    Azərbaycan Kukla Teatrı
    Azərbaycan Gənc Tamaşaçılar Teatrı
    Azərbaycan Dövlət Musiqili Komediya Teatrı
    Bakı Dövlət Sirki
#22.09.2009 12:39 0 0 0