Qəmər Almaszadə

Son güncelleme: 13.11.2009 19:19
  • Qadın sənətçilərimiz

    noimage

    Qəmər Almaszadə (Tamara ləğəbi ilə də tanınan) 1915-ci il martın 10-da Bakı şəhərində çəkməçi və mama ailəsində anadan olub. Uşaqlıqda baletlə məşqul olan dostu onda bu sənətə maraq oyandırdı.
    Mühafizəkar müsəlman atasından gizli olaraq Almaszadə dostunun məsləhəti ilə özəl balet studiosuna yazıldı (daha sonra studio Bakı Xoreoqrafiya Məktəbinə çevrilmişdi). Atasına baletlə yox, idmanla məşqul olduğunu inandırmışdı. Lakin bir neçə ildən sonra sirrin üstü açıldı. Qəmərin atası əvvəllər qəzəblənsə də, sonralar teatra gizlicə gəlirdi və qızının çıxışlarında tamaşaçılar arasında tez-tez görünürdü.

    1930-cu ildə Qəmər Almaszadə Xoreoqrafiya Məktəbini bitirib Azərbaycan Dövlət Opera və Balet Teatrında işləməyə başlayır. Bu arada həmçinin ali pedaqoji məktəbinə də daxil oldu. 1932-də Reynhold Qlierin "Şahsənəm" operasında ikinci dərəcəli rola seçildi. 1933-də indiki Sankt-Peterburqda Leninqrad Xoreoqrafiya Məktəbinə daxil olur və orada məşhur balerina Qalina Ulanovanın anası Mariya Romanovanın sinfində oxuyurdu. 1936-da ali məktəbi bitirib Bakıya qayıtdı. 1937-də Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının əsasını qoydu. Üzeyir Hacıbəyovun rəhbərliyi ilə Azərbaycan əyalətlərinə elmi səyahət təşkil edib ilk mənbədən xalq rəqsləri haqqında məlumat toplamışdır. 1939-da Bakı Xoreoqrafiya Məktəbində ilk rəqs dərsini dedi. Daha sonra həmin məktəbin direktoru oldu. 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin "Qız Qalası" baletində ilk professional çıxışını etdi. Sonralar Fransada, Hindistanda, Nepalda da çıxış etmişdir. 1970-da Bağdada İraq Xalq Rəqsləri ansamblını qurmaq üçün dəvət olunmuşdu. 1950-ci illərdə baleti tərk etsədə 1990-ci illərin sonunacan Bakı Xoreoqrafiya Məktəbinin direktori kimi çalışmışdır
#13.11.2009 19:19 0 0 0