12 yaşlı qızın Azərbaycan əsgərinə acıq məktubu!

Son güncelleme: 03.10.2009 15:21
  • Azərbaycan əsgərinə acıq məktub - Azərbaycan əsgəri - Azərbaycan əsgərinə məktub - Azərbaycan - əsgər - Azəri əsgər - Azərbaycan Türk Əsgəri - Vətən Əsgəri


    ƏSGƏRƏ MƏKTUB


    Salam,Əsgər.Necəsən?Halin necədi?Yeməyin dadlidirmi? Geyimin istidirmi?Bilirsən niyə "Əsgər"i böyük hərflə yazdım? Çünki o ad ele qururla səslənir ki,adamin tükləri biz-biz durur.
    Xalam uşaqlari Əsgərliyə gedib-qayitdiqdan sonra bizə orada baş verən hadisələrdən danişirdilar. Hətta başlarina bəzən elə şeylər gəlib ki, onlari dinləyəndə həyəcanimdan əsirdim.
    Mənim cəmi bir dayioğlum var. Ona isə Əsgər demək olmaz. Düzdü, əsgərliyini çəkib qurtarib, amma danişmaga bir sözü yoxdu. Bilirsənmi niyə?Yediyi dönərin növündənmi danişsin? (dayim və dayidostum hər gün ona ev yeməkləri, ya da hazir dönərlər aparirdilar). Mən isə istəmirəm sən belə Əsgər olasan.
    Əsgər! Bilirsənmi Vətənin neçə faizi işğaldadi?Zənimcə, deyəcəksən 20% -i. Yox,Əsgər, 80%-i ,bəlkə, ondan da cox .
    Mən arabir dərs oxumaqdan yoruluram. Dərslərimiz çətinləşdiyi üçün çox zəhmət tələb edir. Amma gözümün önünə siz gələndə mənə oxumaq həvəsi gəlir. Buna görə sizə təşəkkür edirəm...
    Üzüntülüdü. Həqiqətdi. Torpaqlar əldən getdi! Kim qaytardi Cənubi Azərbaycani?! Kim qaytaracaq Qarabagi?!
    Bizim məktəbdə həmişə "Vətən dərsi" adli silsilə tədbirlər keçirilir. Növbəti tədbirimizdəki səhnəciklərin birində mən Əsgər bacisi rolunu oynaycagam .Istəyirəm sənə həmin rolda söyləyəcəyim şeirin sonuncu misrasini yazim: "Qana qan istəyir,qardaş , Qarabag!"
    Ata-anan səni, yəqin, mərd,qürurlu bir övlad kimi böyüdüb.Onlarin əllərindən ,sənin isə üzündən öpürəm.
    Darixmirsan ki,Əskər?Darixma ,igid,ora darixilasi yer deyil . Deyəsən ,çox yazdim,bu məktubu yazmaqla bitməz .Onda gəl sağollaşaq.
    Sənə məktub yazmaq mənim üçün şərəfdir
    Eşq olsun Azərbaycan Türk Əsgərinə!!!...
#03.10.2009 12:19 0 0 0
  • slamün aleykümmmmmmm
#03.10.2009 15:18 0 0 0
  • Bu yazini bizimle paylasdiginiz ucun tesekkur edirem.Movzuda sadece Azerbaycan -dilinde olmayan herfleri deyisdirdim.
#03.10.2009 15:21 0 0 0