Bir meni basha duşsen..

Son güncelleme:
  • Mənim bu sevgim qorxudur səni yoxsa sevməməkdənmi qorxursan?
    Mən sənə yaxınlaşdıqca sən yenidən aramıza məsafələr qoyursan
    Səndən sevgindən başqa heç birşeyini istəmədiyimi bilərək yenə də başa düşmürsən
    Bir xoş sözünün məni xoşbəxt etməyə çatdığını bilirsən
    Amma bəzən balaca bir təsəllini belə mənə cox görürsən
    Zamanla sanırdım ki mənim hislərimi başa düşürsən
    İçimdəki yalnızlıga inad, Sevirəm Səni
    Bir xəyalim var, özümdən belə saxladığım..
    Bir qorxum var, görmək istəmədiyim..
    Bir də sən varsan yoxluğuna üsyan etdiyim
    Görmürəm, bilmirəm, eşitmirəm...
    öpsəm gözlərini.
    əllərini tutsam,ovuclarımda sonsuzadək saxlasam sevgimi.
    Sənsiz səhərlərə oyanıram
    Susuram
    Susduqca ürəyimdə qalırsan,
    Sənsiz çox pisəm
    Görmürsən...başa düşmürsən...
    Sözlər boğazımda düyün,
    Həll edilmirsən,
    Bir uşağın gözlərində İtir ümidim
    Nə yazsam, nə desəm
    başa düşmürsən
    Kaş ki bir başa düşsən içimdən keçən o qədər sözü.
    Kaş ki bir eşitsən, bir baxsan gözlərimin içinə
    Elə çox sevdim ki səni...
    Bilmədiyim cavabsız elə çox sual var ki sənə...
    Elə çox sevgi var ki içimdə sənə
    Sözlər çatmaz izah etməyə
    Bir danışsam susdura bilməzlər məni
    Bir izah etməyə başlasam səhifələr çatmaz sevgimi izah etməyə...
    O qədər məsum sevirəm ki səni bir bilsən ürəyimdəki yerini..
0 0 0
  • ;)
0 0 0