2,5 kq pomidor, 1 kq kök, 1 kq şirin bibər, 1 kq alma, 100 qram qırmızı bibər götürülüb, ət maşınından çəkilir. Sonra qaynara düşən andan bir saat qaynadırsan.
Sonra alınan kütlə soyudulur, 200 qram xırdalanmış sarımsaq, 1 stəkan şəkər tozu, 0,25 stəkan duz, 1 stəkan sirkə və 1 stəkan bitki yağı əlavə edilib, yaxşı-yaxşı qarışdırılır. Sonra isti bankalara yığılıb, ağzı bağlanılır.