Seni sevirem, ya Rebbim

Son güncelleme:
  • Dedim: Çox tənhayam.
    Dedin: Mən ki, sənə çox yaxınam. (Bəqərə,186)

    Dedim: Bəli bilirəm Sən mənə yaxınsan, amma mən Səndən uzağam, kaş ki mən də Sənə yaxın ola bilsəydim
    Dedin: Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et! (Əraf, 205)

    Dedim: Amma bu da Sənin köməkliyinlə mümkündür
    Dedin: Allahın sizi bağışlamasını istəməzsinizmi? (Nur, 22)

    Dedim: Əlbəttə ki, məni bağışlamağını çox istəyirəm.
    Dedin: ِ(Elə isə) Rəbbinizdən bağışlanmağınızı diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir! (Hud, 90)

    Dedim: Çox günahkaram, bu qədər günahla mən nə edim?
    Dedin: Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin!.. (Təhrim, 8).

    Dedim: Dəfələrlə tövbə edib tövbəmi pozdum, artıq üzüm qalmadı.
    Dedin: Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, o, bağışlayandır, rəhm edəndir! (Zumər, 53).

    Dedim: Bu qədər günahım var, hansının tövbəsini edim?!
    Dedin: Allah bütün günahları bağışlayandır. (Zumər, 53)

    Dedim: Yəni yenə gəlsəm, yenə məni bağışlayarsanmı?
    Dedin: Axı günahları Allahdan başqa kim bağışlaya bilər? (Ali-İmran, 135)

    Dedim: Nə qədər gözəlsən, Allahım! Bilmirəm bu sözlərin qarşısında nə üçün içimiçimə sığmır və şam kimi yanmağa başlayıram, Səni çox sevirəm.
    Dedin: Şübhəsiz ki, Allah tövbə edənləri və təmizlənənləri sevir. (Bəqərə, 222)

    Birdən: "Rəbbim, mənim Səndən başqa kimim var", - dedim.
    Sən də: "Allah Öz bəndəsinə kifayət deyilmi?" (Zumər, 36) - dedin.

    Dedim: Sən ki, məni bu qədər çox sevirsən və mənə qarşı bu qədər həlimsən mən nə edə bilərəm?
    Dedin: Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin! Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur. Allah möminlərə rəhm edəndir! (Əhzab, 41-43)

    Öz-özümə dedim: Səni çox sevirəm, ya Rəbbim!..
0 0 0
  • ALLAH RAZI OLSUN BUNLAR NE GÜZEL ŞEYLER BÖYLE ÜREĞİNİZE SAĞLIK GARDAŞ
0 0 0